Nizami Gəncəvi. Unudulmuş

nəşrlər” kitabının uğurları

 

Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illiyinə töhfə olanNizami Gəncəvi. Unudulmuş nəşrlər” kitabı BP şirkətinin dəstəyi ilə nəşr edilib.

564 səhifə həcmində olan bu dəyərli nəşrin “Libraffkitab mağazasında geniş təqdimat mərasimi keçirilib.Tədbirdə BP şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbərliyindən Bəxtiyar Aslanbəyli, Tamam Bayatlı Önər, millət vəkili Rafael Hüseynov, kitabı nəşrə hazırlayan professor Nəsiman Yaqublu çıxış ediblər.

Azərbaycanın tanınmış alimlərinin, ziyalılarının, media təmsilçilərinin iştirak etdiyi təqdimat mərasimində aktyorların və müğənnilərin ifasında Nizami irsi ilə bağlı şeirlər, mahnılar da səsləndirilib.

Kitabın tərtibçisi, yazıları Türkiyə türkcəsindən transliterasiya edən və redaktor professor Nəsiman YaqubluNizami Gəncəvi. Unudulmuş nəşrlər” kitabının əhəmiyyəti haqqında deyib: “Təbii ki, ilk olaraq kitabın nəşrinə dəstək olmuş BP şirkətinə təşəkkürümüzü bildiririk. Bu kitab böyük şairin 880 illiyinə ciddi töhfədir. Məqsədimiz isə yubiley ilində Nizami haqqında nəşr edilməmiş yazıları oxuculara çatdırmaqdır. Kitabımızın daha maraqlı olması üçün oxuculara Nizami haqqında ilk məlumatları yazmış Azərbaycan tədqiqatçılarnın məlumatlarını da daxil etdik. Yəni ilk olaraq Çar Rusiyası dövründə A.Bakıxanov, M.F.Axundov, F.Köçərli, Azərbaycan Cümhuriyyəti zamanı A.Ziyadxan kimi araşdırmaçılar, mühacirətdəki tədqiqatçılar  M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu, M.S.Aran, F.İlgaz, Ə.Atəşin yazıları nəzərdə tutulur. Kitabda ilk dəfə olaraq Nizami Gəncəvi haqqında beynəlxalq efirdə “Amerikanın səsi” radiosunda yayımlanmış (1952-ci ildə) verilişin də mətnini təqdim etdik. Eyni zamanda Nizami Gəncəvi haqqında yazıların nəşr edildiyi mühacirət mətbuatı orqanlarının fotolarını və dəyərli arxiv sənədlərini də kitaba əlavə etdik. Nizami əsərlərindəki miniatürlər də ciddi işlənərək, yüksək keyfiyyətdə oxuculara çatdırılıb. Bundan əlavə kitabda mətnin asan oxunması üçün fars, ərəb, osmanlı kökənli  sözlərin lüğəti tərtib edibvə müəyyən izahları da hazırladıq. M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri də müəllifin üslubu qorunaraq və əvvəlki nəşrlərdəki qüsurlar aradan qaldırılaraq təqdim olunub”.

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 mart.- S.21.