Şuşa xatirələri   

 

 

Bu gün cənnət Şuşamızda,

Oyanmışam bu sübh çağı.

Doya-doya seyr edirəm

"Qarabağ"dan Qarabağı.

 

 

Mənzərəsi göz oxşayır,

Dağ havası ruha qida.

Saçlarımı meh darayıb,

Həsrətimə deyir vida.

 

 

Bilmirəm ki, gördüklərim,

Yuxudurmu, yoxsa nədir?

Elə bil ki, yer üzündə,

Səkkizinci möcüzədir.

 

 

Bu gözəllik qarşısında,

Dil lal olub, dinəmmirəm.

Ayrılığın vədəsidir,

Dönməliyəm, dönəmmirəm...

 

 

15.07.2022

Şuşa, "Qarabağ" oteli saat 5:30

 

Damət SALMANOĞLU

 

Ədəbiyyat.- 2022.- 13 avqust.- S.31.