Günümüzün uşaqları...

uşaq hekayələri

 

Uşaqlar üçün yazmağın qədər çətin olduğunu sübut etməyə, görünür, xüsusi ehtiyac yoxdur. bunun ən əyani göstəricisi uşaq ədəbiyyatımızın həm dünənki, həm bugünkü problemləridir ki, hər söhbət düşəndə bitib tükənməyən müzakirələrin predmetinə çevrilir. Ancaq bəlkə , əsl müzakirə olunmalı hadisə uşaq ədəbiyyatı yox, uşaqların özləri, onların az qala hər gün dəyişən həyata, psixoloji kataklizmlərə, dəyərlərə münasibəti, reaksiyalarıdır.

Mən keçmiş tələbəm, filologiya üzrə fəlsəfə doktoru Fidan Nizaməddin qızının elmi araşdırmaları ilə yaxından tanış olsam da, etiraf edim ki, uşaqlar üçün yazdığı hekayələri ardıcıl şəkildə oxumadığıma görə elə bilirdim ki, bu, onun yaradıcılığında yalnız epizodik bir hadisədir. Ancaq bu günlərdə "Şərq- Qərb"in nəşr etdiyi "Uşağın duası" hekayələr toplusunu varaqladıqca inandım ki, ona ön söz yazmış ağsaqqal ədəbiyyatşünasımız Qəzənfər Paşayev tamamilə haqlıdır, Fidan uşaqların qəlbindən keçənləri bütün romantik miqyası ilə həm duya, həm artıq püxtələşmiş yazıçı qələmi ilə ifadə edə bilir.

"Uşaqların duası" başlıqlı müəllif qeydləri topluya daxil edilmiş iyirmi beş hekayənin ümumi ideya- estetik ruhu barədə elə ilk baxışdan aydın təsəvvür yaradır. bu təsəvvür, əslində, uşaqlar üçün deyil, qədər uşaq səmimiyyəti ilə yoğrulsa da, zamansa uşaq olmuş böyüklər üçündür:

"İnanıram ki, bu gün bəşəriyyəti öz varlıqları, isti nəfəsləri, xoş arzuları ilə meridian yaradan ecazkar aləmin - uşaqların sevgi dolu duası xilas edəcək..."

Göründüyü kimi, Fidan Nizaməddin qızı günümüzün uşaq hekayələri qarşısına uşaqları əyləndirməkdən, onların dünyagörüşünü, estetik zövqlərini inkişaf etdirməkdən yüksək tələblər qoyur: uşağı bütün mənəvi- psixoloji zənginliyi ilə yalnız dərk etməklə kifayətlənməyib, həm onu özünə tanıtmağın yollarını axtarmaq. nəticə etibarilə, uşaqları cəmiyyətin üzvi tərkib hissəsi olaraq qəbul etmək... Əks halda, onlar "Uçurum" hekayəsindəki şəkildə bu dünyada gördükləri haqsızlıqları laqeyd "valideyn"lərindən gizlətsələr , Suriyalı həmyaşıdları kimi, o dünyada Allaha mütləq deyəcəklər...

İstər "Uçurum" da, istərsə "Uşaq evində karantin", "Yardım", "Dalğa", "Nağıla dönən qız" hekayələrində müəllif dünyanı bürümüş karonavirus pandemiyasının uşaqların həyatına, mənəvi aləminə təsirinin ən zərif məqamlarına nüfuz edir, onların reaksiyalarını ümumiləşdirir bəzən kifayət qədər mükəmməl aforizmlərə gəlib çıxır: "Bu gün bu epidemiyanın bitməsi üçün iki uşaq ürəkdən dua edir: həkimin xəstənin uşağı..." Yaxud: "Evdə qal!" çağırışı uşaq evinin balaca sakinlərinin yadına ata- analarını salır... Yaxud da: atalar, analar kasıbçılıqdan, yaxud başqa bir səbəb üzündən ailəni ata bilirlər, uşaqlar isə yox...

Fidan Nizaməddin qızının hekayələrində birinci silsilə karonavirus mövzusuna aiddirsə, ikinci silsiləni "Babalı- nənəli hekayələr", üçüncüsünü isə "Qarabağ hekayələri" adlandırmaq olar.

"Sonuncu teleqram", "Babamın medalları", "Babamın gözləri", "Sehirli çörəklər","Uşağın duası" s. ikinci, "Ağdama gedən qatarlar", "A" hərfi", "Müdafiə günü", "Son gediş" s. üçüncü silsilədəndir. Bu silsilələrdən kənarda qalan, müxtəlif mövzulara həsr olunmuş "Küsmək haqqım", "Niyyət", "Sonuncu dərs", "Məsum dilənçi", "Nabələd", "Kukla teatrında" s. hekəyələrdə müəllifin yaradıcılıq axtarışları aydın görünür.

"Babalı- nənəli hekayələr" min illərin "baba- nəvə" yaxud "nənə- nəvə" münasibətlərinin bugünkü təzahür imkanları konkret detalları, təfərrüatları ilə təqdim olunur. Əsasında "kiçiklərə qayğı, böyüklərə ehtiram" kimi əbədi prinsiplərin dayandığı həmin münasibətlər, əlbəttə, bu gün dünənki qədər sıx deyil, yazıçının heç bir mübahisə doğurmayan müşahidələri isə göstərir ki, cəmiyyətimiz qədər modern əxlaqi- mənəvi təsisatların təzyiqinə məruz qalsa da, sözügedən münasibətlərin ilahi səmimiyyətindən heç bütünlüklə imtina etmək fikrində ( iqtidarında!) deyil.

Qarabağ mövzusu Fidan Nizaməddin qızının hekayələrində ona görə olduqca orijinal səslənir ki, müəllif otuz ilə qədər davam etmiş ağılsız işğal siyasətinin uşaqların tərcümeyi- hallarına, mənəvi aləminə, xəyallarına təsirinin dərin qatlarına enə bilmiş, kifayət qədər səciyyəvi obrazlar yaratmağa nail olmuşdur. Əbəttə, ərazi bütövlüyümüz böyük qəhrəmanlıqla təmin olunduqdan sonra da bu hekayələr tariximizin əks- sədası kimi heç zaman bədii- ictimai dəyərini itirməyəcədir.

əminəm ki, Fidan Nizaməddin qızının Azərbaycan uşaq ədəbiyyatındakı yaradıcılıq uğurları nəinki təsadüfi deyil, əksinə, yeni mərhələ açacaq, yeni üslub istiqaməti müəyyənləşdirəcək qədər enerjili, miqyaslı perspektivlidir.

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.19.