Şuşa ili çərçivəsində Bakı şəhəri 56 saylı məktəbdə

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat

İnstitutu "Ədəbiyyat qəzeti"nin təşkilatı dəstəyi

ilə "Azad Şuşaya qayıdış" adlı tədbir keçirildi

 

Tədbirdə Milli Məclisin deputatı, AMEA-nın vitse prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstutunun baş direktoru İsa Həbibbəyli, Milli Məclisin deputatı, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin elm təhsil komitəsinin üzvü Ceyhun Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan, YAP idarə heyətinin üzvü, filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnistutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova, uşaq yazarları şair Zahid Xəlil, yazıçı Sevinc Nuruqızı, Ədəbiyyat İnistutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid, filologiya elmləri doktoru Mahirə Quliyeva, professor İmamverdi Həmidov, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, eləcə BŞTİ-nin umumi şöbəsinin müdiri Sevinc Rəsulova, layihələr şöbəsinin müdiri Günay Qurbanova, Xətai rayonu İcra hakimiyyətinin şöbə müdiri Pənah İmanov, OCEP koordinatoru Namiq Cəfərov iştirak edirdi.

Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Kompozisiya Şuşanın tarixini, bu gününü gələcəyini ehtiva etdirən məzmun üzərində qurulmuşdu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Könül Hüseynova açaraq qonaqları salamladı. O bildirdi ki,bu müqəddəs günü bizə yaşadan, sinəsini düşmənə sipər edən şəhidlərimizin, qazilərimizin şərəfli ömür yolu hər bir şagird üçün örnəkdir. O, ilk sözü məktəbin şəhid məzunları Ceyhun Abbasov Elvin Abbasovun valideynlərinə verdi. Şəhid atası Namiq Abbasov Ceyhunun mübariz döyüş yolundan danışaraq ona həsr etdiyi şeiri səsləndirdi. Sonra ikinci Qarabağ müharibəsinin iştirakçısı olan məzun Elnur Novruzov 44 günlük müharibə, Zəfər yolumuzla bağlı çıxış etdi. Daha sonra qonaqlar tədbirin milli dəyərlərimizin inkişafındakı rolundan danışdılar. Şuşanın tarixi, mədəniyyəti barədə maraqlı məlumatlar verdilər.

Tədbirin sonunda İsa Həbibbəyli məktəbin kitabxanasına 50 adda kitab bağışladı qeyd etdi ki, bu tədbir Ali Baş Komandan İlham Əliyevin imzaladığı 2022-Şuşa ili sərəncamına uyğun şəkildə hazırlanmaqla həm gərəkli bir missiyanı reallaşdırmalı olub, həm uşaqların milli-mənəvi ruhda tərbiyələnməsi baxımından mütərəqqi addım atıb. Digər iştirakçılar da çıxışlarında tədbirin önəmindən bəhs etdilər. Akademik Nizami Cəfərov Şuşanın tarixi ilə bağlı əhəmiyyətli məqamları qabartdı. Filologiya elmləri doktoru Mahirə Quliyeva Molla Pənah VaqifXurşudbanu Natəvanın poetik özəlliklərinə, eyni zamanda tale, ömür yoluna diqqət yönəltdilər. Ədəbiyyat qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan məktəbin direktoru Könül Hüseynovanın əməkdaşlıq üçün təşəbbüsünü nəcib addım kimi qiymətləndirdi, Şuşa ili çərçivəsində belə tədbirlərin təşkil olunmasının vacibliyindən danışdı, Tənqidçi-ədəbiyyatşünas, Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova uşaqların ifasında təqdim olunan Xarıbülbül rəqsini, Arşın mal alan operettasından səhnəciyi, Vaqif, Natəvan şeirlərinin səslənişini Şuşa adını simvolizə edən əsas məqamlar kimi dəyərləndirdi. Uşaq şairi Zahid Xəlil Dəmir yumruq kitabını məktəbə hədiyyə edərək, poemadan bir parça səsləndirdi. BŞTİ-nin umumi şöbəsinin müdiri Sevinc Rəsulova məktəblə elm xadimlərinin görüşünün mütəmadi xarakter daşımalı olduğunun zərurətini vurğuladı, şagirdlərin sağlam ruhda böyümələri üçün bu cür görüşlərin yüksək təsir bağışladığını qeyd etdi.

Tədbir maarifləndirici və yaradıcı söhbətlərlə yekunlaşdı.

 

Ədəbiyyat qəzeti.- 2022.- 28 may.- S.23.