Elnur Uğurun "Hadrut fatehi"

kitabı çap olunub  

 

Hadrut fatehiVətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun həyatı döyüş yolundan bəhs edən poemadır.

Əsərdə XTQ-nin baş giziri olan  qəhrəmanımızın öz dəstəsi ilə keçdiyi şanlı döyüş yolu, göstərdiyi şücaətlər qələmə alınmışdır.

Hadrutun işğaldan azad edilməsində müstəsna xidməti olan Camal İsmayılovun döyüşçü obrazı əsər boyu öz qəhrəmanlığı ilə zəfərdən-zəfərə qoşan Azərbaycan hərbçisinin gücünü qətiyyətini özündə əks etdirir.

"Elm təhsil" nəşriyyatında çap olunan kitabın redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru Azər Turandır.

 

Ədəbiyyat qəzeti.- 2021.- 28 may.- S.32.