Akademik Y.E.Bertels

yazıçı Mir Cəlalın evində  

 

Böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş Elmi Konfransda (6 iyun, 1947) iştirak etmək üçün Bakıya gələn məşhur Sovet alimi, Sovet türkologiya məktəbinin əsasını qoyan, ona rəhbərlik edən, Nizami epoxası, həyatı yaradıcılığının tədqiqatçısı kimi tanınan akademik Yevgeni Eduardoviç Bertels (1890-1957) "Nizaminin poetikası" mövzusunda geniş elmi məruzə ilə çıxış etmiş respublikanın elmi ictimaiyyəti onu layiqincə qarşılamışdı.

Akademik Nərgiz Paşayeva yazır: "...Mənim atam Bertelsi şəxsən tanıyırdı. Babam yazıçı Mir Cəlal Paşayev Bertelsi evində qonaq etmişdi".

Böyük alimin böyük oğlu Akademik Arif Paşayev evlərində, süfrə ətrafındakı həmin görüşü (1947-ci ildə Arif müəllimin on üç yaşı var idi - H.N.) belə xatırlayır: "...Nurani bir insan idi. Balaca saqqalı var idi, o da ona yaraşırdı".

Bu zaman artıq görkəmli alim Sufizm sufi ədəbiyyatı tarixi, eləcə fars, tacik xalqları ədəbiyyatı sahəsində elmi tədqiqatların müəllifi kimi, Ümumittifaq miqyasda nüfuz sahibiydi.

Azərbaycan ədəbiyyatına, mədəniyyətinə sevgisini təkcə alimin maraq dairəsinin deyil, həm dostlarına, həmkarlarına yazdığı məktublardan da görür indi onun xatirəsinə hörmət hissilə oxuyuruq.

1943-cü illərdə Özbəkistanda yaşadığı vaxtlarda, akademik Heydər Hüseynova yazdığı məktublarda Nizami Gəncəvinin əsərlərilə yanaşı, otuz beş yaşlı yazıçı Mir Cəlalın da "Füzulinin sənətkarlığı" monoqrafiyasını göndərməsini xahiş edirdi.

Mir Cəlal hələ 1940-cı ildə "Füzulinin poetikası" mövzusunda dissertasiya müdafiə etmiş onu sonralar ayrıca kitab halında buraxdırmışdı.

Yeri gəlmişkən deyim ki, uzunmüddətli elmi axtarışların yekunu olan bu əsər, o vaxt Azərbaycan klassiki Füzuli haqqında deyilən yeni söz, yeni fikir kimi qarşılanıb ədəbi hadisə kimi qiymətlənibdi.

Füzuli kimi sənətkarlar hər əsrdə bizim müasirimiz olduğu üçün hər dəfə bu mənəvi proqresə "qayıdışın" özü yeni elmi axtarışlara səbəb olur. Azərbaycan intibahından söhbət gedir.

Bertelsin 1962-ci ildə gərgin elmi araşdırmalarının məhsulu olan "Nizami Füzuli" adlı ensiklopedik əsəri yuxarıda dediyim fikrə, elə bilirəm, əsas verir.

Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edildiyi əlamətdar günlərdə bu dostluq elmi-ədəbi yaradıcılıq əlaqələri daha dərin köklərə gedib çıxır, daha geniş məna kəsb etmiş olur.

 

Nəriman HƏSƏNZADƏ

 

Ədəbiyyat qəzeti.- 2021.- 9 oktyabr.- S.22.