Özbəkistan səfiri Xalq

yazıçısı Anarla görüşüb

 

Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüb. Xalq yazıçısı Anar Birliyin fəaliyyətilə bağlı səfirə ətraflı məlumat verib. Bundan başqa AYB sədri Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən söz açıb. Səfir böyük özbək şairi, Nizami Gəncəvinin davamçılarından olan Əlişir Nəvainin 580 illik yubiley tədbirləri ilə bağlı danışıb. Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin inkişafı üçün nəzərdə tutulmuş yeni layihələrlə bağlı məlumat verən cənab səfir Cahan ədəbiyyatının bir sayının tamamilə Azərbaycan ədəbiyyatına həsr ediləcəyini bildirib. Görüşdə Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı Çingiz Abdullayev, Bədii tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu da iştirak ediblər. Geniş fikir müabdiləsi aparılıb və qərara alınıb ki, iki qardaş ölkənin ədəbi qurumları arasında memorandum imzalansın və qarşılıqlı ədəbi layihələr həyata keçirilsin.

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.17.