Şahmar Əkbərzadə mükafatı laureatlarının kitabları yayımlandı

 

 

 

2000-ci ildən indiyədək “Vektor” Beynəlxalq Elmlər Akademiyası tərəfindən ənənəvi olaraq hər il Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı təqdim edilir. Hər il mükafat laureatlarının kitabları Akademiya tərəfindən təmannasız olaraq yayımlanaraq oxuculara hədiyyə edilir.

 

525.az xəbər verir ki, bu günlərdə ədəbi mükafatın laureatları Ramiz QusarçaylınınSevgidi dünyaya qəsdim”, Nazim ƏhmədlininUçub getmək istədim”, İbrahim İlyaslınınQırmızı almadan Qızılalmaya”, Fərid HüseyninUçurum Peyğəmbəri”, Vaqif İsaqoğluZəm-Zəm suyukitabları nəfis şəkildə çap olunaraq müəlliflərə oxuculara təqdim ərmağan edilib.

 

Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 20 ildir ki, hər il onun doğum günü ərəfəsində bir nəfər görkəmli xarici ölkə şairinə bir neçə nəfər tanınmış şair ədəbiyyatşünaslarımıza təqdim edilir.

 

İndiyə qədər Yavuz Bülənt Bakilər (Türkiyə), Nadırbek Alımbekov (Qırğızıstan), Muxtar Şaxanov (Qazaxıstan), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya), Vladimir Boyarinov (Rusiya), Aleksandr Navrotski (Polşa), Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Adil Mirseyid, Paşa Qəlbinur, Rəşad Məcid, Çingiz Əlioğlu, Azər Turan, Qulu Ağsəs, Musa Urud, Vaqif Bəhmənli, Tofiq Abdin, Nizami Cəfərov, Əjdər Ol digər şair ədəbiyyatşünaslar bu mükafata layiq görülüblər.

 

 Ədəbiyyat qəzeti.- 2021.- 7 avqust.- S.15.