Aləmzar Sadıqqızı – 60

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, “Qobustan  jurnalının əməkdaşı Aləmzar Sadıqqızı 60 illik yubileyi münasibətilə təltif olunub. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Aləmzar Sadıqqızını yubileyi münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb və Yazıçılar Birliyinin fəxri fərmanını təqdim edib. Aləmzar Sadıqqızı göstərilən diqqət və qayğıya görə AYB rəhbərliyinə minnətdarlığını bildirib. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva da iştirak edib. 

 

Ədəbiyyat qəzeti.- 2021.- 31 iyul.- S.4.