Könlümü
Fani əylənib gedər,
Kimsə unutmaz könlümü.
Buz dağında basdırıb gəl,
Heç yer soyutmaz könlümü.
Yer-göy
qat-qat, lay-laydı,
düşüb
səndə qalaydım.
Ağı
da bir layladı,
o da
uyutmaz könlümü.
Hər tərəfdən
dışlanıb,
gör
bir necə daşlaşıb.
Yurd-yuvası
boş qalıb,
qaytar,
qayıtmaz könlümü.
Gözlənti
Bir
ömür gecikəcəksən,
- gözləmə,
- dedi -
"Gözləmə
salonu"nda
süpürgəsi
də qocalan süpürgəçi qarı
Həyat
kimi qucaqlamışdı süpürgəsini.
Adamların
izlərini, tozlarını
süpürməkdən
usanan süpürgəçi
koğuşa
bənzəyən
dişsiz
ağzıyla güldü mənə.
- Sənin
gözlədiyin gəlməyəcək, -
pıçıldadı, -
özün
də bilirsən...
və
süpürgəsiylə qolboyun
yoxluqda
gözdən itdi...
***
Oğlu
qayıtdı
Qarabağ
döyüşündən.
Rəssam
atası pıçıldadı: "Gəldinmi?"
Ayrılmadı
fırçasından, kətandan
sonra
qucaqlaşanda
gördü
əsgər oğul
Atası
göz yaşı şəkli çəkir
...Canlı
şahidəm.
***
Səni
sevirəm -
demədim,
deyəmədim
ən məhrəm
məqamlarda belə...
İsrarla,
- "səni sevirəm" de, - dedin.
Deyəmədim,
cəlladım,
bəlkə
yüzündən eşitdin
yüzünə
də pıçıldamısan.
mən
pis adamam, bilirəm
...gözümün
qabağında
o qədər
sevgimi
qətl
etdilər ki,
kimsəyə
- Səni
sevirəm, - deməkdən qorxdum.
Terrorist
Əlbət,
mən terroristəm,
keçmişini-gələcəyini,
xatirələrini
partladan, külə çevirən biri.
Mənə
yaxın gəlmə,
mənimlə
ölmə.
Allergiya
verir adamlar belə
qayalara
çırpır özünü delfinlər,
Yer
kürəsi intihar fəsli yaşayır.
Kimsəyə
ziyan verməm
özüm
özümü,
sözüm
sözümü
sevgim
sevgimi partladacaq,
Nə
olar, mənə yaxın gəlmə.
Hardasan, harda
Dəniz
qoxulum mənim,
Yosun
yuxulum mənim,
yarı
balıq, yarıadam
əvvəlim,
axırım mənim.
Mənim
sözümdə
"bəlkə"
yox,
Yer
kürəsi ölkədi.
Burda
başqa ölkə yox,
Tufan qopar
orda
bir
qaranquş yuvası dağılsa burda
Ömrüm
Diogen çırağı
- Hardasan,
harda?
***
Hər kəs
bir cürə xoşbəxt
Bədbəxtliyilə
Xoşbəxt
olan
adamlar
kimisən
Nadanlığıyla
məmnun.
Bir fikir
sıçrayır beynimdən
özünü
havaya tullayan balıqlar kimi:
"Bəlkə
səadət deyilən elə budur"
sönüb
vulkan etirazım
sənə
baxınca
yazığım
gəlir Cazibə qüvvəsinə
Ayda su gəzən
NASA-ya-zada,
yazığım
gəlir Prometeyə,
Sizif səadətinə,
bircə
qırıq da özümə.
Oxuduğum
kitabın tən ortasından
elə
kor-peşman ayrılır ki, çeçələ
barmağım...
külək
eyni vərəqi
o tərəfə-bu
tərəfə çevirir usanmadan.
Hələ
də yaşayırıq
həyatdan
utanmadan...
Yıxıldım
Özüm
özümdən,
sözümün
şah budağından yıxıldım.
Mən
heç nədən yıxılmazdım
sənin
sözündən yıxıldım.
İməkləyə-iməkləyə
itimin əlindən
tutdum
və... əlbəttə,
qalxdım,
özüm
özümü vurdum yerə,
özüm
özümdən yıxıldım.
***
Yadırğadıq
ürəkdən gülməyi,
uşaq
şəkilləri
divardan
güldü bizə, ancaq
Sonra da
divardan,
albomdan
saralıb düşən şəklimizi
rüzgar
aparıb asdı
yas
mağarında mollanın başı üstünə.
Ordan da...
alıb apardı
yapışdırdı
başdaşlarına.
Qəzetdən-jurnaldan
internetdən
də saralıb düşdü şəklimiz,
Yeni şəkillər,
xoş gəldiniz...
***
Bağışla,
İzmirə gələ bilmədim,
Göy-gölə
getdim.
Xatirə
sərxoşu oldum,
sonra
heç özümə gələ bilmədim.
Gül,
gülə bildiyin qədər,
gülməli
halıma.
Bəlkə
İstisuya getdim, Masallıya
Vaxtın
olsa, gələrsən
bu
günlər həyat zənci saçı -
qarışıq,
hava udunca hamı sərxoş
ömür
keçdi,
Doyunca
ağlaya-gülə bilmədim,
Bağışla,
İzmirə gələ bilmədim.
***
Yollar
ayağına düşüb gələcək,
İllər
yalvaracaq... "nə olar... qayıt".
Sən də
o illərə gülümsəyərsən,
Sən də
o yollara naz eləyərsən.
Bir qoca
dayanar yolun başında,
Bir heca
dayanar dilin ucunda.
Məktəbli
donunda, sünbül saçında
"Sev"i
göyərçindi, "Gi"si çiçəkdi.
Sevda 40
qapıdı, açarı məndə,
bütün
həsrətlərin naçarı mənəm.
Burax məni
gedim, başına dönüm,
Kişi mərd-igiddi,
qadın göyçəkdi.
***
Hör
saçını
məktəbli
paltarını gey,
dayan
daş saatın altında
ağappaq
saçlarınla
gözlə,
qəbrimdən-səbrimdən
çıxıb gələcəm.
Fidan-fidan
sevdalar böyüyər könlümüzdə
Mən
eşq marafonçusuyam,
heç
olmasa, bir az
anlaya
bildinmi,
məktəbli,
saçı sünbül qız,
həmişə
məni gözləyənim,
bütün
Eşqlər məndədi.
gözlə,
gözlə, gözlə məni
Ürəyinin
bakirə yerində...
Filmin sonu
Bir azdan,
bir azdan film başlayacaq,
Başını
ehmalca çiynimə qoyacaqsan.
Bütün
zalımlar yerinə məni söyəcəksən
göyərçin
əllərinlə
sinəmin
paslı qapısını
aramsız
döyəcəksən.
Dünyadakı
bütün günahlara bais mənəm, əlbəttə
Bir kəpənək
ölümünə
Yaponiyada
intihara belə.
Göz
yaşımız çiçəkləsin
gözümüzdə
Ömürdə
bir dəfə
çıxaq
özümüzdən.
O gün
Gəncə çayının üstündəki
körpüdən
atdım
özümü -
Hadinin
öldüyü körpünün altına,
kimsə
bilmədi,
bütün
günahlar məndə,
savablar səndədi.
Filmin
sonudu
gedək...
gedək.
Gəlin paltarlı söz
Ordan
mavidonlu bir qız gələcək
ayağıyalın,
başıaçıq bir söz gələcək.
Saçı
zənci saçları,
əlində
solmuş çiçək
keçəl
bir kişi dayanıb
Gəncədə...
saat heykəli
altında
Bir qadın
gələcək,
saçları
çiçək-çiçək,
gözləri
qıyıq, monqol-monqol, özbək-özbək.
Bu heykəl
saatlar,
saat heykəllər
xırıltıyla
işləyəcək
başımıza
daş yağar kimi
sevdalar
yağacaq.
Şairlər çayxana-meyxanası
Taksi
sürücüsü halını bilə,
Ünvan
soruşmadan gətirə səni
Birbaşa
"Şairlər çayxanası"na,
ya da ki,
"Şairlər meyxanası"na.
Səməd
Vurğun bağı, vağzala yaxın
Burda
ucuzxana, xudmani yer var.
hamı
bir-birinin üzünə baxır
"Sobrazim"
eləyib yenə də dostlar.
Qulaq
eşitməyə ağız deyəni,
Söyüşlər,
sağlıqlar daşa səkiyə.
Dahi
paltarını geyib əyninə
hamı
güllə atır qara qəpiyə.
Birdən
sükut çökə... şeirin oxuna
susa
dalğın-dalğın dumanlı başlar.
Dəm
tuta sinədən qalxan "Ah"ına
Beləcə
göllənə gözündə yaşlar.
"İntihar
mövsümü bitəcək əlbət,
Güllər
də solacaq qəbrinin üstdə.
Göylərin
sonuncu mərtəbəsindən
Qorxma, at
özünü səbrimin üstə".
Yenə də
badəyə araq süzülə,
Məclis
davam edə öz axarıyla.
Sevincdən
ayağın yerdən üzülə
Başı
aşağıdı ağac barıyla.
Qürurla
dönəsən gecəqonduna,
Axı,
bundan böyük mükafatmı var?
Küçədən
keçənlər elə bilələr
Ya Nobel
almısan, ya da ki Oskar.
KƏRAMƏT
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.13.