Məmməd İsmayılın

“Fikir çırpıntıları”

İstanbulda

 

İstanbulun Akıl fikir yayınları Məmməd  İsmayılın “Fikir çırpıntıları” kitabını nəfis şəkildə nəşr etmişdir. Akıl fikir yayınları nəşriyyatı indiyə qədər  şairin “Yelə bir şey söyləmişdim” şeirlər kitabını və “İz” romanını türk oxucularına çatdırmışdır.

“Fikir çırpıntıları” kitabına M.İsmayılın “Bayat” povesti, “Payız”, “Bir gecənin içində”, “Nakam arzuların zoğalı rəngi”, “Tale”,”Xatın bibi” hekayələri və  aforizmlərdən, fəlsəfi esselərdən ibarət “Fikir çırpıntıları” silsiləsi daxil  edilmişdir. Əsərləri Anadolu türkçəsinə müəllifin iştirakı ilə Çanaqqala 18 Mart unversitetinin müəllimi Ayfər Aytac uyğunlaşdırmışdır.

 

Ədəbiyyat qəzeti.- 2021.- 30 oktyabr.- S.31.