Kamal Abdullaya dövlət təltifi təqdim edilib

 

İyunun 11-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm və təhsilin inkişafındakı böyük xidmətlərinə görə УŞərəfФ ordeni ilə təltif olunan Kamal Abdullaya bu ali mükafatı təqdim edib.

 

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

 

Təhsil naziri Emin Əmrullayev akademik Kamal Abdullanı təbrik edib, Azərbaycan təhsilinin elminin inkişafında onun xidmətlərindən söz açıb.

 

Kamal Abdulla öz növbəsində minnətdarlığını ifadə edib.

 

Ədəbiyyat qəzeti.- 2021.- 15 iyun. S. 12.