Kəmaləddin Qədimin

yeni kitabı çap olunub

 

“Türk ədəbiyyatına xidmət” Beynəlxalq Ədəbiyyat mükafatı(Türkiyə), “Şahmar Əkbərzadə adına Beynəlxalq Poeziya mükafatı” laureatları, Prezident mükafatçısı, tanınmış şair Kəmaləddin Qədimin “Harda ayrılıq yoxdur” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

“Elm və Təhsil” nəşriyyatında çap olunan bu kitabda şairin son illərdə yazdığı yeni şeirləri yer alıb.

Kitabın redaktoru tanınmış yazıçı Aləm Kəngərlidir.

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 mart.- S.32.