Ayrılıq nəğməsi

 

 

Üç yara ilə gəldi -

Eşq yarası,

Ölüm yarası,

Həyat yarası..

 

Üç yara ilə gəlir

Həyat yarası,

Eşq yarası,

Ölüm yarası.

 

Üç yaram var -

Həyat yarası,

Ölüm yarası,

Eşq yarası.

 

Bu üç adı

Yazdım qumlar üstünə -

Həyat, eşq, ölüm...

 

Köpük-köpük köpürən

Bir dalğa gəldi dənizdən

Hamısını yudu apardı.

 

Migel HERNANDES

 

Ədəbiyyat qəzeti.- 2022.- 27 avqust.- S.31.