Niyə “praktik irfan”?

 

 Sayman Aruzun “Praktik irfan” nəzəriyyəsi” kitabı üzərinə notlar 

 

 

 

İnsan iztirabın məhsuludur. Fani dünyanın çiləsinə tab gətirmək, kədəri içindən keçirib ona doğmalaşmaq üçün Tanrı sənə hər şeyi göstərir - şəri , məhrumiyyəti , xəyanəti , yalanı nifrəti ... İnsan bütün bu nəsnələrlə tanış olduqca dünyanı tanıyır, özünümüdafiə instinktləri səfərbər olur müəyyən bir mərhələyə çatdıqdan sonra seçim qarşısında qalır: Yalanı, yoxsa Həqiqəti seçməli. Arif həqiqət məqamında qərarlaşır, cahil isə yalan niqabına bürünüb şərə xidmət edir. Cahillik iblisin min bir əlindən biridir, o əl insanın bəsirət gözünü kor edir. Korluq isə bəşəriyyət üçün ən böyük bəlalardan biridir. Həllac Mənsur belə deyir: "Həqiqət elminin çöllərinə çatanda ürəkdən xəbər gələr o, haqqı tanıyar".

Ariflərin insanlara müsbət təlqinləri həyatın məşəqqətlərini keçməkdə mühüm vasitədir. XV əsrin böyük sufisi Seyid Yəhya Bakuvi "Şəfa əl Əsrar" əsərində yazır: "Qəlb ruh ilə nəfs arasında bir nəticədir. Bu ikisi arasında yerləşir. Nəfs ilə qəlb arasında mənəvi bir əlaqənin varlığından ötrü o hər iki tərəfə meyil edir. Əgər qəlb ruhun tərəfinə meyil edər onunla birləşərsə, elm ruhu ilə canlanar. Ruhun yardımı ilə qüvvətlənər mərifət nuru ilə nurlanar. Bunun nəticəsində nəfsi özünə tabe edərək, ondan bəzi bilgilər əldə edər. Qəlbi nurlanar ətrafındakıları da aydınladar".

İnsan təlqinə meyil edən varlıqdır. Ömrü şikayət içində keçərsə, hərəkətsizlik onu həyat qaynaqlarından məhrum edəcək, amma həyatın çətinliklərini xoş görüb bəxtinin qapılarına doğru inamla irəliləyərsə, cəlal içində camalı axtararsa, kamillik məqamına çatar, həyatı gözəlləşər. Öz həvəs arzularından xilas olub, Tanrı verən ömrü sevgiylə yaşayar. İnsanın həyatını çətinləşdirən arzularıdır, arzu, həvəs nəfsin nişanələridir. Nəfsindən arınmış insan üçün həyat, doğrudan da, bir cənnətdir.

Bu günlərdə qədim dostum, şair, tədqiqatçı Sayman Aruzun "Praktik irfan" nəzəriyyəsi" kitabını oxudum əsrlər boyu hərəkətsiz qalmış, reformadan uzaq düşmüş təsəvvüf kanonlarının müasir dövrün ruhuna uyğun formada təqdim edilməsi məni bir oxucu olaraq olduqca məmnun etdi. Müəllif bu əsəriylə irfana yeni baxış ortaya qoyur kitabda irəli sürülən tezislər irfan təlimini bir mexanizm olaraq hərəkətə gətirir. Həllac Mənsur, Əl Qəzali, Mahmud Şəbüstəri, Seyid Yəhya Bakuvi təsəvvüflə bağlı fundamental risalələr yazıblar. Zamanın şərtləri daxilində irfan düşüncəsi toplumda öz yerini tapıb. Unutmamalıyıq ki, irfan ehkam deyil, zamanla o da yeni xüsusiyyətlər, yeni paradiqmalar qazanır. Belə olan halda onun bəşəriyyətə faydası daimi olur. Sayman Aruz da mövzuya bu nöqteyi-nəzərdən yanaşaraq irfanın yeni dövrün şərtlərinə uyğun metodologiyasını, paradiqmasını təqdim edir.

Ariflər həmişə ehkamları dağıdıblar irfanı zamanın ruhu ilə təzələyiblər. Buna görə Həllac Mənsur dara çəkilib, Nəsiminin dərisi soyulub... Hər bir nəzəriyyə praktikada özünü təsdiqləyir. İrfan nəzəriyyəsinin praktiki tərəfi, nədənsə, unudulub nəticədə irfan, təsəvvüf tədricən əsrlərin dərinliklərinə doğru çəkilməyə başlayıb. Bizmi irfandan uzaq düşmüşük, irfanmı bizi tərk edib? Keçmiş zamanı gələcəklə indi birləşdirir. Bir nəsnəni hərəkətə gətirən əhəmiyyətlilik dərəcəsidir. Zaman dəyişdikcə ona uyğun forma da dəyişir, biz bu gün XIX əsrin geyimlərini geyinə bilmərik, bu, mümkün deyil. Keçmiş zamanı indi ilə birləşdirən mahiyyətdir, forma isə dəyişməyə məhkumdur. İrfan düşüncəsini hərəkətə gətirən qüvvə onun mahiyyətindəki xilasedici funksiyalardır. Sayman Aruz irfana məhz XXI əsrdən baxmağı bacarıb son dərəcə qiymətli bir kitab ərsəyə gətirib.

Onun bu istiqamətdə araşdırmaları hələ "Nəsimi" mənzum dramında ideya şəklində öz əksini tapır. Klassik obrazlar modern irfan düşüncəsinə proyeksiya olunur divan ədəbiyyatından gələn məsnəvi formasında qələmə alınır. Müəllif tabulara qarşı fikirlərini Zahidlə Nəsiminin dialoqunda Nəsiminin dilindən təqdim edir. Nəsiminin fikirlərinə Şəms Təbrizi dəstək olur. Səmazən, dərviş, mürid obrazları isə bütün dövrlərdə irfanla kütlə toqquşmasının elmi təfəkkürlə sülh yoluna çıxarmağa xidmət edir. Sayman Aruzun "Nəsimi" dramı bütün parametrləriylə yeni düşüncənin məhsuludur bu ideya ardıcıllığı onu "Praktik irfan" nəzəriyyəsinə gətirib çıxardı. Onunla bu barədə çox söhbətlərimiz olub, hiss edirdim ki, bu düşüncələri zamansa sistemli şəkildə nəzəriyyə halında təqdim edəcək. Saymanın fikirləri mənə həmişə maraqlı görünüb. O, irfana elmi cəlb edir:

"Unutmayaq ki, müasir dövrdə insan azadlığı rifahını təmin edən sahə məzhəb, təsəvvüf, klassik irfan oldu. Əslində bu, elm idi ki, teyyül-ərz, laməkan lazəmanlıq kimi irfani iddia arzuları texnologiya vasitəsilə reallığa çevirdi. Demək, müasir ariflər yazının əvvəlində apardığım bölgüyə əsasən, irfanı məzhəblə deyil, elm ilə paralel görə bilməlidirlər".

Müəllif irfanı canlı mexanizm kimi görür onun daim yenilənməsinin tərəfdarıdır:

"Praktik irfan"ın yaratdığı "praktik insan" qətiyyən bədbəxt tənha ola bilməz. Olsa da, bu onun imkansızlığından deyil, öz seçimi sayəsində mümkün ola bilər. "Praktik irfan"ın yaratdığı "praktik cəmiyyət" isə fərdlərin "şüuri-küll"ü, yəni ümumi ictimai (istər psixoloji, istərsə maddi) rifahdır".

"Praktik əlq", "praktik insan" bunun nəticəsi olaraq praktik irfan meydana çıxır. Təkcə metafizikada deyil, ruhi iqlimdə şüurlu şüursuz təmayülləri təmsil edən qeyri-müəyyən fəlsəfi paradiqmaların əksinə olaraq praktik irfan insana çıxış yolu göstərir. Müəllif yazır:

"Praktik irfan" salik insanlara öyrədir ki, başqa varlıqlarla qarşılaşdıqda surət kimi deyil, güzgü kimi olsunlar". Bu təqdirdə xoşbəxtlik sülh həmişə bərqərar olacaq. Güzgü kimi olmaq dedikdə nəzərdə tutulur? İnsanın şüuraltı məni ona özünə kənardan baxmağa imkan verir, özünü kənardan görə bilən insan daha praqmatik saleh olur. "İrfan "saleh" olmağın, yəni heç bir şey ilə ziddiyyətdə olmamağın axtarışındadır. Ziddiyyət olmayan yerdə isə həmişə əminamanlıq, sülh bərqərar olur. Sülh isə "praktik irfan"ın əsas müddəalarındandır. Allahla birbaşa irtibatı olan insanlar heç zaman konfliktə meyil etməzlər, ariflərin lüğətində savaş sözü yoxdur. Savaş şəkk şübhə, kin qərəz, nəfs həvəs olan yerdə baş qaldırır. "Praktik irfan" nəzəriyyəsində isə bu ünsürlərin heç birinə yer yoxdur. Cəmiyyəti inkişaf tərəqqidən uzaq saxlayan təmayüllər ilahi ədalət sisteminə "praktik irfan"a yaddır.

Sayman Aruz yazır:

"İlahi ədalət və ilahi hikmət insanlarla doğulan, onlarla yaşayan, amma onlarla bərabər ölməyən həqiqətlərdir. Təbiət bu məsələnin dərki üçün hər bir insanın ürəyinə bir başqa "mən" də yerləşdirib ki, biz ona vicdan tərəzisi, "həmzad, ya da "ikinci mən" deyirik. Mənimizin "mən"i bizim kiralıq vəkilimiztək bütün həyatımız boyu hüquqlarımızın müdafiəçisi kimi həm özümüzü, həm də digər fərd və varlıqları, həm də Allahla olan münasibətlərimizi tənzimləməyə çalışır".

Sayman Aruz "Praktik irfan"ı "praktik insan" məktəbi kimi təqdim edirbu məktəb elit həyat tərzinin qanunları ilə formalaşır. Müəllif əsərdə həm filosof kimi, həm də elm adamı kimi çıxış edərək bir sıra suallara cavab axtarır. Məsələn:

 

Ölümü necə dərk etmək lazımdır?

Allahın dünyanı yaratmaqda məqsədi nə idi?

Niyə modernizm Şərqdə Qərb kimi inkişaf etmədi?

 

Bu və digər suallara kitabda geniş və əhatəli cavablar verilir. Bu, elə dərin və miqyaslı mövzudur ki, bir yazının çərçivələrinə sığmaz. Biz sadəcə, Sayman Aruzun praktik irfan tezisləri və müddəalarını ehtiva edən kitabı haqda ötəri fikirlərimizi yazdıq. Və düşünürəm ki, bu kitab irfan və təsəvvüf sahəsinin kol-kos basmış yolunu təmizləyib insanları rahat yola çıxaracaq və modern irfan ilə tanış edəcək. Bu kitab həm də insanlara belə bir mesaj ötürür: bütün təməl biliklərdən zamanın ruhuna uyğun olaraq istifadə etmək gərəkir. Fasiləsiz yenilənmə bütün nəsnələri, o cümlədən nəzəriyyələri, ilahi qaydaları da əhatə edir və məhz bu məqamda hər bir elmiilahi düşüncənin faydalılıq əmsalı daha da artır.

Bir sözlə, dünyanı qorxu yox, sevgi (Dostoyevski "gözəllik" deyirdi, amma mahiyyət eynidir) xilas edəcək...

 

Kənan HACI

 

Ədəbiyyat qəzeti.- 2022.- 20 avqust.- S.27.