Tərk edilmiş Alma ağacının altında...
Professor Lulzim Tafa
şair və Priştinada AAB Universitetinin
rektorudur.
1970-ci ildə Kosovo Respublikasının
Lipcan şəhərində
anadan olub. Priştina
Universitetinin Hüquq fakültəsində bakalavr
və magistr təhsilini alıb, Sarayevo Universitetində isə doktorantura təhsilini başa vurub.
1999-cu il müharibəsi
zamanı o, Kosovoda olub. Onun bütün əmlakı,
o cümlədən kitabxanası,
şəkilləri və
ən əsası
300-dən çox şeiri
olan əlyazması, ailə evi ilə
birlikdə yandırıldı.
Müharibədən sonra o, şeir
yazmağa, insan haqları və azadlıqları sahəsində
məşğul olmağa
başladı.
O, çoxsaylı kitab və şeir toplularının müəllifidir.
Şeirləri dünyanın bir
neçə dilinə
tərcümə olunub
və müxtəlif müəlliflər tərəfindən
bir çox antologiyalara daxil edilib.
İndiyədək onun əsərləri
ingilis, alman, italyan, serb, xorvat, Monteneqro, Bosniya, makedon, rumın, fransız, ərəb, yunan, türk, İsveç, macar, rus, fars
dillərinə tərcümə
olunub.
O, dünyanın ən məşhur alban şairlərindən biri olmaqla yanaşı, həm də ən çox tərcümə edilən
şairdir. Dünyanın hər yerindən
nəşriyyatlar onun
kitablarını tərcümə
edib nəşr etdiriblər. Kosovadan olan
müəlliflər və
ədəbiyyatşünaslar isə onun bədii
yaradıcılığını yüksək qiymətləndiriblər.
Ədəbiyyat sahəsində ən
məşhur beynəlxalq
ədəbi jurnallarda
da onun əsərləri
dərc olunub.
Ümid NƏCCARİ
Ədəbiyyat qəzeti.- 2022.- 27
avqust.- S.23.