İngilis yazar Alen de
Botton:
Dindar
gözəl sonluqla bitən çox-çox uzun bir hekayəyə
inanır, bu fikirlə hərəkət edər və həyatlarını
bu şəkildə davam etdirərlər
İsveçrəli-ingilis yazar Alen de Botton
20 dekabr 1969-cu ildə
İsveçrənin Sürix
şəhərində anadan
olub. Misir əsilli Qilbert
de Botton və Cakelin Barkverin tək övladı olub. Səkkiz yaşına qədər
Sürixdə yaşayıb,
bu illərdə fransız və alman dillərini öyrənib. 1977-ci ildə İngiltərəyə
köçərək Oksfroddakı
Draqon məktəbində
oxumağa başlayıb.
Daha sonra Harrou dövlət
məktəbinə gedib.
Məktəbi bitirdikdən sonra
Kembric Universitetində
təhsilini davam etdirib. Tarix üzrə təhsil
alıb. 1991-1992-ci illərdə təhsilini Londondakı Kral Kollecində fəlsəfə
üzrə davam etdirib. Harvard Universitetində Fransız
fəlsəfəsi üzrə
doktorantura təhsili almağa başlasa da, geniş ictimaiyyət üçün
kitablar yazmağa başladığı üçün
bu araşdırmadan imtina edib.
İlk romanı
olan "Eşq haqqında esselər"
1993-cü ildə nəşr
edilib. Kitab məhəbbət mövzusunda yazılıb.
1994-cü ildə "Romantik hərəkat" və "Öp və danış" adlı romanları yayınlanıb. "Öp və danış" romanında
qız dostunun bioqrafiyasından bəhs edilib. Bu isə
ədəbiyyatda bir
ilk idi.
Beşinci romanı olan
"Prust həyatımızı
necə dəyişdirə
bilər" kitabını
1997-ci ilə bitirib. Kitab İngiltərədə bestseller olub. Bu kitab
yazar Prustun həyatı haqqındadır.
Yazar 2000-ci ildə
satışa çıxan
"Fəlsəfənin təsəllisi"
kitabında fəlsəfə
ilə ədəbiyyatı
sintez edib. 2006-cı ildə tamamlanan "Status
narahatlığı" kitabında
cəmiyyətin haqsız
fikirlərinə qarşı
çıxan filosoflardan
bəhs edilir. 2006-cı ildə yayımlanan "Sevincin memarlığı" əsərində
qəribə formalı
evlər, binalar, tikililər təsvir edilib. 2009-cu ildə yazarın "İşin zövqü və dərdi" və "Hava limanında bir həftə" adlı iki romanı işıq üzü görüb.
Romanları 20-dən çox dilə tərcümə edilib. Fəlsəfə
anlayışını dəyişdirən
yazarın ondan çox romanı və beş
sənədli filmi
var.
1998-2000-ci
illərdə müxtəlif ingilis qəzetlərinə məqalələr
yazıb, hər bazar günü "İndependent" üçün
müntəzəm olaraq
köşə yazır.
2003-cü ildə Şarlotta
adlı qadınla ailə qurub, iki oğlu var. Ailəsi ilə birlikdə Londonda yaşayır.
Əsərlərində ədəbiyyatın həyatla
əlaqəsini uğurla
şərh edən, müxtəlif mövzu və anlayışları
fəlsəfi dillə
işləyib gündəlik
həyatla əlaqələndirən
İsveçrə əsilli
ingilis yazar Alen de Bottonla kommunikasiya əsrində medianın dili və keçmişdən
bu günə dəyişən məlumat
mənbələri haqqında
söhbəti təqdim
edirik. Yazar mediadan əldə
etdiyi məlumatlarla yaşayan müasir insanlarla qədim informasiya mənbələrindən
asılı olaraq yaşayan insanların təfəkkür və yaşayışındakı fərqliliklər
haqqında maraqlı açıqlamalar verib.
- İnsanlara yalnız
yaxşı xəbərlər
təqdim olunsaydı,
bu gün dünya necə yer olardı?
- Yaxşı xəbər pis xəbərin əksi deyil. Təkcə yaxşı xəbərlər
də faydalı deyil. Mövcud problemləri bilməliyik.
Bizə həqiqətən lazım
olan, bizim ehtiyac duyduğumuz isə (buradakı xəbərlə əlaqəli)
"nələr edə
biləcəyimizi" vurğulayan
xəbərlərdir. Bu,
hökumətlərin xəbərlər
məsələsini ən
yüksək səviyyədə
necə idarə etdiyidir.
Hökumətlərin ehtiyacı, hər hansı bir şey haqqında, sadəcə məlumat sahibi olmaq deyil. Onlar, həmçinin
baş verən hadisələrə necə
reaksiya verəcəklərini
və hadisələrlə
bağlı nələr
edilə biləcəyini
bilməlidirlər. Əgər biz adi vətəndaşlar olaraq bir şeydən
xəbərdar ediliriksə,
eyni zamanda oxuduğumuz xəbərlər
və fəlakətlərlə
bağlı nə etməli olduğumuza dair faydalı təkliflərdən də
xəbərdar olmalıyıq.
Təəssüflər olsun
ki, bizə verilən xəbərlərdə
mövcud problemlərin
həlli ilə bağlı təkliflər
barədə bizə məlumat verilməməsinin
səbəbi media qurumlarının
"funksional təkliflər"lə
verdiyi xəbərlərlə
müqayisədə "qorxu"
və "ümidsizlik"
tərkibli xəbərlər
verildiyində daha çox pul qazanacağını bilmələridir.
İnsan təbiəti belədir. Xəbərləri azad bazarın insafına buraxdıqda xarab olmuş/təhrif olunmuş məhsullar almağımıza
təəccüblənməməliyik.
Bunu bir restoran nümunəsi
ilə izah etmək olar. Əksər restoranlar, sağlamlığımız üçün
zərərli olmağına
baxmayaraq, bizə həddindən çox yağ və
duz yedizdirir. Bunu kommersiya xarakterli olduqlarına və məhsullarının ləzzətli
olmalı olduğunu düşündüklərinə görə edirlər.
Biz də bunlardan
xəbərdar olmalı
və buna cavab olaraq düzgün
olan nədirsə, onu etməliyik.
- Xəbərləri ilahi bir qüvvədən (göydən) alan
qədim insanla xəbəri başqalarının
hazırladığı mənbələrdən
alan müasir insan arasındakı fərqlərdən danışa
bilərsinizmi?
- Güman edirəm ki, ilahi qüvvə
dedikdə, dinin əbədi təlimlərini
nəzərdə tutursunuz.
Əgər, həqiqətən
nəzərdə tutduğunuz
budursa, əslində vəziyyət bu şəkildə reallaşır:
Dindar insanlar adətən hazırda baş verənlərlə
o qədər də maraqlanmır. Çünki onlar gözəl
sonluqla bitən çox-çox uzun bir hekayəyə inanır, bu fikirlə hərəkət
edir və həyatlarını bu şəkildə davam etdirirlər. (Bu dinlər
İslam, Buddizm, Hinduizm və s. ola bilər)
Başqa
sözlə, insanlar gündəlik hadisələrlə
müqəddəs kitabara/təlimlərə inanmadıqları
dərəcədə, həddindən
artıq məşğul
olmağa başlayır
və onları çox vacib hesab edirlər.
- Kitabınızda "Elçilər
hökumətlərə nəzarət
etmək üçün
məsuliyyət daşıdıqlarını
söyləyirlər", deyirsiniz.
Diqqətçəkən cümlədir. Bu məsuliyyəti necə izah edərdiniz?
- Bu suala cavab verərkən
digər ölkələrlə
öz ölkəm Böyük Britaniyadakı
xəbərlər arasında
bir xətt çəkməliyəm. Ümumiyyətlə, İngiltərədə xəbərlərə
münasibət hökumətin
bütün fəaliyyətlərinə
son dərəcə düşməndir.
Hakim fikir budur
ki, hökumət tamamilə yalan danışır. Siyasətin
içində olan hər kəs, buradakı anlayışa görə, iblisvari pisliyə malikdir və eyni zamanda
oğru olmayan heç kimin siyasətçi ola
bilməyəcəyinə inanılır.
Digər
ölkələrdə vəziyyət
belə olmadığına
görə sitat gətirdiyiniz cümləni
başqa ölkələr
kontekstində istifadə
etməzdim.
- Post-həqiqət (post-truth - "post-həqiqət", həqiqətləri
ümumi obyektiv dəlillər əvəzinə
ümumiləşdirilmiş hisslər və inanclar toplusu ilə təsvir edən fəlsəfi və ya siyasi
anlayışdır - tərc.)
kontekstində bu gün reallığın
əhəmiyyəti varmı?
Xəbərlərin yeri nədir?
- Heç bir halda biz post-həqiqət dövründə yaşamırıq.
Sadə dillə desək, siyasətçilərin, əgər
"dünya düzdür"
desələr, buna inanacaq insanların var olduğunu bildikləri bir dövrdə yaşayırıq,
deyə bilərik.
Belə bir dövrdə bütün namuslu insanların edəcəyi
- həqiqətə sadiq
qalmaqdır.
- Bəzən dayandığımız
yer baxdığımız
yeri inşa edir. Siz Londonda yaşayan
bir yazar olaraq Şərqi necə görürsünüz?
İstanbul, Qahirə, Şam,
Qüds dayandığınız
yerdən necə görünür?
- Mən dünyanı Şərq və Qərb kateqoriyalarına ayırmıram, belə düşünmürəm. Ancaq hər
hansı bir yad/naməlum yerin həm heyrətamiz, həm də zəif başa düşülməsi
adi haldır. O yad yer yeni
insan kimidir. Onlarda sənin qüsurlarının
bəzilərinin olmadığını
düşünərsən, çünki onların da sənin kimi
olduğuna inanmaq istəmirsən.
- Qədim dövrlər o dövrün insanları üçün toxunma, Orta əsrlər eşitmə, Yeni dövr isə rəsm və media ilə bərabər görmə dövrü idi. Sizcə, qarşıdakı dövrdə yeni insanlıq anlayışı
necə olacaq?
- Bağışlayın, buna
cavab verə bilmərəm...
Hazırladı: Nilufər HACILI
Ədəbiyyat qəzeti.- 2022.-
20 avqust.- S.6.