Anar Kərimov ABŞ-da Hüseyn Cavidin barelyefinin açılışında iştirak edib

 

Nazir Anar Kərimov Amerikaya rəsmi səfəri çərçivəsində Hüseyn Cavidin barelyefinin açılışında iştirak edib. Qeyd edək ki, barelyef Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Böyük mütəfəkkirin barelyefinin təqdimatı Amerika-Azərbaycan Ticarət Palatasının binasında baş tutub.

 

**

Mədəniyyət naziri Vaşinqton Tekstil Muzeyinə baş çəkib. Eksponatlarla tanışlıq zamanı direktor koməkçisi Ana Kiss A. Kərimova muzeyin fondunda qorunan Azərbaycan dövlətininin hədiyyə etdiyi xalça tekstil nümunələri haqda da məlumat verib. Həmçinin nazirlik tərəfindən muzeyin fonduna Şirvan xalçası nümunəsi təqdim olunub.

 

**

Anar KərimovXarıbülbülün səsiadlı xeyriyyə konsertində iştirak edib. Konsertin təşkilatçıları  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Amerika-Azərbaycan Ticarət Palatası, ABŞ-ın Marşal İrsi İnstitutu ( The Marshall Legacy İnstitute) ölkəmizin ABŞ-dakı səfirliyidir.

Konsertdə azərbaycanlı musqiçilərin ifasında bir sıra rəngarəng  əsərlər səslənib.

Xatırladaq ki, tədbirdən əldə olunan maddi vəsait Qarabağ ərazisində minaaxtaran itlərin təlimləndirilməsi üçün  ABŞ-ın Marşal İrsi İnstitutunun hesabına köçürüləcək.

 

Ədəbiyyat qəzeti.- 2022.- 7 may.- S.15.