Qiyamət təxirə salınıb

 

Nikolae Spetarunun baxışıyla

 

Bədii Tərcümə Mərkəzi Ədəbi Əlaqələr Mərkəzinin Yeni DƏB seriyasından növbəti kitab, moldovan-rumın şairi Nikolae Spetarunun Qiyamət təxirə salınır seçmə şeirlər toplusu işıq üzü görüb.

Şeirləri dilimizə Səlim Babullaoğlu çevirib.

Edebiyyatqazeti.az xəbər verir ki, Mücrü nəşriyyatında maraqlı tərtibatla nəşr olunan kitabda filologiya elmləri doktoru Elnarə Akimovanın Kiçik mətnlərdə böyük həyat fəlsəfəsi adlı Ön sözü, tanınmış ictimai xadım, hüquq elmləri doktoru Vüqar Novruzovun Ədib barədə bir neçə söz giriş məqələsi yer alıb. Kitab üzərində E.Camalov, H.Səlimli Mübarək çalışıblar. Seriyaya informasiya dəstəyini Ədəbiyyat qəzeti verib. Seriyanın məsləhətçisi, Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan, naşiri yazıçı Müşfiq Xandır.

Kiçik mətnlərdə böyük həyat fəlsəfəsi adlı Ön sözdə Elnarə Akimova yazır: Bu tərcümələrdə Spetarunun şeirlərinin poetik yükü ortadadır. Qorunan şəkil məna, ritm ahəng özəlliyi, duyğu estetikası, daxili bütövlük, dəqiq qurulmuş nizam şairin şeirin ruhunu tədqiq etməyə imkan verir. Spetarunun yazdığı gerçəklər çağdaş insanın durumunu ifadə edir. Bu hər yerdə rastlaşa biləcəyimiz sadə insan həqiqətləridir. Həyatın fəlsəfəsi onsuz da bundadır: sadə insan həqiqətlərini ehtiva etməsində... Şeir tərcüməsi çətindir, ruh hadisəsidir, tərcümədə sanki oxucu ilə müəllif arasına qalın bir örtük çəkilir. Səlim Babullaoğlunun tərcümələrində bu örtüyü hiss etmirik, şerin təkcə məzmununu yox, şəklini, qafiyə sistemini mümkün qədər saxlamağa çalışır. Bəzi şeirləri tərcümə edərkən onları Azərbaycan dilinin kontekstində, demək olar ki, yenidən yaradır...

Vüqar Novruzovun giriş məqaləsində deyilir: Nikolae Spetaru təkcə müasir Moldova ədəbiyyatı ədəbi mühiti üçün deyil, bütövlükdə çağdaş rumındilli ədəbiyyat Şərqi Avropanın ədəbi həyatı üçün vacib simadır, əhəmiyyətli işlər görmüş ədəbiyyat xadimidir. Nikolae həm başqa səbəbdən bizim dildə səslənməyə, oxunmağa layiq bir şairdir. Həm ona görə ki, o, Azərbaycan ədəbiyyatına dərin hörmət sevgi duyan, bu hisslərini dəyərli əməli işləri ilə dəfələrlə sübuta yetirmiş ədibdir...

Kitabı Mücrü, Bookzone, Kitabıstan, KitabALdan əldə etmək, eyni zamanda, Mücrü nəşriyyatı ilə əlaqə saxlamaq olar.

Əlaqə telefonu: 055 5028932

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 fevral.- S.22.