"Əbədi ruh"lara şair salamı

 

Esse

 

Şəhid Rəşad Ağayevin təbəssümünə...

 

Cəmi 44 gün çəksə , Vətən müharibəsi Azərbaycan ədəbiyyatını müharibədən öncə sonra olaraq, 2 mərhələyə ayıra bildi. Bu, incəsənətin bütün sahələrinə aiddir. Müharibə, Azərbaycanın faşist Ermənistanı üzərindəki qələbəsi tarixi bir gerçəklik olsa da, incəsənətdə əksini tapmaqla şüurlara daha çox hakim kəsilə bilir, yaddaşlara qazınır - sənət bunu edə bilmək gücündədir.

Bugünkü ədəbiyyatımızın aparıcı mövzusu müharibə, onun doğurduğu hisslər, həyatımızda qoyduğu izlərdir. Buna mətbuatda əksini tapan müxtəlif janrlı çoxsaylı əsərlərlə tanış olarkən şahid olmaq mümkündür. Uzun illər boyunca müharibə şəraitində yaşayan, qələbə ilə sonuclansa da, savaş ağrılarından keçmiş ölkənin ədəbiyyatı üçün bu mövzunun prioritet olması qanunauyğundur. Oskar Uayldın təbirincə desək, ziyalılar yaşadıqları zaman kəsimi ilə rəmzi bir bağlılıq içindədirlər. Buna görə müharibə mövzusu hələ uzun müddət, bəlkə , Azərbaycan dövlətinin bütün tarixi boyunca müxtəlif incəsənət əsərlərinin əsas mövzusu olaraq qalacaq, 44 günlük müharibəmizi tarixin yaddaşına möhürləyəcək.

Hüseyn Cavid "Müharibə ədəbiyyat" (1915) məqaləsində yazır: "Demək ki, bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat fəlsəfəsilə bəslənən beyinlər ayrıca haizi-əhəmiyyətdir. Fəqət bügünkü müharibənin gələcək ədəbiyyata icra edəcəyi təsir keçmiş ədəbiyyatın bugünkü müharibəyə verəcəyi təsirin qat-qat fövqündə olsa gərək..." Məncə, hazırda ərsəyə gələn müharibə əsərlərinin çoxluğu 30 ildən artıq toplanıb, ölkəmizin qələbəsiylə sonlanan qısa savaş ərzindəki enerjinin ifadəsi ilə bağlıdır. Bu mətnlərin əksəriyyəti, bir növ, müharibə romantikasına qapılıb illüstrativliyə, təsvirçiliyə, zəif psixologizmə köklənsə , ümumən müharibə ədəbiyyatının formalaşmasında hərəsinin öz rolu var.

Müharibə qələbəmizlə nəticələnsə , bu yolda itkilərimiz az olmadı hər şeyə rəğmən, bu qalibiyyət uğrunda itirdiklərimizi, bu yolda can qoyan şəhidlərimizi əsla unutmamalıyıq. Elşad Baratın da şəhidlərimizə adadığı şeirlər həm unutmağa qoymamaq çabasıdır. Müharibədən sonra "Ədəbiyyat qəzeti"nin, demək olar ki, hər sayında onun beş şəhidimizə ithaf edilmiş şeirlərini oxuyuruq. Ədəbiyyat tariximizdə bunun analoqunu xatırlamıram bu baxımdan Elşad Baratın sözügedən şeirləri ədəbiyyatımız üçün bir yenilikdir, orijinal yanaşmadır.

Müharibə ərzində ondan sonrakı qısa müddətdə bir neçə bioqrafik nəsr əsəri yazıldığına şahid olduq. Elşad Barat şəhidlərimizin hər biri haqqında yazdığı şeirdə kiçik janrın imkanları daxilində onların bioqrafiyasını yazır: hər birinin ailə vəziyyəti, valideynlərinin kimliyi, döyüşdəki qəhrəmanlıqları, onun hansı şəraitdə şəhadətə ucalmasına yaxından bələddir. "Qanı zəfər boyası", "Himni ana laylası", "Cənnətdən əsən külək", "Tarixin möcüzəsi, Cənnətin sehri"... adlandırdığı şəhidlərin doğum gününü, dünyaya göz açdığı yurd-yuvanı, döyüşə yollandığı, şəhadətə ucaldığı tarixi, hansı torpağa tapşırıldığını dəqiq bilir bəzən bu bilgiləri bircə misraya sığışdıraraq oxucuya çatdırır.

Müharibə - ayrılıqların, həsrətin, itkilərin ağrısıdır. Bu şeirləri oxuyarkən hər bir şəhidin kimliyinə bələd olan müəllifinin iztirabını duymamaq mümkün deyil - heç bir şeyin dəyişməyəcəyi hissinin yaşatdığı ağrı, şəhidlərimizin qəhrəmanlıqları qarşısında heyrət, hər şey üçün varlığımızı saran minnətdarlıq... Vətən müharibəmizin ən böyük gerçəyi Elşadın ürəkdağlayan şeirində elə reallıqda olduğu kimi ən böyük təsəlliyə çevrilir:

 

Qazanmışıq sən şəhid

Olduğun o torpağı.

Dalğalanır Şuşada,

Azərbaycan bayrağı.

 

"Zəfər zəfər mənimdir deyə bilənindir" - böyük türkün - Mustafa Kamal Atatürkün sözüdür. Bizim igid qardaşlarımız, oğullarımız məhz bu əzm inamla döyüşlərə atıldılar. Elşad Baratın şəhidlərə ithaf olunmuş şeirləri göstərir ki, müharibə mənəvi məsələləri bir kənara itələmir, əksinə, onları daha da kəskinləşdirir, qabardır. Bu şeirlərdə müharibə var, döyüş, amma odu-alovu hələ qarsır, burada bir ananın arzularıyla böyüyən, Vətənin azadlığı üçün canından keçən qəhrəman oğul var, müqəddəs torpaq uğrunda şəhadət zirvəsinə ucaldan yol var. Bu şeirlərdə Vətənin "oğul" dediyi mərdləri, ərənləri görürük, onların həyat sevgisindən daha böyük olan vətən eşqini duyuruq, heyrət edirik.

 

Bilirik ki, şəhid ölmür,

Ölməmisən, yaşayırsan.

Sən əbədi ata, yoldaş,

Bala adı daşıyırsan.

 

Daşıyırsan bu vətənin

Hər daşını, torpağını.

Daşıyırsan qələbənin

Şuşa adlı bayrağını.

 

Elşad bu şeirlərin hər birini ithaf etdiyi şəhidin adı ilə adlandırır əksəriyyətini şəhidə müraciətilə yazır. Bircə naməlum şəhidə həsr olunmuş şeir şəhidin öz dilindən yazılır:

 

Anama deyin ki, darıxmasın heç,

Həsrətin ayları, illəri boyda.

Sinəmin üstündə güllə yarası

Atamın qabarlı əlləri boyda.

 

Anama deyin ki, müharibəmiz

Bizim qələbəylə yetişdi sona.

Anama deyin ki, bu mən deyiləm,

Vətən göndərirəm bir qucaq ona.

 

"Ədəbiyyat qəzeti"nin sonuncu nömrəsində çap edilən şəhid şeirlərinin birində belə deyir: "Bu gecə bir şəhid yuxuma gəldi, /Bildim ki, bu mənim xəcalətimdir. Görüşdük, danışdıq, gedəndə dedi:"Vətənim sizlərə əmanətimdir".

Şəhidlər bu yurdu qorumaq üçün canlarını sipər edərək, qalib ölkəni bizə əmanət qoydular. Əmanəti qorumağın bir yolu da düşmənini, onun başımıza gətirdiklərini bu yurdu qoruyanları unutmamaqdır. Elə duyğular var ki, əslini ifadə etməkdə sözlər aciz qalır, lakin sükut heç hər zaman sözlərin əvəzinə danışmamalıdır.

 

deyim ki, borcumu

Zərrə qədər ödəyim.

deyim ki, toxtasın

Bu çırpınan ürəyim?..

 

Əminəm, Elşad Barat üçün bu şeirlər həm hər bir şəhidimizə bircə-bircə duyduğu minnətdarlığın bir zərrəsidir, şəhid taleyini misralara köçürərək xatirəsini yaşatmaq, unudulmağa qoymamaq arzusudur.

 

Mətanət VAHİD

Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.15.