“Dünya gözəlliklə dolu”

 

Tanınmış şair Firuzə Məmmədlinin yeni kitabı işıq üzü görüb. “Dünya gözəlliklə dolu adlanan kitabda şairin müxtəlif illərdə qələmə aldığı şeirləri yer alıb. Kitabda gedən şeirlərin əksəriyyəti ilk dəfədir ki, çap olunur.

“Elm və təhsil” nəşriyyatında çap edilmiş kitabın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Bəhram Məmmədovdur.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 noyabr.- S.32.