Yusif Nəğməkarın yeni kitabı çapdan çıxıb

 

Tanınmış şair Yusif Nəğməkarın "Qurbannamə" adlı yeni kitabı bu günlərdə "Zərdabi" nəşr MMC-də çapdan çıxıb. Bu əsər bədii, sənədli, elmi, tarixi mövzuda yazılmış poema-essedir.

Gözlənilməz şair təhkiyyələri, eləcə də ardıcıl, yeni məzmun və süjet quruluşu bu poema-essenin orijinal xarakterini, bənzərsiz struktur görüntüsünü müəyyən edir.

Əsərin qəhrəmanı şair Qurban Musayev regionlarımızda - ayrı-ayrı rayon və kəndlərimizdə yaşayıb-yaradan, el-oba arasında böyük hörmət, və nüfuz qazanmış istedadlı sənət adamlarının ümumiləşdirilmiş obrazı kimi təqdim olunur.

 

Ədəbiyyat qəzeti.- 2021.- 19 iyun. S. 29.