VarisinQızıl cib saatıromanı Türkiyədə nəşr olundu

 

 

Türkiyədə TADEV Yayınları nəşriyyatında yazıçı VarisinQızıl cib saatıromanı nəşr olunub. HazırdaKitabyurdu”, “Kitab365.com” digər platformar üzərində kitabın satışına başlanılıb.

 

Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində aça biləcəkQızıl cib saatıromanı Britaniya, Türkiyə və Azərbaycan arxivlərinin materialları əsasında yazılmış, sırf dünya oxucusuna ünvanlanmış bir romandır.

 

Azərbaycan xalq yazıçısı Kamal AbdullanınRoman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir,” - deyə qiymət verdiyi roman

Azərbaycan Respublikası Diasporla üzrə Dövlət Komitəsinin, habelə Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi Dayanışma Vakfının dəstəyi ilə işıq üzü görmüşdür. Romanı Türkiyə türkcəsinə İmdat Avşar çevirib.

 

Romanın başqa ölkələrdə nəşri nəzərdə tutulur. O ki qaldı Azərbaycana, romanın ayrı-ayrı hissələri ilə Azərbaycan oxucularıƏdəbiyyat qəzeti”ndən Azərbaycanjurnalından tanışdırlar, tam romanla tanışlıq isə payız aylarında mümkün olacaq.

 

Ədəbiyyat qəzeti.- 2021.- 7 avqust.- S.21.