Zəfər nəğməsi

 

Müqəddəs Qalib Üçlük!

 

Poema

 

IV bölüm

 

Vətən müharibəsindəki misilsiz tarixi qələbəmizi gerçəkləşdirən, heç şübhəsiz, rəşadətli əsgər zabitlərimiz, şəhid qazilərimiz olmuşlar. Lakin bu qanlı-qadalı ölüm-dirim savaşının rəhbərliyini tam məsuliyyətilə öz üzərinə götürən dəmir yumruqlu cəngavər sərkərdəmiz İlham Heydər oğlu Əliyevin qəhrəmanlığını, ona siyasi, hərbi, psixoloji digər müstəvidə dayaq duran qardaş dost ölkə olan Türkiyənin prezidenti dəyərli, sayın Rəcəb Tayyib Ərdoğanın səmimi, dönməz qətiyyətini, Pakistanın Baş Naziri dosta sədaqətli, qədirbilən İmran Xan Əhməd Niyazinin dayanıqlı dəyanətini bu üç dövlət başçısının, üç Ali Baş Komandanın, bizim üçün üç müqəddəs şəxsiyyətin şanlı qələbəmizdəki əvəzedilməz rollarını da xususi olaraq vurğulamaq, qiymətləndirmək, təqdir tərənnüm etmək hər birimizin mənəvi borcudur.

Təəssüflər olsun ki, müharibə bitən(!) gündən bu yana riyakar mənfur düşmənin davranışı, sözü-sovu, qapı-qapı sülənmələri, dünyanın bəzi dövlət rəhbərlərinin sərsəm açıqlamaları bu xəmirin hələ çox su aparacağından, lap elə hərbi yolun yenidən labüdləşə biləcəyi ehtimalından xəbər verir. Görünür, ürəyiyumşaqlığa yol vermişik, Dəmir yumruğun son zərbini taxtabaş qafalara ölümcül həddə qədər endirməmişik, əfi ilanı ağır yaralı halda buraxmışıq...

"Zəfər nəğməsi" poemasının "Müqəddəs Qalib Üçlük!" adlı IV son bölümündə qəhrəmanlıqlarını ürəkdən gələn ən səmimi duyğularla tərənnüm etdiyim üç Ali şəxsə, həmçinin, bəzi-para həyəcanlı anlara diqqət yetirmələrini acizanə təvəqqe etmiş, düşüncə hisslərimi çatdırmışam...

Ulu Yaradan külli-aləmi, bəni-adəmi Uca dərgahında hifz etsin, o cümlədən bizə dost, qardaş olan Türkiyə ilə Pakistan əhlini bizim başı bəlalı milləti!

Dünyaya gələn insan

Qazansın gərək ad-san.

Yaşamaq üçün şadman,

Hamıya verin imkan,

Müqəddəs Qalib Üçlük!

 

Söykənin vətəndaşa

Darda dönsün qardaşa,

Silah alıb birbaşa,

Atılsınlar savaşa,

Müqəddəs Qalib Üçlük!

 

Xalqı düzgün buyuran,

Bəxtiyar ölkə quran,

Nahaqqa yumruq vuran,

Millətə arxa duran,

Müqəddəs Qalib Üçlük!

 

Yumruq olduq bu səfər,

Sevindi hər bir əsgər,

Savaşda çaldı zəfər,

Ruhumuz tapdı təpər,

Müqəddəs Qalib Üçlük!

 

Xalqla dövlət qarışdı,

Millət tamam barışdı,

Bəhsəbəslə yarışdı,

Cəbhə üçün çalışdı,

Müqəddəs Qalib Üçlük!

 

El güc verdi dövlətə,

Ordu gəldi qüvvətə,

Sahib oldu qüdrətə,

Düşmən düşdü dəhşətə,

Müqəddəs Qalib Üçlük!

 

Şəhidlərin xatiri,

Qalmalıdır hey diri

Dürüst tutsaq tədbiri

Unudulmaz heç biri,

Müqəddəs Qalib Üçlük!

 

Bir damla şəhid qanı,

Cənnət edər hər yanı,

Bütöv Azərbaycanı,

Türkiyə, Pakistanı,

Müqəddəs Qalib Üçlük!

 

Qaziyə diqqət edən,

Arabir qonaq gedən,

Hal tutan, xoş söz deyən,

Süfrəsində şam yeyən,

Müqəddəs Qalib Üçlük!

 

Onlara qayğı gərək,

Ev-eşik, paltar-çörək,

Ən azı, duyan ürək,

Borcluyuq çox şey verək,

Müqəddəs Qalib Üçlük!

 

Salim qalan veteran,

Hərəsi bir qəhrəman,

Kömək duraq hər zaman,

Hamısına deyək "Can!"

Müqəddəs Qalib Üçlük!

 

Qudursa haylar yenə,

Çıxacaq onlar önə,

Hücum çəkib düşmənə,

Qıracaq dönə-dönə,

Müqəddəs Qalib Üçlük!

Rahat yuxu yatmayan,

Xalqa yalan satmayan,

Haqqa böhtan atmayan,

Xeyri şərə qatmayan,

Müqəddəs Qalib Üçlük!

 

Rüşvətxor talançılar

Dövləti gözdən salar,

İqtidar rüsvay olar,

Millət pis günə qalar,

Müqəddəs Qalib Üçlük!

 

Varidatı müf yığan,

İkiayaq kərgədan,

Bilsin ki, qusacaq qan,

Qurulacaq haqq-divan,

Müqəddəs Qalib Üçlük!

 

Qeybdən gələn səsdir:

Var yığmaq boş həvəsdir!

Dünya malı əbəsdir,

Beş arşın kəfən bəsdir,

Müqəddəs Qalib Üçlük!

 

Yaşayış dərd-azardı,

Dünya sanki bazardı,

Hamı ondan bezardı,

Hatəm nələr bacardı...

Müqəddəs Qalib Üçlük!

 

Saflıq marşı çalınsın,

Haram əldən alınsın,

Tez büdcəyə salınsın,

El malına qatılsın,

Müqəddəs Qalib Üçlük!

 

Əməyə verin qiymət,

Çəkilən halal zəhmət,

Hamıya verər sərvət,

Vətənə bolca nemət,

Müqəddəs Qalib Üçlük!

 

Qoymasın məmur minnət,

Xalq üçündür hökumət,

Göstərsin elə xidmət,

Qazansın sayğı, hörmət,

Müqəddəs Qalib Üçlük!

 

Üçlükdə "Birlik" quran,

Bədxahları susduran,

Bir oturub, bir duran,

Zərbəni güclü vuran,

Müqəddəs Qalib Üçlük!

 

Dünyada gücdü hakim,

Güclüyə dinmir heç kim.

Yara bağlayan həkim,

Sağaldan sübhan-rəhim,

Müqəddəs Qalib Üçlük!

Köhnə tarixi silin,

Rusiyanı dost bilin,

Övladıyıq bir elin,

Bir torpağın, bir çölün,

Müqəddəs Qalib Üçlük!

 

İngilislər bu dəfə,

 

Ucaldılar şərəfə,

Düz vurdular hədəfə,

Durdular haqq tərəfə,

Müqəddəs Qalib Üçlük!

 

Sərbəstləşib get-gəliş,

Nizamlanır hər bir :

Ünsiyyətdə dirçəliş,

İqtisadi yüksəliş,

Müqəddəs Qalib Üçlük!

 

Hədəfimiz Turandı,

Kitabımız Qurandı,

Üçlüyün dostluq andı,

Bəşər oğlu insandı,

Müqəddəs Qalib Üçlük!

 

Dərmandı saf havası,

Təklə-Məkan ovası,

Turanın ilk yuvası,

Qalibiyyət davası...

Müqəddəs Qalib Üçlük!

 

Məcbur olduq köçməyə,

Yeni sular içməyə,

Əkib, səpib, biçməyə,

Təzə yurdlar tikməyə,

Müqəddəs Qalib Üçlük!

 

Min il boyu köç etdik,

Yurdlar saldıq, yol getdik,

dənizə düz yetdik,

Şükr, batdıq, itdik,

Müqəddəs Qalib Üçlük!

 

Yol açın Naxçıvana,

Nur saçın siz cahana,

Örnək olun İrana,

Nəfəs verin Turana,

Müqəddəs Qalib Üçlük!

 

Düşmənlər ara qatır,

dincəlir, yatır,

Aləmə yalan satır,

Turana böhtan atır,

Müqəddəs Qalib Üçlük!

Bərk tutun Qarabağı,

Həzm etmir uduzmağı,

Şitəngən it uşağı,

Görmür siz kimi dağı,

Müqəddəs Qalib Üçlük!

 

Xudam əcəb verib pay,

Qonşu düşüb bizə hay,

Zatı qırıq, əsli zay,

Günümüz olub ah-vay,

Müqəddəs Qalib Üçlük!

Qaynayıb qazan daşır,

Düşmənin ağlı çaşır,

Açıq-aşkar sataşır,

Qudurub həddin aşır,

Müqəddəs Qalib Üçlük!

 

Qatil Robert sülənir,

Yad ellərdə küllənir,

Yazıq-yazıq dillənir,

Silah-sursat dilənir,

Müqəddəs Qalib Üçlük!

 

Cəllad Serj batıb yasa,

Yanını basa-basa,

Quyurcuxur yarasa,

Göstərir tasa-pasa,

Müqəddəs Qalib Üçlük!

 

Terrorçuya çəkin dağ,

Gözlərinə damsın ,

Qalmasın bir xain sağ,

Arınsın ana torpaq,

Müqəddəs Qalib Üçlük!

 

Xan Arazın dərdi var,

Bu dərdi kim unudar?!

Gecə-gündüz hey çağlar,

Ayrılıq deyib ağlar,

Müqəddəs Qalib Üçlük!

Təbriz batıb kədərə,

Çəkəmmir dəli nərə,

Qanmı töksün boş yerə?!

Mədət verin bir kərə,

Müqəddəs Qalib Üçlük!

 

Azərbaycan şadlanır,

Qol açıb qanadlanır,

Qarabağ abadlanır,

Yenə cənnət adlanır,

Müqəddəs Qalib Üçlük!

 

Güneyin günü qara,

Yurdumuz olub para,

Hicrandan gəldik zara,

Sağalmazmı bu yara,

Müqəddəs Qalib Üçlük?!

 

Pislikdə yox əliniz,

Hədyan deməz diliniz,

Salehdi əməliniz,

Halaldı təməliniz,

Müqəddəs Qalib Üçlük!

 

Çiçəklənsin yurdumuz,

Ulasın boz qurdumuz,

Qanamasın burnumuz,

Qüvvətlənsin ordumuz,

Müqəddəs Qalib Üçlük!

 

Abuzərəm, dastanım

Sona çatdı, ay canım,

Var olun, qəhrəmanım:

İlham, Tayyib, İmranım,

Müqəddəs Qalib Üçlük!

 

Moskva, 18.02.2021

 

Abuzər TURAN

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.11.