Mişel

 

Hekayə

 

...Birdən nə düşündüsə, ot yabasını götürüb dəli kimi tövləyə cumdu. Mal tövləsinin qapısını açıb özünü içəri soxdu. Onun özünü içəri soxması ilə qara inəyin böyürməsi bir oldu. İnəyin böyürməsinə ikinci mərtəbədə yır-yığış eləyən Haykanuş diksindi və pəncərəyə yaxınlaşıb başını çölə çıxartdı, sonra da qorxa-qorxa həyətə göz gəzdirib "Nikol, Nikol" - deyə çağırdı.

Nikol bu zaman ot yabasını ikinci dəfə qara inəyin qarnının altına soxdu. Qara inəyin qıpqırmızı qanı şoruldayaraq döşəməyə tökülməyə başladı.

Qara inək bu dəfə elə bərkdən böyürdü ki, Nikol qorxusundan bir addım geri çəkildi. Qara inək sanki böyürmürdü, insan kimi dil açıb deyirdi: "Məni niyə öldürürsən? Axı qarnımda balam var". - Qara inək böyürə-böyürə yanıüstə yıxıldı və aradan beş-on dəqiqə keçməmiş hərəkətsiz qaldı.

Nikol hirslə yabanı bir tərəfə tullayıb həyətə çıxdı. Onun həyətə çıxması ilə Haykanuşun dillənməsi bir oldu:

- İnək niyə böyürürdü? Olmaya doğurdu? - Qara inəyin doğmağına hələ on beş gün vardı. - Nikol arvadına baxıb daha heç nə demədi. Boynunun ardını qaşıyıb zirzəmiyə endiorada gizlətdiyi avtomatı götürüb yenidən bayıra çıxdı. Sonra nə düşündüsə də geri dönüb təzədən zirzəmiyə endi, dəmir sandığın qapağını qaldırıb oradan iki ədəd avtomat darağı götürüb geri qayıtdı. Həyətdə bir xeyli dayanıb göy üzünə baxdı. Göy üzündə qara buludlar hərlənirdi. "Yağış yağacaq" - öz-özünə pıçıldadı və arvadına baxıb dilləndi: "Tələsmək lazımdır. Vaxtımıza üç gün qalıb". - Az sonra o, dayandığı yerdən yaxınlıqdakı çəmənliyə sarı baxdı. Çəmənlikdə otuza yaxın qoyun otlayırdı. Daha doğrusu, qoyunları otaran Mişel idi. Mişel itin adıydı. Bu adı ona Haykanuş vermişdi. Mişel adlı cavan bir oğlan otuz il bundan əvvəl Yerevana gəlmişdi. Onda Haykanuş "Yerevan" mehmanxanasında işləyirdi. Mehmanxanada işləyirdi deyəndə o, yataq dəstlərini dəyişirdi. Fransadan gələn Mişellə də yataq dəstlərini dəyişəndə tanış olmuşdu.

Mişel bir aya yaxın Yerevanda qalmışdı. Şəhərin mərkəzində "Parfümeriya mağazası açaraq təzədən Fransaya qayıtmışdı. Həmin o mağazada üç erməni qadını satıcı işləyirdi. Bu da Haykanuşun cızdağını çıxartmışdı, çünki o, hər dəfə Mişelin qolları arasında balıq kimi çapalayanda bu sözləri eşidirdi: "Sənin ətrin fransız ətirlərindən də yaxşıdır. Hələ gözəlliyini demirəm. Görsələr, fransız qızları sənə həsəd apararlar. Mənim "parfümeriya"mda sən də işləyəcəksən. Qoymaram ki, bu mehmanxanada qalıb döşək üzü dəyişə-dəyişə həm də gündə bir kişi dəyişəsən". - Haykanuş hər dəfə bu sözləri eşidəndə dünyanın ən xoşbəxt qadını olurdu. Amma Mişel onu işə götürmədi. Qəfildən gəldiyi kimi, qəfildən də çıxıb getdi. Haykanuş bir daha onu görmədi. Bir ildən sonra ermənilər böyük qardaşları ilə birləşərək Kəlbəcəri işğal etdilər. Və günlərin bir günü Nikol arvadını da, iki oğlunu da götürüb indi yaşadıqları ikimərtəbəli evə köçdülər. Qızı Sonya isə Yerevanda qaldı. Daha doğrusu, anasının əvəzində mehmanxanada işləməyə başladı.

Mişel Nikolu görən kimi quyruğunu buladı, sonra da irəli gəlib onun dizlərinə toxundu və nəsə hiss eləyirmiş kimi mırıldadı. İtin mırıldaması onsuz da acığından bığlarını gəmirən Nikolu cin atına mindirdi. Ona görə də itin sol böyrünə bir təpik ilişdirib barmağını avtomatın tətiyinə toxundurdu. Bir andaca "Kalaşnikov"un lüləsindən çıxan zəhərli güllələr qoyunları yerə sərələdi. Nikolun ürəyi bununla da soyumadı. Əlini şalvarının yan cibinə salıb gülləylə dolu o biri darağı götürüb "donuzxana"ya sarı yönəldi. Mişel hələ də mırıldayırdı. Mırıldaya-mırıldaya onun üstünə atılmaq istəyirdi. Amma qorxurdu. Çünki qoyunları bir-bir yerə sərən silahın nəyə qadir olduğunu öz it duyumu ilə yaxşı hiss edirdi. Onu da hiss edirdi ki, bu illər ərzində sədaqətlə qulluq etdiyi, qoyunlarını "otardığı", yaşadığı evi qoruduğu sahibi tülkü kimi bic olsa da, qorxaqdı.

Nikol doğrudan da qorxaq idi. iyirmi yeddi iliydi ki, bu işıqlı, yaraşıqlı ikimərtəbəli evdə qorxa-qorxa yaşayırdı. Tez-tez yuxusunu qarışdırırdı. Rahat yata bilmirdi. Yarım saatdan bir oyanıb pəncərədən çölə sarı boylanırdı.

O, "donuzxana"ya çatar-çatmaz Haykanuş özünü ona yetirdi. Ərinin qolundan tutub dəli kimi bağırdı:

- Sən neyləyirsən? Ağlın başındadır?

- , başımdadır! - Nikol arvadına tərs-tərs baxıb dilləndi.

- Ağlın başında olsaydı qarnında balası olan inəyi öldürməzdin.

Nikol birdən-birə qəhqəhə çəkərək güldü gülə-gülə dedi:

- Ay arvad, erməni kişiləri hamilə olan türk qadınlarının qarnını bıçaqla iki yerə bölüb uşaqqarışıq bağırsaqlarını çölə tökəndə bilirsən olur?

- olur? - Haykanuş maraqla soruşdu.

- Ermənistanın Milli Qəhrəmanı.

- dedin? - Haykanuş təəccübləndi.

- Dedim ... - Nikol özündənrazı halda gülümsədi sonra da qaşqabağını töküb dilləndi:

- Tələsmək lazımdır.

Haykanuş ərini ilk dəfə görürmüş kimi onu başdan-ayağa süzüb narahatlıqla bildirdi:

- Bəs yük maşını harda qaldı?

- Səhər tezdən gələcək. Bayaq Aşota zəng vurmuşdum. Dedi ki, Laçından bir "Kamaz" gətirəcək. Nəyimiz var, yükləyərik "Kamaz"a. - İnamla bildirdi.

Aşot Nikolun böyük oğlu idi, Livadan, Suriyadan, İraqdan Laçına köç edən ermənilərin məskunlaşmasına rəhbərlik edirdi. Son on ildə Laçına yüzlərlə erməni ailəsi köçüb gəlmişdi. Aşot onları sevinclə qarşılayıb hər ailəni yerbəyer eləmişdi. Buna görə Ermənistana göstərdiyi xidmətlərini nəzərə alaraq ona orden vermişdilər, hələ üstəlik, Ermənistan hökuməti Laçın rayonunda ona iki kənd bağışlamışdı.

Nikol Kəlbəcərə köçəndə bir həsir idi, bir Məmmədnəsir. Üz-gözündən kasıbçılıq yağırdı. Bir vaxtlar Yerevanda avtomobillərin təkərini yamayırdı. Təkər yamamaqla çətin dolanırdı. Yaxşı ki, Haykanuş mehmanxanada işləyirdi, yoxsa kommunal xərclərini belə ödəyə bilməzdilər. Onlar Kəlbəcərdə məskunlaşandan sonra həyat üzlərinə gülməyə başladı. Kəlbəcər meşələrindən on iki inək, üç at yüzə yaxın qoyun tapıb gətirdilər. Böyük ferma qurdular. İki il keçəndən sonra Nikol Yerevanda ət satışı ilə məşğul olmağa başladı. O, ildən-ilə varlanırdı. Varlandıqca tamahı onu yoldan çıxarırdı. Son illər arvadına gözünün ucuyla da baxmırdı, meylini özündən 30-40 yaş cavan olan erməni qızlarına salmışdı.

Nikolun kiçik oğlu əsgərlik yaşına bir il qalmış Fransaya getmişdi. Aradan on il keçməsinə baxmayaraq bir dəfə olsun evlərinə baş çəkməmişdi. Heç bu barədə düşünmürdü . O, ancaq "Böyük Ermənistan" haqqında düşünürdü.

...Dan üzü ağaran kimi darvazanın yanında yaşıl rəngli bir "Kamaz" dayandı. Aşot kabinadan düşüb darvazanı açdı "Kamaz" həyətə girər-girməz Nikol qucağında "unitaz" oğluna yaxınlaşdı soruşdu:

- Neçə ev yandırdın?

- On səkkiz - Aşot fəxrlə cavab verdi.

- Bəs Livandan köçüb gələnlər... onlar da yaşadıqları evləri yandırdılarmı?

- Yandırdılar. - Aşot gülümsədi əlilə unitazı göstərib soruşdu:

- Bunu hara aparırsan?

- Necə yəni hara aparıram? - Nikol suala sualla cavab verdi qucağındakı "unitazı" "Kamaz"ın kuzovuna yerləşdirib təzədən geriyə döndü.

Aradan iki saat keçər-keçməz maşının kuzovu ev əşyaları ilə doldu. Nikol birdən-birə qaşlarını çatıb barədəsə düşündü. Az sonra onun gözlərində qəzəb qığılcımları parladı. İri addımlarla toyuq hininə yaxınlaşdı orada bir toyuğun da qalmadığına əmin olandan sonra düz üç gün bundan əvvəl ikilitrlik şüşə balona tökdüyü benzini götürüb ikinci mərtəbəyə qalxdı. Mişel onun arxasınca getdi, amma Nikol itin üstünə acıqlanıb onu qovmaq istədi. Mişel hürərək onun ayağından yapışdı:

- Əl çək məndən! - Dəli kimi bağırdı. Ancaq deyəsən, it ondan əl çəkmək istəmirdi. Əl çəkmək istəmədiyinə görə onun sağ ayağından daha bərk yapışdı.

Nikol cin atına mindi Aşotu çağırdı.

- Gəl, bu iti rədd elə burdan!

Ancaq Aşotun yerinə anası Haykanuş ikinci mərtəbəyə qalxdı Nikolun əlindəki ikilitrlik şüşə balona tökülmüş benzini görüb gözü kəlləsinə çıxdı:

- Özünü yandıracaqsan?

- Dəli olmuşam, nədir! Özümü niyə yandırıram?

- Bəs əlindəki benzin nəyə görədi?

- Evi yandıracağam.

- Evi niyə yandırırsan? Bəs vicdanın yoxdur?

- vicdan-vicdan deyirsən. Məgər bilmirsən ki, ermənilərdə vicdan olmur.

- Bəs olur? - Haykanuşu maraq bürüdü.

- bilim olur. - Bir anlıq susub dayandı. Gözlərini arvadından çəkib itə baxdı. Mişel onun sakitləşdiyini duyub bir küncə çəkildi gah Haykanuşa, gah da Nikola baxmağa başladı.

...Bir vaxtlar Nəcəf kişi öz ailəsilə birlikdə bu evdə yaşayırdı. Ermənilər kəndə yaxınlaşanda o da məcbur olub öz evini tərk elədi. Arvadı Gülgəzə baxıb ümidlə dedi: - Biz qayıdacağıq. - Sonra Nəcəf kişi "Pələngi" zəncirdən açıb buraxmışdı. Pələng zingildəyərək onun ayaqlarını yalayanda yetmiş yaşı təzəcə tamam olmuş Nəcəf kişinin gözləri yaşarmışdı. İndi Nəcəf kişi , arvadı Gülgəz Gəncə qəbiristanlığında uyuyurdu.

Haykanuşun "Mişel" adını verdiyi bu itin damarlarında Pələngin qanı axırdı.

Nikol şüşə balonun qapağını açıb benzini döşəməyə tökmək istəyəndə Mişel qəflətən onun üstünə hoppandı. Benzinlə dolu şüşə balon Nikolun əlindən yerə düşdü. O, əsəbiləşdi. cibindən bıçağı çıxarıb itin ürəyinə soxdu. İt zingildəyərək yanıüstə yıxıldı. Haykanuş yerindəcə donub qalmışdı. baş verdiyini hələ anlaya bilmirdi. Birdən o, itin üstünə yıxılıb "Mişel" - deyə haray qopardı. Onun səsinə Aşot diksinən kimi oldu yüyürərək içəri keçib anasının qolundan tutub ayağa qaldırdı.

Haykanuş oğlu ilə birlikdə həyətə düşəndən az sonra alov dilimləri tavanı "yalayırdı".

Nikol uşaq kimi sevinərək "Kamaz"a yaxınlaşdı dedi: - Yola düşürük.

Haykanuş oğlu Aşotun "Prado"sunda əyləşdi arxa aynadan Nikolun yandırdığı evə baxıb zorla eşidiləcək bir tərzdə öz-özünə pıçıldadı: - Heyif, Mişeldən!

 

5 dekabr, 2020

 

Vaqif İSAQOĞLU

 

Ədəbiyyat qəzeti.- 2021.- 1 may.- S.22.