Beynəlxalq Mahmud Kaşğari mükafatı” növbəti dəfə təqdim olunub

 

Oktyabrın 28-də Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda Mahmud Kaşğari adına Beynəlxalq Fondun təsis etdiyiBeynəlxalq Mahmud Kaşğari mükafatı”nın təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı ümumtürk mədəniyyətinin inkişafı bu yöndə xidmətləri olan yazarlar haqqında danışıb. Bildirib ki, “Beynəlxalq Mahmud Kaşğari mükafatıtürk mədəniyyətinin dünyada təbliğ edən onu geniş arealda tanıdan insanlara verilir. Bu yolda fond Azərbaycanda dünyanın bir sıra ölkələrində müxtəlif tədbirlər keçirir, ümumtürk mədəniyyəti qarşısında göstərilən xidmətlərə görə sözügedən mükafatı onun medalını layiq görülən insanlara təqdim edir.

Fondun rəhbəri qeyd edib ki, “Mahmud Kaşğari mükafatı”nın budəfəki laureatlarıƏdəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlidir. Eyni zamanda şair-publisist Zərəngiz Dəmirçi Qayalı 60 illik yubileyi münasibətilə fond tərəfindən “Mahmud Kaşğari medalı”na layiq görülüb.

Mükafata layiq görülən yazarları təbrik edən fondun rəhbəri onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra mükafatlar təqdim olunub.

Mükafatçılar çıxış edərək göstərilən diqqətə görə fondun rəhbərliyinə təşəkkür ediblər.

 

Ədəbiyyat qəzeti.- 2021.- 30 oktyabr.- S.8.