Türklərə məzalim

 

Bən şu sətirləri yazarkən gözlərim önündə Qafqasyadan son poçta ilə gəlmiş qəzetələr duruyor. Bu qəzetələrin ilk səhifəsində şu xəbərə təsadüf ediliyor:

"Dün cümə ertəsi martın 19-da gecə yarısında bir-çox jandarma və polis məmurları bütün türk qəzetələrinin idarəxanələrini basaraq...sahib-imtiyaz və sərmühərrirlərini təhti-toqifə (nəzarət altına) alıb həbsxanaya göndərdilər. Toqif edilən zatlar şunlardır: "Yeni-həqiqət" qəzetəsinin sahibi-imtiyazı Oruc Orucov, sərmühərriri Məhəmmədsadiq Axundov, "Səda" qəzetəsinin sahibi-imtiyazı və sərmühərriri Haşım bəy Vəzirov, "Yeni Füyuzat" məcmueyi-ədəbiyyəsinin sahibi Əlipaşa Hüseynzadə və sərmühərriri Əhməd Kamal bəy əfəndi, heyəti-təhririyyəsindən Cəfər Bünyadzadə, "Şəhabi-saqib" qəzetəsinin sahibi-imtiyazı və sərmühərriri Əlabbas Müznib Mətləbzadə".

Məzkur qəzetələr tətil etdirilərək mətbəəxanələri də qapadılmışdır.

İştə son poçtanın gətirdiyi xəbərlər bundan ibarətdir. Əcəba, Rusiya hökumətini bu qədər zülm və təəddiyat (təcavüz) icra etməsinə nə kimi səbəblər sövq ediyor?

Şu suala veriləcək cavab atiyədə sərd edilən təfsilatdan anlaşılacaqdır.

Qafqasya silsileyi-cibalının cənubunda Batumdan başlayaraq Bakıya qədər imtidad edən (uzanan) tam beş yüz kilometrlik məsafə üzərində osmanlı və İran hüdudları boyunda beş milyon Türk sakindir. Bundan ta türk ellərinin Asiyayi-Qərbidə ikən zühurları zamanından bəri şu yerlərdə yerləşib, Qafqasya dağlarının da iç tərəflərinə doğru yayılmışlardır. Fəqət müruri-zaman (zaman keçdikcə) və təbəddülati-tarixiyyə ilə başqa türklərdən ayrılmışlardı. Və kəndilərinin türk oğlu türk olduqlarını yalnız türk lisanının, türk sərqilərinin, türk adat və əxlaqının mühafizəsi ilə bir dərəcəyə qədər anlada biliyorlardı. Hissiyati-miliyyə və qovmiyyə ta şu axır zamanlara qədər bir hal sükunət və təvəqqüfdə (ətalət içində) duruyordu. Qayət zəki fəqət qəliz bir cəhalətlə uyquda olan bu türklərin bütün fikirləri, duyğuları, həmən müxtəlif məsaili-məzhəbiyyə ilə (məzhəb məsələləri ilə) uğraşmaqdan ibarətdi. Məsaili-məzkurə (sözü gedən məsələ) isə cinsən, irqən, insanən və dinən bir qövm olan şu türklərin arasında nifaq və şiqaq (parçalanma) ilqa edərək (yaradaraq) başqa əqvama nisbətən pək geri qalmalarına səbəb oluyordu.

Bunlar şu hali-əsəfiştimal (təəssüf doğuran hal) içində qaldıqca, təbii, ruslar onları hesaba belə almıyordu. Hətta bir çox kərə Rusiya hökuməti Türk ellərinin xanlarını, əşrəfini, üləmasını (əsilzadələrini, alimlərini) təltiflər, tətyiblər ilə (könlünü almaqla) oxşayaraq irqən və dinən qardaşları olan osmanlı və İranın əleyhinə belə alət kimi qullanıyordu. Qafqasya dağlarında bulunan və ixtilafati-irqiyyəyə rəğmən, dinən qayət müttəhid və mütəəssib (əlbir və təəssübkeş) olan əqvami-sairiyeyi islamiyyə Rus hökumətini daha ziyadə düşündürüyordu.

Rusiya hökuməti var qüvvəti ilə bütün mövcudiyyəti ilə şu dağlar təpəsindəki müsəlmanlar ilə uğraşıyordu. Cənubdakı beş milyon türkləri də kəndi başlarına buraxmadı. Bunların cəhaləti ilə aralarında fəalanə bir surətdə icrayi-hökm edən ixtilaf və şiqaqlar Rusiya hökumətinin ən qəvi, ən mətin bir istinadgahı idi.

Fəqət nəhayət bir gün gəldi. Türklər də dalmış olduqları xabi-məzəllətdən (zillət yuxusundan) oyandılar. Rusiya məktəblərində təhsili-elm və kəmalat edən və ruslar tərəfindən "ruslaşmalarına" çalışılan türk cavanı yavaş-yavaş kəndilərinin türk oğlu olduqlarını anladılar. Cəhl və cəhalətin, nifaq və ixtilafın Türklərə vurduğu zərbələrin vəxamətini (ağırlığını) düşündülər. Bunlar elə çarpışmağa, mübarizəyə başalyıb Türklər arasında bir ittihad və ittifaqın vücudpəzir olmasına (mümkünləşməsinə) sərfi-məsai (səylər) etdilər.

Bundan tam otuz beş sənə müqəddəm Qafqasyanın Bakı şəhərində ilk dəfə olaraq Türk dilində "Əkinci" namilə həftəlik bir qəzetə nəşr edilməyə başlamışdı. Qəzetəyi təsis edən Moskva Darülfünununu bitirmiş əşraf Qafqasyadan mərhum Həsən bəy Zərdabi idi. Bu zat Qafqasya Müsəlmanlarının və bilxassə türklük hissiyatının nəşvünümasına pək böyük xidmətlər etmişdir. Fəqət təəssüf olunur ki, arası çox çəkmədən qəzetəsi qapadıldı. Qəzetənin tətilinə səbəb 1877 sənəsində Rus və dövləti-Osmaniyyə müharibəsi əsnasında müsəlmanları təşviq və təhrik edəcək bir məqalənin nəşri olmuşdu. "Əkinci" tətil etdirildikdən sonra Həsən bəy Zərdabi də Bakıdan sürdürülmüşdü. Məzkur qəzetənin böylə qapadılması Qafqasyada tərəmmüvə (inkişafa) başlayan türk hissiyyat və ədəbiyyatına mühlik bir zərbə olmuşdu. Bundan sonra Rusiya hökuməti iyirmi yeddi sənə qədər bir müddət Qafqasya türklərindən heç birinə qəzetə və məcmuə nəşr etməyə müsaidə etmiyordu

Fəqət, Rusiya hökuməti fikir və xəyal ilə pəncələşmənin səmərəsiz qalacağını düşünəmədi. Heç fikrin, xəyalın qarşısına sədd çəkmək qabilmidir? Vaxtilə Həsən bəy Zərdabinin əkmiş olduğu türklük toxumları qəlbi-millətdə caygir olaraq (yer tutaraq) yavaş-yavaş səmərə verməyə başladı. Tədricən Qafqasya türklərində elm və irfana, təməddün və tərəqqiyə doğru bir hiss, bir meyl oyandı. Aralarında elm və irfan artdıqca türklük hissiyat və ittihad (birlik) əsərləri də kəsbi-vüsət ediyordu.

Bilaxirə 1905 sənəsində mühərriri-acizlə bərabər darülfünun Osmaninin tibb fakültəsində müəllimlik edən fazil danışmənd doktor Əli bəy Hüseynzadə həzrətləri "Həyat" namində türkcə bumi (yerli) bir qəzetə çıxarmaq şərəf və səadətinə nail olduq. Qəzetəmizin sahibi-imtiyazı bütün qəlb və hissiyyatı ilə türk oğlu türk və ümumrusiyada birinci sinif sərmayədarlardan ədd edilən (sayılan) Hacı Zeynalabdin Tağıyev idi. Bu zat kəndi xeyrat və ehsanatı ilə Qafqasya müsəlmanlarına və bilxassə türklər arasında elm və irfanın, hissiyati-milliyənin intişarına böyük xidmətlər etmişdir. Muma-ileyhin (yuxarıda anılanın) himayə və müavinəti ilə bir çox müəssisati-elmiyyə və xeyriyyə, mütəəddid (çoxsaylı) məktəblər, qiraətxanələr meydana gəlmişdir. Binaənəleyh şu zat bu gun Qafqasyada yalqız deyildir. Onun ehsanları, xeyratları digər Türk sərmayədarlarına bir örnək oldu. Bu sərmayədarlar arasında elm və irfan yolunda müəssisələr təsis etmək, nəşri-məarifə çalışmaq adətən bir rəqabət, bir mübarizə rəngini aldı. Hər biri kəndi təşəbbüsi-şəxsi və sərmayəsi ilə bir məktəb açmaq, bir qəzetənin məsarifini təmin etmək, yaxud bir müəssiseyi-irfan təsis etmək şövq və eşqinə düşmüşdür.

Əlyövm nəfsi-şurasını da ərz edəlim ki, Bakı türkləri arasında beş on milyonluq sərmayədarlar az deyildir. Hətta Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev kimi yüzlərcə milyonlara malik zənginlər də vardır. Qafqasya qitəsinin digər yerlərində bulunan türklər də binnisbə zəngindirlər. Zira, Qafqasya türkləri pək çalışqan, ticarət və sənaye, ziraətə qayət mahir və müstəiddirlər. Bu gün Qafqasyanın həyati-iqtisadisi Qafasya türklərinin əllərindədir. Hətta ermənilər kibi ticarət və sənayedə mahir bir qövm belə Qafqasya türkləri ilə rəqabət edəmiyorlar. Bundan dolayıdır ki, Qafqasyanın başqa yerlərində də əğniya (varlılar) və sərmayədarın müavinətləri ilə maarifi-milliyə səri (tez) bir surətdə inkişaf etmişdir.

Əlyövm bütün şəhərlərdə, qəsəbələrdə və köylərdə birər ikişər osmanlı dilində məktəblər yasaq edilmişdir... Fəqət, bütün Qafqasyada türklük mərkəzi, türklük yatağı yenə Bakıdadır. Türk fikri, Türk hissiyyatı bütün Qafqasya qitəsinə, dağlarına, dərələrinə, ovalarına bu şəhərdən axıb gediyor. Bakının Türk zənginləri, səməreyi-həmiyyətidir ki, bu gün Türk lisanı, Türk ədəbiyyatı cinsən Türk olmayan Qafqasyanın şair əqvami-islamiyyəsi arasında belə intişar etməkdədir.

Türklərin, ləzgi, çeçen və inquşlar və əqvami-sairə arasında açdıqları məktəblər sayəsində əlyövm türk lisanı Qafqasya əqvami-islamiyyəsi miyanında (arasında) bir lisani-ümumi dərəcəsinə varmışdır. 1905-1909 sənəsinə qədər mühərriri-acizin əlindən beş qəzetə gəlib keçdi. Hökumət birisini qapadınca bir digərini çıxardıyorduq. Digər rüfaqayi-məsaimiz də eyni əzm və səbatda bulunuyorlardı.

Möhtərəm Əli bəy Hüseynzadə həzrətlərinin "Həyat" qəzetəsindən sonra təsis etdiyi "Füyuzat" məcmueyi-nəfisəsi o zamanlarda bütün əfradi-osmaniyyənin, bütün osmanlı şüəra və üdəbasının bir mərcəi-yeganəsi olmuşdu. Yuxarıda Bakıda toqif və həbs edilən əfəndilər arasında zirk etdiyimiz Əhməd Kamal bəy "Füyuzat" məcmuəsinə Əli bəy Hüseynzadə həzrətlərinə müavinəti-təhririyyədə bulunmaq üzərə Bakıya dəvət edilmişdi.

Əhməd Kamal bəy əhrar və üdəbayi osmaniyyədən olmaqla bərabər kəndisi də əlyövm təbəeyi-osmaniyyədəndir... Əbdülhəmid dövründə "Sərvəti-fünun"a və digər məcmuələrə çalışıyordu. Sonraları İstanbuldan firar ilə Misr əl Qahirədə "Doğru söz" namında müdafieyi-hürriyyət niyyətilə bir qəzetə çıxarmışdı. Orada Əbdülhəmidin təqibatından əmin olmadığından Bolqarıstana getmək məcburiyyətində bulundu. İştə Bakıya dəvəti bu zamanlarda vüqu bulmuşdu.

Əhməd Kamal bəy Qafazyada türklük üçün pək çox, pək gözəl xidmətlər etmişdir. Mühərrirlik, müəllimlik, müdirlik vəzifələri ilə əhalinin tənviri-əfkarına, Lisani-osmaninin intişarına, türklük, osmanlılıq hissiyyatının əhalidə caygir olmasına (qərarlaşmasına) çalışmış və çalışmaqa bulumuş idi. Toqif edildiyi zamanda yenə "Yeni Füyuzat" nam məcmuənin başında olmaqla bərabər, digər qəzetələrdə məqalələr yazmaqda bulunuyordu. Xülasə bu zatın türklüyə, islamiyyətə böyük xidmətləri olmuşdur. Kəndisi təbəeyi-osmaniyədən olduğu üçün hökumətin nəzər-diqqəti şu zati-möhtərəmin hali-əsəfiştimalına (təəssüf doğuran halına) cəlb etməklə bərabər möhtərəm sədr-əzəm və xariciyyə naziri Raşalardan müşaürileyhin sürətlə xilasının çarəsinə baxmalarını istirham və tələb edəriz.

İştə şu müəssir amillər sayəsində yalnız Qafqazyadakı yeddi milyonluq müsəlmanları təsxir etməklə qalmadı. Dağları, dənizləri, hüdudları keçərək bir tərəfdən Azərbaycan çöllərinə, digər tərəfdən bəhri-Xəzər vadilərinə, Ceyhun ovalarına, Türküstan səhralarına qədər yayıldı. Böyük, müəzzəm bir kütleyi-bəşəriyyə əsrlərcə dalmış olduğu uyğudan oyanıb kəndisini bilməyə, kəndisini tanıtmağa başlıyordu...

Rusiya hökuməti təbii bundan pək ziyadə kuşkulanıyordu. Nəzər-diqqətini və təvəccöhünü (diqqətini) dağlı müsəlmanlardan sərf-nəzərlə Cənub və Şimal türklərinə ətf etdi. Bir çox təzyiqat və təqibat icra edilməyə başlandı. Rusiya müsəlmanları arasında vücuda gətirilmiş hərəkati-milliyyənin önünü almağa var qüvvəsi ilə çalışdı. Fəqət təqibat və təzyiqat şimdiki dərəcəyə varmamışdı. Bunun da başlıca səbəbi Osmanlı türklərinin canlanmaları, qüvvət bulmalarıdır. Şimdiyə qədər pək çox tənqidlərə alışmış Osmanlı Türkləri şu üç sənə zərfində sayeyi-hürriyyətdə pək çox müvəffəqiyyətlər əldə etdiyi üç sənə oluna gəlincəyə qədər osmanlılığı, türklüyü hesaba almağa belə tənəzzül etmək... istəməyən düşmənlər... hər yerdə... türklük mühiblərini təqib və təzyiq ediyorlar. Bu gün Rusiyada bulunan otuz milyon müsəlman tərəssüd (nəzarət) altında, daha doğrusu, bir işgəncə içindədir. Əli qələm tutan, ağzı söz söyləyən əhalinin tənviri-əfkarına xidmət edə bilən nərədə bir adam varsa toqif etdiriliyor, həbslərə atılıyor. Qəzetələr, kitablar, mətbəələr basılıyor, zəbt ediliyor. Yüzlərcə insanlar bilamühakimə mənfalara, Sibirya çöllərinə sürülüyor, zindanlarda çürüdülüyor. Türkiyə ilə əlaqədə bulunanlar Türkiyədən gələn məktublar, qəzetələr, kitablar təqib edilərək müsadirə ediliyor.

Əcəba bolqarların, imdadına qoşan və daima insaniyyət, hürriyyət pərdələri arxasında gizlənən arvopalılar Rusiyadan, islamların düçar olduqları şu məzalimə qarşı quru bir söz olsun, bir şey söyləməyə çıxarmı?

Ah! Bir biliyoruz ki, Avropa fikri və məntiqincə insaniyyət və hürriyyət kəlmələrinin müsəlmanlara şümulları (aidiyyəti) yoxdur. Bütün aləmi-islam, bütün türklər istərsə bir gündə, bir anda məhv olsunlar, Avropa insaniyyət və hürriyyətpərvərləri ağızlarını açıb da bir kəlmeyi-şəfqət belə söyləməzlər.

Varsın Rusiya istədiyini müsəlmanlara yapsın. Fəqət bilmiş olsun ki, müsəlmanlara qarşı yapmış və yapmaqda olduğu hər növ zülm və təəddi (təcavüz) kəndisi üçün bir çahi-fəlakət, bir həfreyi-zillət təşkil edəcəkdir. Milliyyət xəmirəsi hər zaman, hər yerdə şühəda qanı ilə yoğrulmuşdur. Şühədası, məzlumu, məğduru olmayan bir millət hürriyyətə, istiqlaliyyətə, həyata kəsbi-istehqaq etməmişdir...

Fəqət, min dəfə həmd olsun ki, hər halda, başladı. Biz bunu Rusiya müsəlmanlarının ən yaxın bir zamanda təxlisi-giriban edəcəklərinə (xilas olacaqlarına) bir əlamət, bir əsəri-xeyriyyədə tələqqi ediyor və qarşılıyoruz. Türk və türklük uğrunda həbsxanalara atılmış olanlar əhali nəzərində bir qəhrəman olacaqlar və bu sayədə sənələrdir qələm ilə yapamayacaqlarını bir anda yapmış bulunacaqlardır.

İştə şu eşqdir ki, bəlalar, məşəqqətlər içindəki böyük türklüyü Asiyayi-Qərbi və Asiyayi-Vüstada (Orta Asiyada) ehya və təcdid edəcəkdir (yenidən həyata qovuşduracaqdır).

 

"Tərcümani-həqiqət" qəzeti

31 mart 1911

 

Əhməd AĞAOĞLU

 

Ədəbiyyat qəzeti.- 2021.- 17 iyul.- S.10-11.