Köhnə yurd yerimdə,ev-eşiyimdə kirayə qalırmış xatirələrim...

 

Kirayə qalırmış xatirələrim

 

 

doğub-törəyib qaldığı yerdən,

 

məndən yarımış xatirələrim.

 

Dolaşıb, qarışıb biri-birinə

 

mənim yaz, mənim qış xatirələrim.

 

 

Bir ucsuz-bucaqsız yolmuşam ondan,

 

Necə dilsizmişəm, lalmışam ondan.

 

İllərdi asılı qalmışam ondan,

 

Kətilmiş, darımış xatirələrim.

 

 

bezib, ki, doyub gəlmişdim,

 

Bir gün dönəcəyəm, deyib gəlmişdim.

 

Mən cavan, təzə-tər qoyub gəlmişdim,

 

Qocalıb, qarımış xatirələrim.

 

 

Ayrılıb, tərk edib sonbeşiyim ,

 

İzi yox, tozu yox sonbeşiyimdə.

 

Köhnə yurd yerimdə, ev-eşiyimdə

 

kirayə qalırmış xatirələrim...

 

 

Ölənədək vaxtın var...

 

 

Gəlir, qoy gəlsin əcəl,

 

Gələnədək vaxtın var.

 

Ağla, boşalt qəlbini,

 

Gülənədək vaxtın var.

 

 

Aşkar, sirr bilməyənə,

 

Ərkan, yer bilməyənə.

 

Salam ver bilməyənə,

 

Bilənədək vaxtın var.

 

 

Tapın, tək haqqa tapın,

 

Döyülər bir gün qapın.

 

Dərdini həmdərd tapıb

 

bölənədək vaxtın var.

 

 

Titrəmə, əsmə, yaşa,

 

Ümidi kəsmə, yaşa.

 

Yaşa, tələsmə, yaşa,

 

Ölənədək vaxtın var...

 

 

Yeriyib gedərəm qəbrimə

 

 

Üst-başımı kəfənlə

 

bürüyüb, gedərəm qəbrimə.

 

Nəyim varsa öz arxamca

 

sürüyüb, gedərəm qəbrimə.

 

 

Toplanaram, cəm olaram,

 

Öz əlimdə ram olaram.

 

Üstünüzdə şam olaram,

 

əriyib, gedərəm qəbrimə.

 

 

Birimi dörd eləməyin,

 

Dərdimi dərd eləməyin.

 

Qovub namərd eləməyin,

 

Yürüyüb gedərəm qəbrimə.

 

 

yeridin beyninizə,

 

alın eyninizə.

 

Yük olmaram çiyninizə,

 

Yeriyib gedərəm qəbrimə...

 

 

Ola

 

 

Bir koman, hərdən döyülən qapın,

 

Üstdə bir ünvanın, bir adın ola...

 

Sevəsən, birinə ərk eləyəsən,

 

Küsəsən, birinə iradın ola...

 

 

Könlünü bir vaxta qurub, yıxalar,

 

Oturub yıxalar, durub yıxalar.

 

Yolu düz gedəsən, vurub yıxalar,

 

Qalxıb-dikələsən, inadın ola...

 

 

Kərəm olasan hələ gizlicə,

 

Dolana ardınca Lələ gizlicə.

 

Neçəsi dərdinnən ölə gizlicə,

 

Səninsə sevdiyin bir qadın ola...

 

 

Solda gözləyələr, sağa çıxasan,

 

Dərilib, sovrulan bağa çıxasan.

 

Qaçıb dərd əlinnən dağa çıxasan,

 

Üstəlik, beş-on da fanatın ola...

 

 

Tez-tez nərə çəkə bir səs içində,

 

Qısıla bir küncə nəfəs içində.

 

Quşa çevriləsən qəfəs içində,

 

Uça bilməyəsən, qanadın ola...

 

 

 

Elə, yol çəkəcək

 

gözüm deyəsən...

 

 

Elə, yol çəkəcək gözüm deyəsən,

 

Elə, ömür boyu səni axtaracam.

 

Səni havam sayıb, suyum biləcəm,

 

Səni ömrə-günə tən axtaracam.

 

 

Mən elə gözləri yola dikili

 

bənövşə koluyam, boynubükülü.

 

Bir az da qarışqa kimiyəm, gülüm,

 

Məcburam, balama dən axtaracam.

 

 

Yox tayın, oxşarın, inadda təksən,

 

Elə həmin ələm, həmin ətəksən.

 

Sən hər gün sinəmə dağ çəkəcəksən,

 

O dağda mən duman, çən axtaracam...

 

 

 

Sənə şeir-şeir

 

yol gəlirəm mən...

 

 

Ürəkdə dərd-qübar, başda duman-çən,

 

Dərələr keçirəm, dağlar aşıram.

 

Sənə şeir-şeir yol gəlirəm mən,

 

Sənə şeir-şeir yaxınlaşıram...

 

 

Mən səni ucaldıb sevmişəm, gülüm,

 

Yenə ucaların ucasısan sən.

 

Yazdığım şeirin nöqtə-vergülü,

 

Vəznisən, ritmisən, hecasısan sən.

 

 

Elə çəkmişəm ki, içimə səni,

 

Nəfəsim tükənmir, xeyir tükənmir.

 

Baxma ki, yaş keçir, ömür tükənir,

 

Adına yazılan şeir tükənmir...

 

 

Sözlə bağrıbadaş, sözlə əlbirəm,

 

Uçuram, götürüb qol, gəlirəm mən.

 

Gün-gün, saat-saat, vəd-vəd gəlmirəm,

 

Sənə şeir-şeir yol gəlirəm mən...

 

 

Unut, xatırlama dərddi keçmişi,

 

Bax, bircə yolumuz, çaramız qalıb;

 

Ayrılıq boyunda bəndi keçmişik,

 

Bir-iki sətirlik aramız qalıb...

 

 

 

Mənim istədiyim

 

ölüm gəlmədi

 

 

Mən fağır, çarəsiz, fələk ataman,

 

Dirəndi yoluma qəlbimə daman.

 

zaman tələsdi sevinc, zaman,

 

zaman gecikdi zülüm, gəlmədi?

 

 

Aldılar canımı canımdakılar,

 

Sordular qanımı qanımdakılar.

 

Sizdən küsmürəm, yanımdakılar,

 

İçimin səsinə çölüm gəlmədi.

 

 

İtin ən zəif yeri yal imiş,

 

İrəli yal imiş, geri yal imiş.

 

Bu dünya bir uzun serial imiş,

 

Gəlmədi, sonuncu bölüm gəlmədi...

 

 

Qadınım, tanınmır sən adlı mələk,

 

Yoruldun, göylərdən əllərini çək.

 

Allahın verdiyi ölüm gələcək,

 

Mənim istədiyim ölüm gəlmədi...

 

 

 

Şəkildi

 

 

Şəkilmiş sən demə, varım, sərvətim,

 

Haranı tərpədim, açım, şəkildi.

 

Açıq sir-sifətim, qəddim, qamətim,

 

Sığallı-tumarlı saçım şəkildi.

 

 

Neynim, bu həyatdı, yuxumu, yatam,

 

Yüyürəm ardınca, gedənə çatam.

 

Şəkilə dönüblər anamla, atam,

 

Qardaşım şəkildi, bacım şəkildi.

 

 

Bəmləri zilləşib gəlir üstümə,

 

Qəmləri dilləşib gəlir üstümə.

 

Dostlar şəkilləşib gəlir üstümə,

 

Baş alıb hayana qaçım, şəkildi...

 

 

Haqqımdı yolumda bu boran, bu qar,

 

Başımın üstündə bu kətil, bu dar.

 

Əslində bir az da rəssamlığım var,

 

Çəkirəm, hər ağrım-acım şəkildi...

 

 

 

Əvvəlin deyibdi,

 

gerisin deyə...

 

 

Deməyə çox şey var, adam istəyir

 

birisin saxlaya, birisin deyə.

 

Mən hər gün dərdimə layla çalıram

 

bir azca uyusun, kirisin deyə.

 

 

Bir cürə quluyam balam arzumun,

 

Məni dağa-daşa salan arzumun.

 

Yorulub yollarda qalan arzumun

 

qoluna girirəm yerisin deyə.

 

 

Gəzib-dolanıram yalqız başıma,

 

Qayıdıb dönməkçün qan yaddaşıma.

 

ola, birisi çıxa qarşıma,

 

Bir ünvan söyləyə, bir isim deyə.

 

 

Bu da bir şeirdi, qüssə ki, qəm ki,

 

Harada kəsir ki, harada kəm ki?

 

Üz tutub Allaha, gözləyirəm ki,

 

Əvvəlin deyibdi, gerisin deyə...

 

 

 

adlanır, bilən varmı...

 

 

Ən zəif yeridir deyib

 

igidin yatılan yeri;

 

Meydana çevirə bildik

 

milyonlar qatılan yeri.

 

 

Dərd biriydi, dörd elədik,

 

Dərdi çəkib dərd elədik.

 

Tikdik, qurduq, yurd elədik

 

ocaqlar çatılan yeri.

 

 

Bu dağ duman-çən yeriymiş,

 

Qurda-quşa dən yeriymiş.

 

Dünyanın bitən yeriymiş

 

adamın atılan yeri.

 

 

Bu dar haqdan yana darmı,

 

Haqqın gətirdiyi barmı?

 

adlanır, bilən varmı

 

Vətənin satılan yeri?..

 

 

 

Yer tapmıram

 

 

Dərdim başımdan aşır,

 

Saymağa yer tapmıram.

 

Sanırlar ki, bala yer,

 

qaymağa yer tapmıram.

 

 

Könüləm, söz dolusu,

 

Ocağam, köz dolusu.

 

Dünyadan gözdolusu

 

doymağa yer tapmıram.

 

 

Tanrıdan alıb canı,

 

Atəşə salıb canı.

 

Əlimdə qalıb canı

 

qoymağa yer tapmıram...

 

 

Qayıt səhvin üstə,

 

yanlışın üstə

 

 

Qayıt səhvin üstə, yanlışın üstə,

 

Utandır özünü, xəcalət eylə.

 

Ya da, bu xaraba qalmışın üstdə

 

Bir gözəl yuva qur, imarət eylə.

 

 

Az olar bu gün dilim min desə,

 

Bu eşqə min kərə iman, din desə.

 

Hazıram yenə gözlərin desə:

 

"Üzünü mənə tut, ibadət eylə".

 

 

Elə çox demirəm, bir azca qal, get,

 

Lap dinmə, danışma, səssizcə, lal get.

 

Qadanı mənə ver, könlümü al, get,

 

Öyrən, bala-bala ticarət eylə.

 

 

Baxma dərd yeridi mənim ürəyim,

 

Mərddi, mərd yeridi mənim ürəyim.

 

Köhnə yurd yeridi mənim ürəyim,

 

olar, hərdənbir ziyarət eylə...

 

 

 

Bir sevgi göndər...

 

 

torlar toxundu yan-yörəsində,

 

Quruldu mun cürə tuzaq adama.

 

Yaxın da, uzaq da uzaqda tutdu,

 

Açan tapılmadı qucaq adama.

 

 

Dilin ucundakı sözdü, kəlmədi,

 

Düşdü, elə düşdü, heç dikəlmədi.

 

Ən qızmar yayın da sıcaq gəlmədi

 

bu soyuq adama, sazaq adama.

 

 

Bir ömür yaşadı, "görək olur..."

 

Bilmədi fırıldaq, kələk olur.

 

Yazdığın yazını silək, olur,

 

Təzədən bir tale yazaq adama.

 

 

Bu yurdun bir qara daşına döndər,

 

Ya fırlat, o daşın başına döndər.

 

olar, İlahi, bir sevgi göndər

 

bu gözdən-könüldən uzaq adama...

 

Kəmaləddin Qədim

 

Ədəbiyyat qəzeti.- 2021.- 7 avqust.- S.24