Könlüm keçir Qarabağdanşeir müsabiqəsi elan olunur  

 

 

 

Azərbaycan  Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti,

Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi,

Azərbaycan Yazıçılar Birliyi

 

təqdim edir:

 

Şanlı Zəfər Savaşımıza həsr olunan

Könlüm keçir Qarabağdanadlı şeir müsabiqəsi!

 

Qəhrəmanlarımızdan, işğaldan azad edilən torpaqlarımızdan tarixi qələbəmizdən bəhs edən şeirlər...

 

Müsabiqənin şərtləri:

 

-Müsabiqədə 18-40 yaş arasında müəlliflər  yalnız yeni,

 indiyədək çap olunmamış şeirləri ilə iştirak edə bilərlər;

 

-Şeirlər 14-lük Times New Roman şriftlə 1,5 intervalla word faylında yığılmalıdır;

-İştirakçılar müsabiqəyə şeirlərlə yanaşı  şəxsiyyət vəsiqələrinin hər iki üzünü,

fotolarını, ünvan əlaqə nömrələrini qeyd etməklə qısa tərcümeyi hallarını

müvafiq fayllarda aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər:

kkgsheir@gmail.com

-  İyulun 10-dan, sentyabr ayının 10-a qədər müraciət edə bilərsiniz;

Müsabiqə iki mərhələdə aparılacaq,  ədəbi nümunələr nüfuzlu münsiflər heyəti  tərəfindən dəyərləndiriləcək, ilk mərhələni keçən  şeirlər

efirdə təqdim ediləcək, I,II və III yerin qalibləri Zəfər günümüzdə  pulxüsusi mükafatlara layiq görüləcək .

İnformasiya və təşkilati dəstək: Mədəniyyət kanalı , Bakı Kitab Mərkəzi, "Ədəbiyyat qəzeti”, Azərbaycan Radiosu

 

 

Ədəbiyyat qəzeti.- 2022.- 20 avqust.- S.32.