Dərdlə
birlikdə
Dərd ilə dünyaya göz açmış,
dərdlə yaşamış
və dərdlə öləcəkdir.
İlahi,
Mən sənin zarafatlarını sevirəm,
dərd ilə...
Mən və sən
Mən sənin üçün varam, İlahi.
Sən isə mənim üçün...
Biz bir-birimiz üçün varıq
və belədir,
biz necə bir Tanrılarıq,
mən və sən
göy üzünün ortasında
nəyin axtarışındayıq?
Böcək
Sənin
haranda dayanıb,
o ruhun bütünlüyü,
enli,
dəniz kimi,
bizim kimi,
həyat üçün
çalışır,
və mübarizə aparır
həmin o böcək.
Eh
Lənət sənə,
necə sevgiyə düçar olmursan,
mən özümü
havaya atmışam.
Bilmirsən,
sənin üçün
nə qədər rahatdır.
Mən batıram,
sadəcə bir nəfəs almaq ilə...
Hisslərdən öncə
Onlar havanın durumunu bilirlər,
şansı tanıyanlar...
hisslər qanın
istiliyini proqnozlaşdırırlar
və sabahın kədərini,
qasırğa və zəlzələni,
ürək döyüntülərini,
öpüşləri,
necə azdır öpüşlər...
Azad terroristlər
Onlar azad terroristlər idi.
Bir uzun və şən
gün içində
Alma ağacları altında bir-birimizi öpdük
birdən raketlərin
atəşi açıldı,
azad terroristlər
onları çöl
terroristlərinə çevirdi.
Biz isə tərk
edildik.
Səncə, orada kimlər bir-birini öpdülər?
Orada,
tərk edilmiş alma ağacının altında...
1998
Sözlərin ölümü
bildiriş göndərir
Bu savaşda öləcəyəm
simgələr üçün,
şüşələr üçün,
mən güllələnəcəyəm
və hər damla qan
bir simgəyə çevriləcək
əsgərlərin, mayorların
pencəkləri üzərində
köynəkləri üzərində...
Sabah yağış
yağacaq
Sabahı
görməyəcəyik,
yağış yağacaq,
bazar günüdür.
Bir əsr yatacağıq,
bilmirəm,
günəş doğacaq,
bir-birimizi görəcəyik
günəş doğan
zaman...
sabah yağış yağacaq,
səndən təşəkkür
edəcəm,
gözlərin Tanrıların
şanssızlığıdır.
Bilmirəm,
Tanrı
ağlasa əgər
yağış yağacaq,
sabahı görməyəcəyik
yağış yağacaq.
Sabah hər ikimiz öləcəyik...
Bazar günlərində
mənə zəng etmə
Daha bazar günlərində mənə zəng etmə,
ola bilsin yuxudan ayılmayam,
əbədi olaraq ölümə yatmış,
bazar günündən
başqa bir günü seç.
Sənin
üçün öldüyüm
zaman,
yeddi dağı ötüb-keçdikdən sonra
bir ad qazandım,
ah, nədən başqa bir gündə gəlmirsən?
Ölüm-itimdən sərxoş
Sənin
ölümcül xəstəliyin
var,
sərxoş olduğunda,
təkbaşına öldürürsən
məni.
Mən sərxoş olduğum zaman isə,
sevirəm səni.
Bizim dəhşət sərxoşluğumuz
var,
hər ikimizin də...
Hisslər
Qaçsan əgər
mən dünyanın ən böyük qəm istehsalçısı
olacam.
Həmişə dişləyəcəm dodaqlarımı
Başqa
bir şey yeməyəcəm,
başqa bir şey içməyəcəm.
Sümüyə,
dəriyə,
betonların yorğunluğuna
and içəcəm.
Körpü
Bir körpü tikəcəm
Burada Sarayevoya qədər...
uzun,
naxışsız,
memarsız heç bir xatirə canlanmaz.
Dəmir məftillər və
betonla qarışıq bir ilham düzəltmişəm,
möhkəm,
ürəyimin dərinliyindən ki,
azad yaşasın.
Səndən danışmaq
əllərini tutmuş
bir ağ
paltarlı mələyə bənzər...
Lulzim Tafa
Ədəbiyyat qəzeti.- 2022.- 27
avqust.- S.23.