Beynəlxalq simpoziumda

uşaq ədəbiyyatının müzakirəsi

 

Uşaq ədəbiyyatına nədən başlamaq məsələsi bir çox hallarda mübahisə doğurur. Ədəbi fikirdə klassik poeziyanı uşaq ədəbiyyatının başlanğıcı kimi təqdim edənlərlə yanaşı, bu fikrin əsassız olduğunu iddia edənlər az deyil. Uşaqlara diqqət, qayğı, onlara uyarlı ədəbiyyatın yaradılması, ədəbi-bədii zövqünü, ruhunu formalaşdırmaq bütün dövrlər üçün xarakterik məsələ olub. Doğrudur, bu ədəbiyyatın bir elm kimi öz qanun prinsipləri var. Bizim bu yazıda məqsədimiz uşaq ədəbiyyatının sərhədlərini müəyyənləşdirmək, tarixini qədimləşdirməkdir. Klassik mütəfəkkirlərin yaradıcılığı sırf uşaq ədəbiyyatı hesab olunmasa da, gənclərin təlim-tərbiyəsinin doğru istiqamətdə aparılması baxımından hər zaman maraq doğurur. Əminliklə demək olar ki, uşaq ədəbiyyatını zənginləşdirən mənbələrdən biri məhz klassik poeziyadır. Yüksək sənətkarlıq, humanist məzmun, zəngin folklordan məharətlə faydalanma, milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə birləşməsi sayəsində dünya ədəbiyyatını bəzəyən nadir nümunələr ərsəyə gəlmişdir. Klassik ədəbiyyatı həmişə gündəmdə saxlayan məqamlardan biri məhz bu keyfiyyətlərdir. Bu günlərdə Azərbaycan, Türkiyə, Amerika, Qazaxıstan, Makedoniya, Pakistan, Ukraynadan digər ölkələrdən qonaqların qatıldığı VIII Beynəlxalq Uşaq Gənclik Ədəbiyyatı Simpoziumu bu baxımından böyük önəm daşıyır.

2021-ci il bir sıra klassik şair yazıçıların yubiley tədbirlərinin, anım günlərinin qeyd olunması ilə diqqəti çəkir. Türkiyədə Yunis Əmrənin vəfatının 700, Hacı Bektaş Vəlinin 750, Ahi Əvranın doğumunun 850 ili, UNESKO-nun il dönümü, Azərbaycanda "Abdulla Şaiq"  "Nizami Gəncəvi" ili elan olunmuşdur.  Bu simpoziumda da poeziyanın bənzərsiz nümunələri ilə əsrdən əsrə adlamış klassik şairlərin zəngin fikir düşüncələrinin sonrakı dövrlərdə yaranmış uşaq əsərlərinə böyük təsiri, müasir insanın-gəncin, eləcə cəmiyyətin formalaşmasında, əxlaqi-mənəvi tərbiyyəsindəki əhəmiyyəti müzakirə obyektinə çevrildi.

Qeyd edək ki, 2014-cü ildən bəri hər il düzənlənən Beynəlxalq Uşaq Gənclik Ədəbiyyatı Simpoziumunun VIII sayı bu il Türkiyənin İstanbul şəhərində 22-23 oktyabr tarixlərində qeyd edildi. Telekonfrans üsulu ilə onlayn təşkil edilən tədbirin  əsas mövzusu "Uşaq gənclər üçün yazılmış əsəsrlərdə vizual ünsürlər" idi. Bu simpozium Uşaq Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Folklor İnstitutunun müştərək birliyinin nəticəsi olaraq həyata keçirilirdi.

Böyük bir coğrafiyanı özündə birləşdirən telekonfransı giriş sözü ilə Türkiyənin Uşaq Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin İdarə Heyətinin sədri Bican Veysəl Yıldız  açaraq təmsil etdiyi qurumun bu vaxta qədər gördüyü işlərdən, səkkinci ildir düzənlənən simpoziumun əhəmiyyətindən, həm uşaqlar, həm ədəbiyyat üçün faydalı tərəflərindən danışaraq bildirdi: "Sipoziumun ən önəmli cəhəti türk İslam dünyasını əhatə edən ölkələrin alim, şair, yazarları arasında bir dostluq yaratmaqdır. Biz bunu bacardıq. Hər keçən gün uşaq ədəbiyyatı mərkəzli çevrəmiz genişlənir. Əsas məqsədimiz ortaq mədəni dəyərlərimizin kiçik yaşlardan tanıdılması yetişəcək nəsillərdə sənət ədəbiyyat zövqü formalaşdırmaqdır. Bu maarifləndirmə işi günü-gündən genişlənəcək."

Daha sonra AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli  son illərdə ənənəvi olaraq keçirilən bu tədbirdə ümumtürk uşaq ədəbiyyatının zəngin ənənələri, yaranma tarixi inkişaf mərhələləri, toplanıb-tanıdılması istiqamətində birgə fəaliyyətdən geniş şəkildə danışdı. Milli-mənəvi bəşəri dəyərlərin qorunmasında, inkişaf etdirilməsində ədəbi tərbiyənin rolunu yüksək dəyərləndirən alim uşaq ədəbiyyatı, uşaq musiqisi, uşaq folklorunun elmi müstəvidə öyrənilməsi istiqamətində dövlət rəhbərliyinin xüsusi diqqəti qayğısının önəmini vurğuladı. "Uşaq ədəbiyyatı" şöbəsinin gördüyü mühüm işlər, Qələbəmizin ildönümü ərəfəsində keçirilən tədbirlər haqqında məlumat verdi. Proqram xarakterli çıxışında İsa Həbibbəyli bildirdi ki, böyük zəngin ənənələri olan bu sahə bütün istiqamətləri ilə birgə araşdırılmalıdır. Akademik daha sonra sempoziumun özəlliklərindən biri kimi qardaş ölkələr arasında bir sıra ortaq məsələlərin müzakirəsi zamanı yaranan yeni-yeni əməkdaşlıqların əhəmiyyətindən danışdı: "Türkiyə Pakistan kimi qardaş ölkələrin uşaq ədəbiyyatı sahəsindəki birliyini artırmaq üçün çalışırıq. Yaxın zamanda Pakistanla ortaq bir çalışmaya başlayacağıq." Çıxışının sonunda akademik İsa Həbibbəyli  uşaq ədəbiyyatının təbliği istiqamətində böyük xidməti olan Bican Veysəl Yıldızın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bu ildən təsis etdiyi "Abdulla Şaiq" ödülü ilə təltif edilməsini təklif etdi.

Simpozium iki gün ərzində 12 bölmədə 68 məruzəçinin iştirakı ilə müxtəlif mövzularda baş tutdu. Bölmə iclaslarında müxtəlif elm adamlarının məqalələri, fikirləri dinlənildi. Uşaq Gənclik Ədəbiyyatı Yazarlar Birliyi Azərbaycan təmsilçisi, f.e.d. Mərziyyə Nəcəfova, "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri f.e.d. Elnarə Akimova,  f.ü.f.d Aygün Bağırlı, prof.dr. M.Abdullah Arslan, prof.dr.Liailia Mingazova, prof.dr. Jovanka Denkova, prof.dr. Engin Yılmaz, Abdul Fareed Brohi başqaları uşaqların tərbiyəsində gələcəyə hazırlanmasında uşaq ədəbiyyatının əhəmiyyətindən danışaraq xalqlar arasında ədəbi sahədə əlaqələrin genişlənməsinə imkan yaradan Simpoziumun təşkilini yüksək dəyərləndirdilər. O cümlədən tədbirdə çağdaş uşaq ədəbiyyatındakı bir sıra problemlər, yaranan əsərlərdə dövrün ruhuna uyğunluğun hansı şəkildə təzahür etməsi kimi məsələlər diqqətdə saxlanıldı. Ümumiyyətlə səslənən məruzə çıxışlarda uşaq ədəbiyyatının mövcud vəziyyəti qarşıda duran vəzifələrdən geniş bəhs edildi, bu mühüm sahənin inkişafı, xüsusən uşaq ədəbiyyatının tədrisi məsələləri, uşaq filimləri təhlil obyektinə çevrildi.

Tədbir iştirakçıları VIII Beynəlxalq Uşaq Gənclik Ədəbiyyatı Simpoziumunda iştirakından məmnunluq duyduğunu qeyd etdi. Bildirildi ki, ardıcıl olaraq düzənlənən simpozium uşaq ədəbiyyatının inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olan bir hadisədir. Türk islam dünyasında öz duyğularına sahib çıxacaq sağlam gənclərin inkişafına, dünyagörüşünün formalaşmasına, milli-mənəvi, vətənpərvərlik ruhunun yüksəldilməsinə xüsusi istiqamət təşkil edən bu sahə daim diqqətdə saxlanmalıdır. Bunu nəzərdə tutan Ümummilli lider Heydər Əliyev fikirlərini xatırlatmaq yerinə düşər: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin dövlətimizin sabahı bundan asılı olacaqdır".

Uşaq ədəbiyyatının problemləri ətrafında bir-birindən maraqlı müzakirələri, rəngarəng tədbirlərilə  yadda qalan sempoziumun altıncı sayı 2019-cu ildə Bakıda keşirilmişdir. Buna baxmayaraq  bu dəfəki tədbir belə bir fikirlə yekunlaşdı ki, 2022-ci ildə baş tutacaq konfrans yenidən Azərbaycanda - Qarabağda keçirilsin. Bu, "Bir millət, iki dövlət" olan Azərbaycan-Türkiyə arasında dostluğun, qardaşlığın, birliyin əbədiliyinə verilən ən dəyərli töhfələrdən biri olar.

 

İlhamə Ağazadə

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

"Uşaq Ədəbiyyatı" şöbəsinin böyük elmi işçisi

 

Ədəbiyyat qəzeti.- 2021.- 30 oktyabr.- S.15.