Kazuo İşiquronun romanı

əsasında serial çəkiləcək

 

Nobel mükafatı laureatı Kazuo İşiquronunMəni əsla tərk etməromanı əsasında serial çəkiləcək.

APA-nın “RİA Novosti“yə istinadən verdiyi xəbərə görə, ekran işi FX telekanalı tərəfindən istehsal ediləcək.

Serialın ssenarisi Melissa İkbal yazacaq. Serialın zaman ekranlara çıxacağı məlum deyil.

Qeyd edək ki, roman əsasında 2010-cu ildə eyni adlı film çəkilib.

 

Ədəbiyyat qəzeti.- 2022.- 14 may.- S.32.