Quyunun dibindən atama yazdıqlarım...

Bir gün hər kəsin həyatında Şəmsini itirmiş Mövlana,

Yusifini itirmiş Yaqub mərhələsi başlayır...

Səni xəstəxanaya aparan maşın həyətdən çıxan kimi vidalaşdım səninlə. Çünki dönüşü olmayan gedişləri çox yaxşı tanıyıram, Ata. Sən gedirdin, dönməmək üzrə gedirdin. Gözlərimi yumdum, bütün xatirələrimizi keçirdim ağlımdan... Hamısını bir-bir yenidən yaşadım... Həyatda bundan gözəl bacardığım yoxdur, Ata. Xatirələrlə ovunmaq, şaxtadan qorunmaq üçün ötən günlərin istisinə sığınmaq. Sonra başımı səmaya qaldırıb qədər çətin olsa da gülümsədim: "Mən səni həmişə gözəl xatırlayacam, yaraşıqlı oğlan" dedim səninlə sağollaşdım. Amma ruhunla deyil, cisminlə. Əllərinlə, baxışlarınla, mənə sevgi ilə baxan gözlərinlə, qucağınla, gülüşünlə... Mən ayrılığa gülümsəməyi çoxdan öyrənmişəm, Ata. Anamdan soruşurmuşsan ki, qızım necə belə dərin yaza bilir, sanki min ildir dünyanın kədərini daşıyır özüylə... Həə, ata. Düz bilmisən. Mən min ildir dünyanın kədərini tanıyıram, tanımasam, gedişini bu qədər sakit qarşılaya bilməzdim.

 

Tanıdığım hər kəs çiynimə toxunub " yaxşı sakitsən, kədərə yenik düşməmisən, sınmamısan" deyir. Buna da gülümsəyirəm, məgər kədərə yenik düşmək, sınmaq zahirən görünə bilir ki? İnsan yıxılanda içindən yıxılmır ki? Əgər elədirsə, , kədərə yenilməmişəm. , Ata, ağlamadım. Sadəcə var gücümlə qışqırdım... "Ata, ata" deyə hayqırdım. Ona görə ki, artıq öyrənmişdim göz yaşları heç nəyi dəyişə bilmir. qədər ağlayırsansa ağla, gedənlər qayıtmır. Amma deyilənə görə, səs dalğaları kainatın bir yerlərində əbədilik qalır, sonsuzadək. Təsəvvür edirsən, bizim bütün danışıqlarımız, sevdiklərimizi mənalandırmaq üçün, sevgimizi ifadə etmək üçün dediyimiz bütün sözlər orada - uzaqlarda yaşamına davam edir... Buna görə "Ata" deyə qışqırdım... Axı sən ordasan, bəlkə bir gün mənim səsimlə rastlaşarsan, "Ata" deyişimi özünə götürüb mən gələnə qədər onunla ovunarsan sən ...

 

Heç dəyişməyib sən gedəndən... Həyat təxmin etdiyin kimi öz qaydasıyla davam edir. Bu il yaz gəlib, çiçəklər açılıb, quşlar heç olmamış kimi uçur, ağaclar da yerini dəyişməyib. Olduqları yerdə dayanıblar. Belə olmalı deyildi ki? İstəyirəm biləsən, mən sənin üçün hamı kimi yas saxlamıram. Rəngarəng paltarlar da geyinirəm, şən musiqilər dinləyirəm, gülümsəyirəm ... Sadəcə, şair demiş, "dəyişən içimin əynidi". Ürəyimdə getmə ehtimalı olan bütün qatarları yola salmışam, indi boş qatar stansiyası kimi dayanmadan təkrarlayıram:

 

"Qatar gedir, sən gedirsən, bütün stansiya gedir...".

 

Sevdiyin filmlər, musiqilər, şeirlər sənə olan heyranlığım - hamısı mən ölənə qədər ağlımda, öləndən sonra isə ruhumda qalacaq... Bir ki, yağış bütün izləri yumurmuş, Ata...

 

Səsin üçün çox darıxıram... "Qızım" deməyindən ötrü... Amma kaş ki, bilsən, Ata, sənin ayrılığın da möhtəşəmdir... öyrədən, sakitləşdirən, böyüdən...

 

Məni böyütdün, Ata. Gedişin mənə qaranlığı işığı göstərdi. İndi ithürən tərəfi , işıq gələn tərəfi yaxşı bilirəm, tanıyıram. Orada məni gözləyənləri . Bu dünyanın süzgəci kədər imiş, sən demə. Qəlbin ağrıyanda, ruhun qanad çalmağa güc tapmayanda boylanırmışsan ətrafa... Onda görürmüşsən sənə uzanan əlləri... Onda görürmüşsən səni quyunun dibində tərk edib gedənləri ya sadəcə durub seyr edənləri. Onda ağrıya-ağrıya gülümsəyirmişsən. Onda anlayırmışsan, Günəş qaranlıq yerləri ancaq işıqlandıra bilər, onlara işıq bağışlaya bilməz. Bax onda çəkilib, quyunun bir dibində otururmuşsan, Ata. Heç kimdən heç ummadan. Tanrının uzadacağı əli gözləyirmişsən... O əl ki səni heç vaxt buraxmayacaq...

 

Bakıya qayıdıram, Ata. Xəzəri görürəm. Mən Xəzəri sevirəm, izaholunmaz dərəcədə. Bakının bozluğundan sıxılanda Xəzərin sahilinə qaçıram, dərddaşım, sirdaşımdır o mənim. Baxıram, yenə bütün maviliyi ilə uzanıb gedir sonsuzluğa... Onu qədər sevdiyimi, onda qədər rahatlıq tapdığımı hiss edirəm. Qəfildən ətrafına çəkilmiş divarlar, hasarlar başlayır. Daha Xəzər görünmür... Heç vaxt olmamış kimi yoxa çıxır. Divarların arxasında gözdən itir. Amma bu onun olmadığı anlamına gəlmir. Həyatımın sonuna qədər bu hasarlar bitməsə bilirəm ki, mənim sevdiyim o hasarın arxasındadır - həmişə olduğu yerdə. Bütün maviliyi əzəməti ilə oradadır. Sevdiyimiz insanlar kimi. Bəlkə həyatımız doğmalarımızla aramıza çəkilən hasarlar arxasında keçəcək, sevdiklərimizi bir görməyəcəyik, amma onların həmişə var olduğu hissi ürəyimizi təsəlli edəcək... Əlbət, bir gün biz o hasarı adlayıb doğmalarımıza qovuşacağıq... sonsuzluğa uzanan mavilik kimi...

 

Həsrət bu boz şəhərin küçələrində qəfildən çaxan ildırım kimi tutur adamı, Ata. İstəyirsən qaçıb bir yorğanın altında gizlənəsən qışqırasan: "Qorxuram, çox qorxuram...".

 

Hər dəfə oxuduğun universitetin qarşısından keçəndə səni orada xəyal edirəm. Sonra sən mənə qoşulursan, birlikdə gəzirik Bakının bu boz, rəngsiz küçələrini... İndi sən, Bakının hər yerindəsən, Ata. Daha cavan, daha şən, daha yaraşıqlı, daha həyat dolu. Biz indi səninlə həm yoldaşıq, dostuq...

 

Bilirəm, yol gedərkən üzümə toxunan külək, əlimə düşən yarpaq, başımın üzərindən keçən bulud sənsən, Ata.

 

İndi daha çox mənimsən, indi daha çox mənsən, Ata...

 

həyat yenə gözəldir... Bizim ağrılarımıza itkilərimizə rəğmən həm ... Bizim ahımız, fəryadımız min illərdir həyatın gözəlliyinə heç bir təsir göstərmir. Göstərə bilmir. Minillərdir insanlar mahnılar oxudular, şeirlər yazdılar, savaşdılar, öldürdülər, öldülər, ağlarkən güldülər, səbəbsiz inandılar, bir şeyin olma(ma) üçün yalvardılar, kəşflər etdilər, sevdilər, yaşadılar, ayrıldılar, itirdilər, amma həyat yenə bütün əzəmətiylə gözəl olmağa davam etdi... Edəcək . Həyətimizdəki heyva ağacına baxıram. Mən bu heyva ağacının yarpaqlarını tökdüyünü görmüşəm, qışın şaxtasında necə yalnız qaldığını da. Amma hər dəfə yenidən çiçək açıb. göstərib ki, yaşamaq hər şeyə rəğmən yenidən başlamaqdır. Yenidən inanmaq... Hər şeyin sadəcə bizim həyatımızdan ibarət olmadığını demək üçün. Bu gün heyva ağacının bütün itirdiyi yarpaqlarına rəğmən yenidən çiçək açaraq mənə ötürdüyü mesajı mən bütün ağrılarıma rəğmən insanlara ötürürəm: Həyat gözəldir! olur-olsun!

 

Yaxşıya inandıqca, ümidli olduqca, hər şeyin (sevincin , kədərin ) sadəcə, bizim üçün var olduğunu düşünmədikcə,

 

bizim dərdlərimizi nemət sayan insanların varlığını xatırladıqca, həyatdan küsüb bir addım belə atmaq istəmədiyimiz halda, bəzilərinin o bir addım üçün nələrdən keçə biləcəyini, bütün həyatı boyu o bir addıma həsrət yaşadığını bildikcə, ata itkisi ilə gecə-gündüz yanıb yaxılarkən dünyaya gəlmədən atalarını itirən Şəhid körpələrini unutmadıqca...

 

"Bu dünyada hər şey keçicidir, heç daimi deyil, kədər , sevinc " sözlərini hər gün təkrarladıqca...

dayanmadan təkrarlanan dövranın bir zərrəsi olduğumuzu bildikcə,

mərhəmətli olduqca,

təmənnasız sevdikcə,

həyatı başqaları üçün gözəlləşdirməyə davam edəcəyik.

həyat biz xoşbəxt olanda yox, başqalarını xoşbəxt edəndə gözəlləşir...

 

Cahan SEYİDZADƏ

Ədəbiyyat qəzeti.- 2021.- 19 iyun. S. 22.