O mənzilə yetməyə hələ çox qalıb

 

Sabir Rüstəmxanlının 75 illiyinə

 

Sabir Rüstəmxanlının gənc istedadlı bir qələm sahibi kimi özünü ifadə təsdiq etməsi əsasən 1970-ci illərin hadisəsidir, ancaq o, yeni məxsusi poetik nəfəsinə, dünyagörüşünə, sosrealizm doqmalarına ümumiyyətlə sosrealizmə nifrətinə görə əslində 60-cılardan biridir.

Mənim təsəvvürümdə Fikrət Sadıq, Fikrət Qoca 60-cıların qocamanıydısa, Sabir 60-cıların gənci idi o gəncin artıq 75 yaşı tamam olur.

75 yaşlı Sabir Rüstəmxanlı müasir Azərbaycan əldəbiyyatının sayılıb-seçilən, sevilən qiymətləndirilən nüfuzlu qələm sahibidir bu vətəndaş nüfuzu onun gəncliyindən etibarən arta-arta gəlib, etibar qazanıb.

1970-80-ci illərdə Çingiz Əlioğlu, rəhmətlik Nüsrət Kəsəmənli Sabir yaxın dost idilər görün, aradan qədər illər keçib, ancaq o dostluqdakı səmimiyyət sədaqət, fikir əməl birliyi indi mənim yaddaşımdadır. Elə o vaxt da bu dostluqdakı bir-birinə bağlılıq təəssübkeşlik mənə Aleksandr Dümanın məşhur üçlüyünü xatırladırdı, ancaq o üçlüyün dördüncü bir dostu da var idi - Dartanyan Sabirgilin dördüncü böyük dostu var idi, bu böyük dost - onları sevən, onların poeziyasındakı sevinclə sevinən, kədərlə kədərlənən oxucular idi. Bir tərəfdən onların siyasi konyukturadan uzaq poeziyasındakı təmiz, ləkəsiz lirika, o biri tərəfdən isə cəsarətli milli bütövlük çağırışı (sovet zamanı!) milli vətəndaş mövqeyinin ifadəsi oxucuların hissləri, düşüncələri istəkləri ilə üst-üstə düşürdü, buna görə emosional təsiri güclü idi.

Sabirin yaradıcılığında onun lirikası ilə vətəndaşlığı həmişə birlikdə olub, bu yaradıcılıq bir küll halında duyğusal lirika ilə sərt vətəndaş qətiliyinin poetik vəhdətini ifadə edib edir bu mənada Sabir Rüstəmxanlı yaradıcılığı müasir ədəbiyyatımızın prinsipial hadisələrindən biridir. Qədim Gəncə (özü Gəncənin hələ Kirovabad vaxtı!), Xudafərin, Ərk Qalası bu kimi maddi-mənəvi rəmzi mahiyyət daşıyan şəhərlər, körpülər, qalalar onun poeziyasında obrazlaşıblar milli tarixə belə bir bağlılıq Sabirin bütün yaradıcılığı üçün xas olan cəhətdir.

Mən hələ 1982-ci ildə (təxminən 40 il bundan əvvəl!) Sabirin "Gəncə qapısı" kitabı haqqında məqalə yazmışdım indi o məqaləni tapıb, təzədən gözdən keçirtdim. Orada belə bir fikir var ki, Sabirin lirik qəhrəmanı:

Dünyada ən böyük sənətdir,

Demə, öz ana dilinə keşikçi olmaq...

- deyəndə, biz bu sözlərin səmimiyyətinə inanırıq, çünki həmin lirik qəhrəman bütün fikri, hissləri ilə torpağına, vətəninə bağlıdır bu bağlılıq... özünün bədii-estetik təcəssümünü tapıb".

Bu fikir mənə ona görə əlamətdar göründü ki, həmin lirik qəhrəman bu gün "öz ana dilinə (yəni dillə bərabər vətənə, xalqa, torpağa - E.) keşikçi" olmağı təbii ki, peşə mənasında yox, yaradıcılıq mənasında "böyük sənət" hesab edir Sabirin bir sənətkar kimi xoşbəxtliyi ondadır ki, onun qələmi 25 yaşında hansı poetik səmimiyyətlə yazırdısa, 75 yaşında da o qələm o cür səmimi yazır.

Burasını da xatırladım ki, aradan keçən onilliklər adi illər deyil bu illər Sabirin qələmini poeziyasında da, nəsrində , publisistikasında da daha kəsərli edib yəqin elə buna görə onun düşüncələri, demək istədikləri elə bil ki, artıq poeziya çərçivələrinə sığışmır, şairi eyni zamanda nasir edir, nəsrimizdə "Göy tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", "Difai fədailəri" kimi romanlar yaranır, publisistika isə lap cavan vaxtlarından Sabirlə birlikdə olub.

Sabirin "Ömür kitabı" 80-ci illərin ikinci yarısında - milli hərəkat başlayan vaxtlarda ən populyar sevilən kitablardan biri idi, qızların cehizinə qoyulurdu indi xatirimə düşür ki, o kitab təzəcə nəşr olunanda hərdən zəngləşdiyimiz rəhmətlik Qabil mənə telefon açdı : "- Sabirin kitabı əladır e, oxuginə! Xoşuva gələcək!.." - dedi. Yəqin bu da maraqlıdır ki, səhv etmirəmsə, elə həmin gün rəhmətlik Qasım Qasımzadə "Vətən" Cəmiyyətinə gəlmişdi o da Qabilin zəngindən xəbərsiz: "- Sabirin kitabını oxumusan? - Soruşdu, - Yaxşı kitab yazıb" - dedi.

Elə bilirəm ki, Sabir haqqındakı bu yazıda o rəhmətlikləri yada salmağımız yerinə düşdü Sabirin xasiyyətindəki qədirşünaslıq baxımından da yaxşı bir oldu.

Sabir yaradıcılığındakı bir cəhəti qeyd etmək istəyirəm: o, əgər belə demək mümkünsə, diqqətcil nasir, diqqətcil şairdir, bəzən ani sadə, ötəri bir görüntü (kiçik detal, cizgi) belə onu ələ alır, onun fikrində dolaşır ən əsası isə o, bu ani görüntünü mənalandırmağı bacarır. Baxın:

 

Saçları ağarmış, üzü qırışmış

yaşlı bir qadın

kötüyə dönmüş əlində

üçcə saplaq bənövşə

gedir yolla

yanından ötüb keçən

adamları görmədən.

 

olsun? Gündəlik, dediyim kimi, ötəri bir görüntü deyilmi? Ancaq bu görüntü poeziyanın obyektinə çevriləndə belə deyil, sürətlə o adilikdən, ötərilikdən uzaqlaşaraq ümumiləşdirilir, səni həyat tale barədə düşündürür səndə həzin bir ovqat yaradır sən o həzinliyi obrazlı şəkildə oxucu ilə bölüşməyi, onda da eyni ovqat yaratmağı bacarırsan:

 

Gedir - bəlkə

bu çiçəklərə

ömrünün

ən ağır etirafını edir,

ya dərdini açır

özü bönövşə olduğu illərin.

 

Belə bir diqqətcillik, həssaslıq Sabirin şəxsiyyətinin məxsusi bir cəhətidir mən uzun illər boyu bunun şahidi olmuşam. 1975-ci ildə mən Yazıçılar İttifaqında işə başlayanda Sabir "Ədəbiyyat incəsənət" qəzetinin gənc artıq tanınmış, bacarıqlı bir əməkdaşı idi - o vaxt da tez-tez görüşürdük, 90-cı illərin əvvəllərində isə Mətbuat naziri idi - yenə tez-tez görüşürdük. Bu görüşləri ona görə xatırladıram ki, mən az adam görməmişəm ki, vəzifəyə gələnə qədər bir cür, vəzifədə başqa cür, vəzifədən gedəndən sonra da tamam başqa cür olur - Sabir qəzet əməkdaşı olanda kim idisə, nazir olanda da həmin adam idi bu gün həmin Sabir Rüstəmxanlıdır.

1980-ci illərin sonları, 90-nın əvvəllərindəki o mürəkkəb, keşməkeşli dövrdə Sabir "Azərbaycan" qəzetini təsis etdi, redaktoru oldu o qəzet Azərbaycan Demokratik Respublikasının 1918-20-ci illər arası nəşr etdiyi əsas qəzetin yalnız adını daşımadı, həmin qəzetin milli azadlıq demokratiya ilə bağlı ənənələrini bərpa etməyə başladı.

Sovet mətbuatında senzura ədəbi-ideoloji bir qəfəs idi, ancaq sən demə, söz azadlığı da bizim mətbuat üçün ciddi bir sınaq imiş birdən-birə azadlığa çıxıb, nəşrə başlamış qəzetlərin bir çoxu üçün söz azadlığı kin-küdurətə, böhtana, şəxsi haqq-hesaba, qarayaxmaya, dedi-qoduya açılan yaşıl işıq imiş. Bizim mətbuat tariximizdə, məncə, hələ layiqli qiymətini almamış ikinci "Azərbaycan" qəzeti həmin söz azadlığından obyektiv tutarlı söz demək üçün istifadə etdi. Bu mühüm siyasi-ictimai əxlaqi problemlər qaldıran, eyni zamanda, həmin şəxsi haqq-hesaba, qarayaxmalara tutarlı əsaslı cavab verən söz idi bu söz dediyim həmin diqqətcilliyin həssaslığın ifadəsi idi. Bizim bugünkü bir sıra tanınmış peşəkar jurnalistlərimiz ilkin fəaliyyətlərini Sabirin "Azərbaycan"ından başlamışlar.

75 - Sabir üçün ixtiyar yaşı deyil, sənətkar yaşıdır.

Mən Sabiri gözəl yubileyi ilə təbrik edərək, yazımı da onun şeirindəki bu misralarla:

 

Üzür son limana ömrün gəmisi

Harda dayanacaq - o, hələ bilmir.

Allahın yoludur, su da, quru da,

Mənzilə yetməsə, dincələ bilmir.

 

- bitirmək istəyirəm :

- Əzizim Sabir, - deyirəm, - O mənzilə hələ çox qalıb, o gəmi hələ bundan sonra yeni-yeni əsərlərə malik olacaq, çünki o yolçuluğun enerjisi oxucuların məhəbbəti hörmətidir.

 

18 may 2021. Bakı.

ELÇİN

 

Ədəbiyyat qəzeti.- 2021.- 22 may.- S.3.