Ölüm hökmünün

Türkiyədə növbəti nəşri

 

Xalq yazıçısı Elçinin məşhur Ölüm hökmü romanı sovet dönəmində yazılmış senzuradan çəkinməyərək siyasi-ictimai həqiqətləri açıb göstərən nadir ədəbi nümunələrdən biridir. Oxucuların böyük maraqla qarşıladığı bu roman ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuşdur.Təsadüfi deyil ki, yüksək bədii səviyyədə yazılmış bu əsər xarici dillərə çevrilmiş, dəfələrlə səhnələşdirilmiş nəşr edilmişdir.

Türkiyə Respublikasının tanınmış nəşriyyatlarından biri olan Ötüken Ölüm hökmü romanını oxuculara ilk dəfə 2007-ci ildə təqdim etmişdir. Roman oxucuların böyük marağına səbəb olmuş, türk ədəbi-elmi dairələri tərəfindən yüksək qiymətləndirilmişdir.

İlk nəşrdən sonra nəşriyyat oxucuların tələbatını nəzərə alaraq, romanı dəfələrlə təkrar nəşr etmişdir.

Bu günlərdə nəşriyyat romanı beşinci dəfə oxuculara təqdim edərək yazır: Oxucuların Ölüm hökmü romanının bu yeni nəşrini daha böyük bir ilgi maraqla oxuyacaqına əminik

Əsəri türkcəyə Azad Ağaoğlu çevirmişdir.

 

Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.11.