Ankarada dahi Nizami Gəncəvi

yaradıcılığına həsr olunan mərasim keçirilib

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil qərargahında dünya şöhrətli dahi şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rəsm, kitab sərgiləri musiqili bədii proqram keçirilib.

AZƏRTAC xəbər verir ki, TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi Milli Kitabxana, ölkəmizin Türkiyədəki səfirliyi Türkiyənin Mədəniyyət Turizm Nazirliyi tərəfindən təşkil olunan proqramda rəsmi şəxslər, elm mədəniyyət xadimləri, diplomatlar, QHT rəhbərləri iştirak ediblər.

Əvvəlcə dünya şöhrətli Nizami Gəncəvinin zəngin, mənalı həyat fəaliyyəti ilə bağlı geniş məlumat verilib.

Açılış mərasimində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, mədəniyyət naziri Anar Kərimov səfir Xəzər İbrahimin çıxışları dinlənilib.

Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov vurğulayıb ki, əsrlər ötdükcə dahi şairin yaradıcılıq nümunələri daha geniş yayılır sevilə-sevilə oxunur. Prezident İlham Əliyevin 2021-ci ili AzərbaycandaNizami Gəncəvi İlielan etməsi dahi şairin yaradıcılığını müasir dövrün tələblərinə uyğun şəkildə tanıtmaq üçün yeni-yeni imkanlar yaradır.

Nizami Gəncəvi yaradıcılığını nəsillərə nümunə kimi dəyərləndirən səfir Xəzər İbrahim bildirib ki, bundan əvvəl olduğu kimi, bu gün , gələcəkdə bir yerdə öz mənəvi xəzinəmizi tanıdacaq qurur duyacağıq.

Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan RespublikasındaNizami Gəncəvi İlielan edilməsi haqqında Sərəncamı xatırladan mədəniyyət naziri Anar Kərimov vurğulayıb ki, istər Türkiyə Mədəniyyət Turizm Nazirliyi, istərsə TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına, eləcə Nizami Gəncəvi şəxsiyyətinə diqqət göstərib: “Dahi Nizami şəxsiyyəti, onun nadir yaradıcılıq üslubu haqqında çox danışmaq mümkündür, əsas məsələ odur ki, böyük şairimiz bütün əsərlərində ədaləti, birgə yaşamaq mədəniyyətini, insan haqlarını yüksək dəyərləndirib. Ona görə , bütün dünya tərəfindən sevilə-sevilə oxunan Nizami Gəncəvi yaradıcılığı əbədilik qazanıb”.

İştirakçılar TÜRKSOY-da sərgilənən nadir kitablar rəsm sərgisi ilə tanış olublar. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov sərgilənən nadir əsərlər barədə iştirakçılara məlumat verərək onları kitabxananın incisi kimi dəyərləndirib.

Bədii hissədə dahi Nizaminin şeirlərinə bəstələnmiş mahnılar ifa edilib.

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.2.