Hidayətin poeziyası qırğız dilində təqdim olunub

 

Qırğız Respublikasının Milli İnformasiya Agentliyi "Kabar" Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli şair və dramaturq, publisist Hidayətin qırğız dilində şeir və poemalarından ibarət kitabının buraxılması haqqında material paylaşıb. Materiala yer ayıran çoxsaylı nəşrlərdən biri isə yazını diqqətçəkən əlavə ilə oxucularına təqdim edir: Redaksiya araşdırmaları nəticəsində məlum olub ki, indi çap olunan kitab xeyli əvvəl qırğız dilinə tərcümə edilsə də, müəllif, Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov rəsmi dövlət vəzifəsi tutduğu dövrdə onun çap olunmasına razılıq verməyib. Bu yaxınlarda, oktyabrın əvvəllərində o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə geri çağırılandan sonra kitab nəşr edilib. Bu, cənab səfirin həyat kodeksi üçün maraqlı detal olduğuna görə xatırlatmanı etdik.”

Qırğız Respublikasının Milli İnformasiya Agentliyi "Kabar"ın kitabla bağlı yazısını təqdim edirik:

Ulduzlu səma altında” adlı kitaba görkəmli şair, dramaturq, publisist, əməkdar incəsənət xadimi Hidayət Orucovun müxtəlif illərdə qələmə aldığı çoxşaxəli ədəbi istedadını əks etdirən şeir və poemaları daxil edilib. Onların tərcüməsi üzərində tanınmış şairlər Haydarbek Sarmanbetov, Dogdubek Yusupov, Jediger Saalay, Zamirbek İmanaliev, Baktyqul ÇoturovaAltynay Temirova çalışıblar.

Kitabın özəlliklərindən birişairin bəzi şeirlərinin iki-üç tərcümədə verilməsidir. Nəşrə ön sözü Qırğızıstanın xalq şairi, ictimai xadim, populyar əsərlər müəllifi, tərcüməçi Omor Sultanov yazıb. Ön Sözdə qeyd edilir ki, Hidayat təkcə tanınmış dövlət və ictimai xadim deyil, həm də məşhur şair, dramaturq, nasirpublisistdir və xidmətlərinə görə bir sıra ölkələrin yüksək dövlət mükafatlarına layiq görülüb.

Şairin dünyanın müxtəlif dillərində çoxsaylı oxucuların qəlbini fəth etməyə müvəffəq olan dərin fəlsəfi məna və həqiqət axtarışları ilə dolu əsərləri, indi qırğızdilli poeziya həvəskarlarına Hidayətin gözləri ilə dünyaya baxmaq imkanı qazandırıb.

Müdrik mütəfəkkir, tanınmış qələm ustadı özünün çoxşaxəli yaradıcılığında məhəbbət, din kimi sadə, eyni zamanda dərin və tükənməz mövzulara toxunur, əbədiyyət və böyüklük, vətənpərvərlik duyğuların ifadə olunur, planet bütün xalqların vahid evidir ideyansını özündə əks etdirir.

“DəmirBank”ın və “Turar” mətbəəsinin təşəbbüsü ilə ən yüksək poliqrafik səviyyədə çap olunan kitab keyfiyyətli rəngli illüstrasiyalardan ibarətdir.

Yaradıcılıq intuisiyası, poetik dünyagörüşü və zəngin dil palitrası sayəsində Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, poeziyanın əsaslarını dərindən bilən Azərbaycan xalqının görkəmli şairi öz adını dünya ədəbiyyatına əbədi yazdıraraq  müasir poeziyaya yeni nəfəs verməyi bacarıb.

Qeyd edək ki, ədəbi aləmdə Hidayət təxəllüsü ilə tanınan Hidayət Xuduş oğlu Orucov 2012-ci ildən 2021-ci ilin oktyabrınadək Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.11.