XXI əsrin Konan Doylu

- Çingiz Abdullayev  

 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatından bəhs etdikdə ilk qeyd edəcəyimiz məqam bu dövr ədəbiyyatının daha öncəki mərhələlərdən əsaslı şəkildə fərqlənməsidir. Azadlığın, müstəqilliyin qazanılması, bu yolda verilən qurbanlar, 20 Yanvar Xocalı faciələri, I Qarabağ müharibəsinin ağrıları, keçid dövrünün keşməkeşləri, iqtisadi mədəni quruculuq, öz gücümüzlə suveren dövlət kimi dünya miqyasına çıxmaq yolunda addımlar, 44 günlük Vətən müharibəsinin zəfəri bu dövr ədəbiyyatının mündəricəsini müəyyənləşdirir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatına kompleks halında nəzər saldıqda bədii mətnlərdə izlənən əsas xətləri bu şəkildə qruplaşdıra bilərik:

* 70 illik əsarətdən sonra müstəqilliyin qazanılması prosesinin, yeni tarixi dönəmin əksi;

* Qarabağ ağrılarının, müharibə,vətənpərvərlik zəfər notlarının bədii həlli;

* Yeni ədəbi meyil cərəyanların Azərbaycan variasiyalarının meydana çıxması;

* Müasir çoxqatlı mətnlər vasitəsilə milli folklor, etnik kök klassik ədəbiyyatla əlaqənin yaradılması;

* Tarixi keçmişin bədii mətn vasitəsilə realizə olunması soykökə qayıdış;

* Detektiv janrının plüralizm şəraitində intensiv inkişafı janrın milli variasiyasının formalaşması.

Müstəqillik dövrü ədəbiyyatımızda əsas müzakirə mövzusu olan məsələ yaranan bədii nümunələrin dünya arenasına çıxması prosesidir. Bu baxımdan ilkin etapda əsas məqam dünya oxucusunu maraqlandıra biləcək mətnin yaradılmasıdır. Oxucu üçün əsərin maraqlı olması üçün spesifik bədii üsullardan istifadə mütləqdir. Bu baxımdan əsərdə qədim, məlum mifoloji mətnlərin reinterpretasiyası, arxetipik motivlərin yeni formatda işlənilməsi, məlum kanonik mətnin dekonstruktiv variantının yaradılması, sirli-fantastik səyahət motivinin mövcudluğu macəravi, detektiv süjetin təqdimi bu məqsədin reallaşmasına imkan verir. Bu baxımdan Azərbaycan detektiv ədəbiyyatının nümunəsində müasir ədəbiyyatımızın dünyaya çıxışı Çingiz Abdullayevin timsalında gerçəkləşib. İsa Həbibbəylinin qeyd etdiyi kimi, "Çingiz Abdullayevin yaratdığı cəlbedici detektiv əsərlər silsiləsi bu janrın mükəmməl nümunələridir. İndiki səviyyədə Çingiz Abdullayev detektiv janrın dünya ədəbiyyatındakı əsas yaradıcılarından biridir".

İlk kitabı olan "Mavi mələklər" 1988-ci ildə nəşr olunan Çingiz Abdullayev öz əsərlərini əsasən rus ingilis dillərində yazır. Müəllifin mətnlərinin reallaşdırdığı dil həmin mətnlərin milli mənsubluq məsələsi ədəbiyyatşünaslıqda daim gündəmdə olan, müzakirə predmetinə çevrilən məsələdir. Bu baxımdan milli ədəbiyyatın meyarları sırasında dillə yanaşı, yazıçının milli mənsubiyyəti öz yerini alır. Ədəbiyyatımızda tarixən , müasir dövrdə əcnəbi dildə yazan, lakin öz əsərlərində milli düşüncəni, milli təhtəlşüuru reallaşdıran yazarlarımız olmuşdur. Fikrimizcə, bədii mətnin milliliyinin əsas meyarı dildən öncə ədəbi nümunənin öz içində ehtiva etdiyi təhtəlşüur elementləri, etnik yaddaş, vətən sevgisidir. Xalq yazıçısı Çingiz Abdullayevin bədii əsərləri məhz bu millilik elementləri ilə oxucuların diqqətini cəlb edir o, məhz Azərbaycan yazıçısı kimi dünya bədii arenasında tanınır. Çingiz Abdullayevin əsərlərini əcnəbi dildə yazması ona dünya oxucusunu Azərbaycan ədəbiyyatı ilə tanış etmək imkanı verir. İlqar Fəhmi "Çingiz Abdullayev - bizim əbədi Dronqo" məqaləsində Çingiz Abdullayevin dünya detektiv ədəbiyyatında mövqeyinə toxunaraq yazır: " fəxrlə deyə bilərik ki, həmyerlimiz, Xalq yazıçısı Çingiz Abdullayev məhz bu yeni janrlardan birinin, yəni siyasi detektivin yaradıcılarındandır".

Detektiv janrın ədəbiyyatımızda ilkin nümunələri XX əsrdə yaranmışdır. Həsən Seyidbəylinin "Cəbhədən cəbhəyə", Cəmşid Əmirovun "Qara Volqa", "Brilyant məsələsi", Əlisəfa Azayevin "Gecəyarı sui-qəsd", "Gizli əməliyyat" əsərləri janrın inkişafının ilkin etapını təmsil edirdi. Bəhs edilən əsərlər sovet ədəbiyyatı nümunələri kimi dövrün siyasi-ictimai tələblərini özündə ehtiva edirdi. Bununla yanaşı, həmin əsərlərin bu gün oxucular tərəfindən sevildiyini, təkrar-təkrar oxunduğunu qeyd etməliyik. Detektiv mətn yaratmaq istəyən yazıçının ədəbi mətn formalaşdırma prosesi olduqca mürəkkəbdir. Detektiv yazarı janrın bədii tələblərini bilməklə yanaşı, geniş dünyagörüşünə, həyat təcrübəsinə malik olmalıdır. Şübhəsiz ki, Çingiz Abdullayevin keçdiyi həyat yolu, ixtisasca hüquqşünas olması da onun bu sahədə uğur qazanmasına səbəb olmuşdur. Detektiv əsərin uğurunu təmin edən əsas faktor onun oxucunu inandırma gücüdür. Oxucu mətnə aludə olmalı, mətnin təqdim etdiklərinə inanmalıdır. Çingiz Abdullayevin detektiv əsərlərində bu inamı təmin edən bütün faktorlar mövcuddur:

* möhkəm, ardıcıl məntiq,

* hüquq elminə, kriminalistikaya bələdlik,

* psixologiyaya enmə qabiliyyəti,

* tarix, etnoqrafiya, incəsənət sahəsinə ensiklopedik bilik,

* şəxsi təcrübə, geniş dünyagörüşü.

Çingiz Abdullayevin əsərlərinə nəzər saldıqda yazıçının mövzu məkan dairəsinin genişliyini müşahidə edirik. Onun "Ləğv edilmiş mərasim", "Alçaqların qanunu", "Quba kapriççiosu" əsərlərində məkan Azərbaycan olduğu halda, "Döyüşçü yolu", "Andorra sevməli ölməli yerdir", "İrodun kölgəsi", "Etiraflar vadisi", "Transilvaniya səfəri" əsərlərində hadisələr müvafiq olaraq Yaponiya, Andorra, Rusiya, İndoneziya Rumıniyada cərəyan edir. Qeyd etməliyik ki, sadaladığımız nümunələr Çingiz Abdullayevin əsərlərinin coğrafi arealını tam əhatə etmir, sadəcə, bir nümunə xarakteri daşıyır.

Çingiz Abdullayevin detektiv əsərlərinin mövzu dairəsi rəngarəngliyi ilə diqqəti cəlb edir. Onun bir sıra əsərləri üçün seçdiyi mövzular ədəbiyyatımızı xarici dildə təmsil edən vətənpərvər yazıçımızın milliliyini vurğulayır. Yazıçının Qarabağ hadisələrindən bəhs edən "Kriminal komediya", "Şəxsi həyatın etüdləri", "Şərəfsizliyin qiyməti", "İnsan ovu" əsərləri bu qəbildəndir.

Detektiv əsərin baş qəhrəmanının seçilməsi həmin əsərin ümumi siqlətini gələcək bədii taleyini müəyyənləşdirən əsas amildir. Dünya detektiv ədəbiyyatı tarixində Erkül Puaro, Şerlok Holms, Komissar Meqre, Miss Marpl, Ceyms Bond kimi obrazlar onları yaradan yazıçılara dünya şöhrəti bəxş etmişlər. Bu gün həmin obrazlar oxucuların sevimli qəhrəmanlarıdır kino industriyası tələbata uyğun olaraq bəlli süjetlərin yeni ekran variantlarını tamaşaçıya təqdim edir. Azərbaycan detektivinin ilkin variantlarında - Həsən Seyidbəylinin "Cəbhədən cəbhəyə", Cəmşid Əmirovun "Qara Volqa", "Brilyant məsələsi" romanlarında əsərin baş qəhrəmanı dövrün tələbinə uyğun olaraq orqan işçisi, milis idi. Daha sonralar Əhmədağa Muğanlının "Tikanlı məftillər" povesti, "Doğma sahillər" filminin ssenarisi ilə detektiv ədəbiyyatımıza təhqiqatçı-sərhədçi obrazları gəlir. Əks-kəşfiyyatçı, çekist obrazları Musa Qocayevin "Qanlı çinar", "Qartal balası" əsərləri ilə ədəbiyyatımızda yaşamaq hüququ qazandı. Çingiz Abdullayevin bir sıra detektiv əsərlərinin təkrarlanan obrazı Dronqo adlı çekistdir. Çingiz Abdullayev bu obrazla Azərbaycan ədəbiyyatında detektiv seriyasını yaratmaqla yanaşı, hipertekstuallığın, XXI əsr ədəbiyyatının simvolu olan hipermətnin yeni nümunəsini yaratmışdır. Dronqo ilə bağlı romanlar silsiləsinin əsasında filmin ekanlaşdırılması da buna bariz nümunədir.

Dronqo XXI əsrin detektivinin bədii obrazıdır. Çingiz Abdullayevin sevimli qəhrəmanı ensiklopedik biliyə malik, güclü müşahidə qabiliyyəti olan, analitik düşüncəsi ilə Şerlok Holmsu xatırladan, Komissar Meqre kimi nəzəriyyəçi tutumlu, yüksək fiziki hazırlığı ilə seçilən bir şəxsdir. Onun özünəməxsus təhqiqat üsulları üslubu var. Dronqo yalnız detektiv kimi qabiliyyəti ilə deyil, xarici görünüşü ilə oxucunun diqqətini cəlb edən bir obrazdır. Qeyd edək ki, öncəki detektiv mətnlərimizdə əsas obrazın xarici görünüşündə, geyim tərzində spesifik keyfiyyətlər izlənmirdi. Buna səbəb sosrealizmin "eynilik, bərabərlik" prinsipi idi. Dronqo oxucunun qarşısına zövqlü bir centlmen kimi "Valentino" kostyumunda, "Balli" ayaqqabılarında "Farenqeyt" parfümü ilə ətirlənmiş şəkildə çıxır. Bu xarici atributlar bir detektiv kimi Dronqonun simvollarıdır. Şerlok Holmsun qəlyanı skripkası, Erkül Puaronun əsası panaması simvola çevrildiyi kimi, Dronqonun da geyim tərzi yeni dövrün detektivinin simvoluna çevrilib.

Çingiz Abdullayevin ciddi faktoloji publisistik qatlara dayanan detektiv əsərləri bəhs etdiyi dövrün ictimai-siyasi mənzərəsini obyektiv əks etdirir, XXI əsrin detektiv ədəbiyyatının Azərbaycan versiyasını dünya miqyasında təmsil edir.

 

Elnarə QARAGÖZOVA

Filologiya üzrə fəlsəfə doktoru

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 mart.- S.14.