Zəfər nəğməsi

 

Poema

 

Əziz Vəziri-Əzəm!

 

III bölüm

Cəmisi qırx dördcə gün ərzində şanlı Ordumuzun misilsiz qəhrəmanlığı sayəsində xalqımıza zəfər sevinci bəxş edən Vətən müharibəsi təkcə millətimizin-dövlətimizin, iqtidarımızın-müxalifətimizin ən sağlam, ən gərəkli məziyyətlərini aşkar etməklə əlamətdar olmadı, həm dünya xalqları, dünya dövlətləri arasından bizə səmimi qəlbdən arxa duran həqiqi dostlarımızı, xalaxətrin qalmasın naminə ağız açıb nəsə mızıldanan tərəfdaşlarımızı, dəmir yeyib od püskürən qatı bədxahlarımızı üzə çıxartmaqda məhək daşı rolunu oynadı. Doğma Türkiyəmizlə doğma Azərbaycanımızın əsl doğmalığını, bir canda iki ürək timsalında olduğumuzu, qardaş Pakistanla sağlam təməllər üzərində qurulmuş sarsılmaz dostluq bağlarımızın əbədi varlığını bir daha bütün çalarları ilə ortaya qoydu. Qürurla, fəxrlə, şəstlə söyləyə bilərik ki, bu qələbə sivil dünya xalqları qarşısında sözün geniş mənasında bütün Turan məkanında yaşayan türk toplumunun başını uca elədi. Bu ölüm-dirim savaşında biri digərini tamamlayan iki müqəddəs üçlük zühur etdi: 1) dövlətlərin üçlüyü - Azərbaycan-Türkiyə-Pakistan; 2) sərkərdələrin üçlüyü - İlham Heydər oğlu Əliyev-Rəcəb Tayyib Ərdoğan-İmran Xan Əhməd Niyazi!

"Zəfər nəğmə"mizin III bölümü "Əziz Vəziri-Əzəm!" adıyla qətiyyətli, dəyanətli, yüksək intellektli, geniş erudisiyalı siyasətçi, xalqını sevən səriştəli dövlət başçısı, dostluğu, qardaşlığı, yaxşılığı dəyərləndirən qiymətli insan, cəsur sərkərdə, Pakistanın Baş Naziri İmran Xan Əhməd Niyazi İkramulla oğlunun (05.10.1952) şəninə düzülüb-qoşuldu. Sözümün bu hanında yadıma ibrətamiz bir olay düşdü.

Var-dövləti başından aşan milyoner, qazandığının çox önəmli bir payını millətinin inkişafı naminə xərcləyən, müsəlman qardaşlarının, habelə ümumən bəşər övladının dərdi-sərinə, gün-güzəranına, gündəlik qayğısına da biganə qalmayan xeyriyyəçi, maarifpərvər, comərd insan, millət atası Hacı Zeynalabdin Tağıyev (1823-1924) XX əsrin əvvəllərində Pakistan xalqını məhvə aparan qorxunc taun pandemiyasına qarşı Avropadan öz halal pulu ilə 300 min ampula peyvənd alıb göndərməklə qardaş xalqı kütləvi qırğından xilas etmişdir. Pakistan xalqı bu yaxşılığı yaddaşında saxlamış, 1947-ci ildə Böyük Britaniyanın əsarətindən qurtarıb, müstəqillik əldə edən kimi dövlət unudulmaz Hacının bu əməlini təfərrüatıyla dərslik kitablarına daxil etmiş gənc nəslin belə incə məqamı heç bir zaman unutmaması üçün əsaslı təminat yaratmışdır. Bu səbəbdən dolayı Pakistan xalqı dövləti həmişə Azərbaycanı özünə dost qardaş bilir. Burda deyiblər: Allah sizə qəni-qəni rəhmət eləsin, məkanınız cənnət olsun, ey yaxşı adamlar, Hatəm əlli, tükənməz səxavətli, Süleyman dərrakəli aqil kişilər, ərən kişilər, dünyanın əzəl-axırını görən kişilər!

 

Zəfər nəğməsi

 

Xeyirxah, comərd insan,

Qazanar eldə ad-san,

Yaxşılıq çıxmaz yaddan,

Xatırlanar hər zaman,

Əziz Vəziri-Əzəm!

 

Keçən əsrin başında,

Pakistan göz yaşında,

Həyat yarğan qaşında,

İnsan can savaşında,

Əziz Vəziri-Əzəm!

 

Taun adlı bir azar,

Xalqa olmuşdu düçar,

Biçirdi bu zəhrimar,

Qalmışdı millət naçar,

Əziz Vəziri-Əzəm!

 

"Millət atası" Hacı,

Tapdı dərdə əlacı,

Çəkdi bütün xəracı,

Aldı peyvənd illacı,

Əziz Vəziri-Əzəm!

 

Zeynalabdın Tağıyev,

Əbədi qurdu bir ev,

Üstündə barelyef:

"Müslümsən, qövmünü sev!"

Əziz Vəziri-Əzəm!

 

İşğalçıya hər şey yad,

Ölkə qalmışdı bərbad,

Qəfil gurladı gurşad,

Vətənin oldu azad,

Əziz Vəziri-Əzəm!

 

Mərdlik sığmaz hesaba,

Hacı düşdü kitaba,

Səd afərin cavaba,

Siz batdınız savaba,

Əziz Vəziri-Əzəm!

 

Unudulmaz xoş əməl,

Dostluqda sağlam təməl,

Qardaşıq axır-əzəl,

Sizli, bizli çox gözəl,

Əziz Vəziri-Əzəm!

 

Qarışıb dərd-sərimiz,

Birgədi işlərimiz,

Hərbdə əsgərlərimiz

Savaşda ərlərimiz,

Əziz Vəziri-Əzəm!

 

Oldunuz darda hayan,

Dost bilib, bizi sayan,

Kişi kimi bərk dayan,

Halımıza çox yanan,

Əziz Vəziri-Əzəm!

 

Sən möcüzə yaratdın,

Dünyaya mesaj atdın,

Yağıya dil uzatdın,

Aşına zəhər qatdın,

Əziz Vəziri-Əzəm!

 

Açıq dedin sözünü,

Tutdun işin düzünü,

Göstərdin sərt üzünü,

Tökdün düşmən gözünü,

Əziz Vəziri-Əzəm!

 

Gördük, var köməyimiz,

Arxamız, dirəyimiz,

Toxtadı ürəyimiz,

İsindi kürəyimiz,

Əziz Vəziri-Əzəm!

 

"Bir millətik, üç dövlət!"

Tanrım, bu həqiqət?!

Ya Rəbbim, səndən mədət!

Atana min-min rəhmət,

Əziz Vəziri-Əzəm!

 

İşdə ədalətlisən,

Dosta sədaqətlisən,

Hər vaxt kəramətlisən,

Daim cəsarətlisən,

Əziz Vəziri-Əzəm!

 

Eşq olsun Pakistana,

Dağ çəkib Hayastana,

Rəsmən heç bir zamana,

Dövlət deməyib ona,

Əziz Vəziri-Əzəm!

 

Alqışlar ad-sanına,

Ərdoğanla yan-yana,

Güc verdin kişiyana

Qardaş Azərbaycana,

Əziz Vəziri-Əzəm!

 

Qurumsaq, murdar yağı,

Bir sürü it yığnağı,

Torpağa çəkib dağı,

Dağıdıb Qarabağı,

Əziz Vəziri-Əzəm!

 

Haqq yolunu azırlar,

Dağı-düzü qazırlar,

Qədim şəhər gəzirlər,

Yalan-palan yazırlar,

Əziz Vəziri-Əzəm!

 

Haylar dönüb sarsağa,

Lağım atıb sol-sağa,

Daş basdırıb torpağa,

Tarix çəkir uzağa,

Əziz Vəziri-Əzəm!

 

Yağı daban yalayır,

Çaqqal kimi ulayır,

Qərbə quyruq bulayır,

Bizə meydan sulayır,

Əziz Vəziri-Əzəm!

 

Sağ olsun Putin kişi,

Ağılla tutdu işi,

Nikolun sındı dişi,

Boş çıxdı zəng edişi,

Əziz Vəziri-Əzəm!

 

Keçmədi təl-fəlləri,

Hiylə, bəd əməlləri,

Qırda qaldı əlləri,

Xırp kəsildi dilləri,

Əziz Vəziri-Əzəm!

 

Vuruşduq qırx dördcə gün,

Hayları etdik sürgün,

Qovduq it tək tünbətün,

Qarabağdan büsbütün,

Əziz Vəziri-Əzəm!

 

Ordumuz zəfər çaldı,

Torpağı geri aldı,

Düşməni dərdə saldı,

Dünya lap heyran qaldı,

Əziz Vəziri-Əzəm!

 

Yağıya qan qusdurduq,

Şuşanı alıb durduq,

Ölümcül zərbə vurduq,

Gözəl toy-büsat qurduq,

Əziz Vəziri-Əzəm!

 

Tuş oldu nakəs bəndə,

Əcəb düşdük kəməndə,

Saldılar bizi fəndə,

Girəmmədik Xankəndə,

Əziz Vəziri-Əzəm!

 

Gəldi "sülhməramlılar",

Haya layla çalanlar,

Könlün ələ alanlar,

Qayğısına qalanlar,

Əziz Vəziri-Əzəm!

 

"Molodes" hər əsgərə,

Vaxt ötürmür hədərə,

Mismar vurur çəpərə,

Qoyur qapı, pəncərə,

Əziz Vəziri-Əzəm!

 

Ermənilər boş-bekar,

Zabitlər olub nökər,

Biş-düş edər, pay çəkər,

Dəyirmana dən tökər,

Əziz Vəziri-Əzəm!

 

Yeyib balı, qaymağı,

Tapıb isti bucağı,

Görüb yumşaq qucağı

Dolduracaq qundağı,

Əziz Vəziri-Əzəm!

 

Qol-boyun sarışırlar,

Qaynayıb qarışırlar,

Həsrətlə tapışırlar,

Gənətək yapışırlar,

Əziz Vəziri-Əzəm!

 

Üçlük bir əncam tapar,

Qalmarıq heç vaxt naçar,

Xoşluqla verin qərar,

Yola salın tezbazar,

Əziz Vəziri-Əzəm!

 

Rus gedəndə ağlasın,

Erməni dərdə qalsın,

Boxçasını bağlasın,

Dabanını yağlasın,

Əziz Vəziri-Əzəm!

 

"Qisas", "status" güdəni,

Deyir: "vur öldür məni,"

Ölən hər bir erməni

Murdarlayır vətəni,

Əziz Vəziri-Əzəm!

 

Gec-tez dava olacaq,

Bircə əlac qalacaq,

Dəmir yumruq qalxacaq,

Düşmən payın alacaq,

Əziz Vəziri-Əzəm!

 

Haylar tamam gedəcək,

Torpağı tərk edəcək,

Muğam təzdən dinəcək,

Göydən mələk enəcək,

Əziz Vəziri-Əzəm!

 

Amandır, möhkəm duraq!

Yumruğu zərblə vuraq!

Düşmənləri susduraq!

Yeni bir dövran quraq,

Əziz Vəziri-Əzəm!

 

Üçlükdə səfər edin,

Şuşadan əhval bilin,

Kədəri üzdən silin,

Xankəndində dincəlin,

Əziz Vəziri-Əzəm!

 

Qarabağda at minin,

Xoş danışın, xoş dinin,

Qailisiz yek dinin,

Dua desin müəzzin,

Əziz Vəziri-Əzəm!

 

Qalxın Cıdır düzünə,

Düşün maral izinə,

Enin bulaq gözünə,

Düz Turşsuyun özünə,

Əziz Vəziri-Əzəm!

 

Xocalıya baş çəkin,

Sacayaq çinar əkin,

Baş əyib, durun mətin,

Düşünün dərin-dərin...

Əziz Vəziri-Əzəm!

Üç ölkənin bayrağı,

Bəzəyib hər oymağı,

Şənlikdi, toy sayağı,

Çatlasın alçaq yağı,

Əziz Vəziri-Əzəm!

 

Erməniyə dağ basan,

Üç Kişiyə can qurban,

Abuzər sizə heyran:

İlham, Tayyib, İmran Xan!

Əziz Vəziri-Əzəm!Əziz Vəziri-Əzəm!

Abuzər TURAN

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 fevral.- S.23.