Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin 60 illik yubileyi ilə bağlı Birliyə türk respublikaları türk ellərinin nüfuzlu ədəbiyyat-sənət dərgi qəzetləri rəhbərlərinin adından təbrik məktubu daxil olub. "Təmrin" dərgisi sahibi yazı işləri müdiri Şərəf Yılmazın təşəbbüsü ilə hazırlanan, 12 baş redaktorun imzaladığı təbrik məktubunda deyilir:

 

"Zati-aliləri, hörmətli İlham Heydər oğlu!

Xahiş edirik doğum gününüz, 60 illik yubileyiniz münasibətilə səmimi təbriklərimizi ən xoş arzularımızı qəbul edəsiniz. Sizə ali dövləti vəzifənizdə uğurlar arzulayır, ilk növbədə cansağlığı diləyirik. Biz türkdilli ölkələrin, türk ellərinin ədəbiyyat, sənət dərgi nəşrlərinin rəhbərləri olaraq qardaş Azərbaycanın qələbələrinə Sizinlə bərabər sevinir, müdrik rəhbərliyiniz altında ölkənizin bundan sonra da inkişaf edəcəyinə, yeni uğurlar, daha qədər zəfərlər qazanacağına inamımızı ifadə edir, bu yolda Sizə yorulmazlıq arzu edirik...".

Məktubu Türkiyədən "Təmrin" dərgisi adından Şərəf Yılmaz, "Qardaş qələmlər" dərgisi adından Yaqub Öməroğlu, "Türk ədəbiyyatı" dərgisi adından İmdad Avşar, Qazaxıstandan "Bilim Times" jurnalı adından Erkinbek Turqunov, "Samuryq" dərgisi adından Dauletkerey Kapoğlu, Özbəkistandan "Kitab dünyası" qəzeti adından Xosiyyat Rüstəm, Qırğızıstandan "Ala-Too" jurnalı adından Markabay Aamatov, Quzey Makedoniyadan "Körpü" dərgisi adından Leyla Şərif Emin, Rusiya Federasiyası-Tatarıstandan "Kazan utları" jurnalı adından Rüstəm Qaliullin, Başqırdıstandan "Başqırdıstan qızı" jurnalı adından Gülnaz Kutuyeva, Ukrayna-Krımdan "Nenkecan" jurnalı adından Zera Bəkirova, Moldova-Qaqauz Elindən "Ana sözü" dərgisi adından Todur Zanet imzalayıblar.

 

Ədəbiyyat qəzeti.- 2021.- 25 dekabr.- S.4.