Biz sevgi üfüqündə

Bir seçim edirik -

Yazıqlıq duyğusunu...

 

Səndə ən xoşladığım - ətrindi...

Sən torpaq qoxursan,

Çəmənlik qoxursan,

Bir az da başqalarından

Çox insanlıq ətrin var...

 

***

 

Biz sevgi üfüqündə

Bir seçim edirik -

Yazıqlıq duyğusunu...

 

***

 

Sən elə düşünürdün ki, mən şəhərəm -

Əylənmək üçün kifayət qədər böyük,

Ancaq mən qonşu bir şəhərciyəm -

Hansı ki heç vaxt eşitmədiyin,

Hər dəfə yan keçdiyin,

Heç bir abidə memarlığı olmayan

Lakin körpüləri silkələyən

Şimşək kimiyəm...

Mən hazır qida deyiləm -

                        ev mürəbbəsi,

Kifayət qədər quru

                      dadını ala bilməyəcəyin

Bütün şirniyyatlardan uzağam...

Mən özümü səndə alovlandırdım,

Ancaq sən bunu bilmədin...

Mən otel deyiləm, mən evəm,

Sevdiyin içki deyiləm,

Suyam, yanğısında olduğun...

Öz gözləntilərini mənə gətirmə,

Məzuniyyətini başqa bir yerdə keçir...

 

***

 

Məni daha çox qorxudan -

Paxıllıq kin çığırtısıdı...

vaxt ki başqaları uğur qazanır

Biz məyus oluruq kədərlənirik...

Sonra onlar uğursuz olurlar

beləcə məyusluq böyüyür...

 

Getdikcə insanlıq yolunda

Bütün cəhdlərimiz alınmır

hər şey çətinləşir...

 

***

 

Əgər mən sənin

həyatının eşqi deyiləmsə,

onda mən sənin  həyatının

ən böyük itkisi olaram...

 

Rupi KAUR

 

Tərcümə etdi: Tural CƏFƏRLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.13.