Xatirələr yaşadır
Necə unudum ki, keçmişi indi,
Axı, xatirələr yaşadır məni.
Dəyişib zamanla xasiyyətini,
Guya tanımayıb
heç zaman səni.
Bədbin
adamların sayı çoxalıb,
Narazı-narazı gəzirlər, vallah.
Şükür yox dilində, çəkmir əziyyət,
Bağışla, əfv elə, bunları Allah.
Biri istəyini dəf edə bilmir,
Tanrıya ərz edir, şikayət edir.
Arzusu sozalır, həvəsdən
düşür,
Bu adam ömrünün
sonuna gedir.
Ümiddir yaşadan insan övladın,
Aparır gələcək həyata
onu.
Bəxş edir sevinci, bəxtiyar olur,
Daha tez bitməyir bu ömrün sonu.
Ədalət yolçusu
Qaranlıq röyalar içində
gəzdim,
İşıqlı dünyadan görən olmadı.
Aşkar
görünürdü bütün
sifətlər,
Qəflət yuxusundan duran olmadı.
Yatanlar çox oldu, oyadanı yox,
Sakitcə seyr edib geri
qayıtdım.
Oyatmaq həvəsim olmadığından,
Sildim bu həvəsi, qəlbimdən
atdım.
Ta əzəldən belə,
yuxular şirin,
Qiyamət günləri olacaq çətin.
Cansız
olanlar da gələcək şahid,
İnsanı vahimə edəcək mətin.
Elə düşünmə ki, bu bir sonluqdur,
Qayıtmaq gec deyil, dərk
edin bunu.
Ədalət yolçusu olan
insanın
Anlayın, cənnətdir, şübhəsiz,
sonu.
Dünyanın vəhşəti
Elə bir səkidə addımlayıram,
Sağımda ot basmış ayaq izləri...
Bax gör, bu cavabsız
suallarında
Dikili qalıbdı
mənə gözləri.
Düşünmək çətindir, necə düşünüm?
Ayqalar büdrəyir,
fikirləşəndə.
Neçə gözlər indi,
qəmə batıbdır,
Yuxusuz gecələr,
keçirənlər çox.
Əriyir
şam kimi həsrət çəkənlər,
Solumda elə bil uşaq ağlayır.
Şükür ki, qalibik, yenilir düşmən,
Hər addımbaşında
zəfər çağlayır.
Daha nə arzu var,
ümidlə bitir,
Şəhidlər ən ali
zirvəyə yetir!
Bəhram BİLALOĞLU
Ədəbiyyat qəzeti.- 2022.-
20 avqust.- S.23.