Ədəbiyyat üzrə Nobel alan ilk fransız qadın yazar:

"30 yaşıma qədər yazmamışam"

 

Ədalətsizliyə qədər mübarizəni davam etdirəcəyəm

 

"Qadınların və unudulmuşların azadlıq səsi" Anri Enro

 

Anni Enro kimdir?

 

2022-ci il Ədəbiyyat üzrə Nobel Mükafatına fransız yazar Anni Erno (Annie Ernaux) layiq görülüb. Qalibin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında baş tutub. Akademiyanın təqdimatında deyilir ki, Anni Erno mükafatı "xatirələrinin mənşəyini, yadlaşma kollektiv məhdudiyyətlərini aşkara çıxarmaqda göstərdiyi cəsarət klinik dəqiqliyə görə" alıb. Erno, həmçinin 10 milyon İsveç kronu (təxminən, 1 milyon 500 min AZN) məbləğində mükafatın da sahibi olacaq.

Anni Erno Ədəbiyyat üzrə Nobel Mükafatını alan ilk fransız qadın yazardır. Onun kitabları Fransada müasir klassiklər hesab olunur. İsveç mətbuatına açıqlama verən yazar çox təəccübləndiyini bu mükafatı alan ilk fransız qadın olmağın "ədalətsizliyə qarşı mübarizəni davam etdirmək" məsuliyyəti yaratdığını deyib.

Fransa prezidenti Emmanuel Makron Anni Ernonu təbrik edərək onun səsini "qadınların unudulmuşların azadlığı" adlandırıb.

Nobel Ədəbiyyat Komitəsinin sədri Prof. Karl-Henrik Heldin, kitabları müasir fransız klassiklərindən sayılan 82 yaşlı yazarın yaradıcılığını "heyranedici" adlandırıb.

London Universitetində müasir fransız bədii ədəbiyyatı üzrə ixtisaslaşmış Dr. Rut Krukşenk çıxışında bunları deyib: "Bir qadının Ədəbiyyat üzrə Nobel Mükafatını alması həmişə əla xəbərdir. 1901-ci ildən bəri 13-ü hazırda bu dünyada olmayan 2 yaşayan 15 fransız ağdərili kişi Nobel mükafatının laureatı olub".

İsveç Akademiyasının üzvü, isveçli yazar, professor Andres Olson isə bildirib ki, Erno əsərlərini ümumilikdə "təmiz, sadə dildə yazıb". "Anni Erno sərt, açıq, real dillə yazılan yazının azadedici gücünə inanır. Onun əsərlərində güzəştə getmək yoxdur, sadə dillə, çox təmiz yazır".

Əsərlərinin çoxu ingilis dilinə tərcümə edilib, "Yeddi Hekayə" ("Seven Stories" Press) Nəşriyyatı tərəfindən nəşr olunub. 31 ildir Anni Ernonun əsərlərini ingilis dilində nəşr edən bu nəşriyyatın təsisçisi Den Simon yazar haqqında bunları deyib: "Onun yazdığı hər şey, hər söz hərfi mənada faktiki olaraq doğrudur. bunlar təxəyyülün möhtəşəm əsərləridir".

Anni Ernonun kitablarını ingilis dilində nəşr edən Fitzkarraldo Nəşriyyatından (Fitzcarraldo Edition) Jak Testard "BBC"yə yazar haqqında onun "müstəsna unikal" müəllif olduğunu söyləyib: "O, çox vacib feminist yazardır, deyərdim ki, həm çox vacib fəhlə sinfi yazarıdır - məncə, bu mövzuların hər ikisi onun əsərlərində çox aydın görünür".

Yazar öz üslubunu "düz, birbaşa yazı" ("ecriture plate") kimi təsvir edir, təsvir etdiyi hadisələrdə çox obyektiv baxış var, göstərişli açıqlamalar, ya da hədsiz emosiyalar yoxdur. "Atamın yeri" ("La Place") kitabında atası ilə münasibətini təsvir edərək yazır: " lirik xatirələr, qalib ironiya var. Bu neytral yazı tərzi mənə təbii gəlir".

 

Anni Erno kimdir?

 

Anni Erno 1940-cı il sentyabrın 1-də Fransanın Lilbon şəhərində fəhlə sinifli katolik ailəsində anadan olub.

Yazar Ədəbiyyat üzrə professor olan Erno valideynlərinin ərzaq mağazası kafesinin olduğu Normandiyanın kiçik kommunası olan İvetotda böyüyüb. Atası zorakı söyüşkən adam olub, 12 yaşı olarkən atasının anasını öldürməyə çalışdığını görüb, bu hadisəni "Utanc" ("La honte") kitabının birinci sətirində bu cür soyuqqanlılıqla təsvir edir: "Atam iyun ayının bir bazar günü anamı öldürməyə cəhd etdi, günorta tezdən".

Yazar əvvəlcə Ruan, sonra isə Bordo Universitetlərində oxuyub, məktəb müəllimi kimi ixtisaslaşıb müasir Ədəbiyyat üzrə ali təhsil alıb (1971). Bir müddət Marivoda yarımçıq tezis layihəsi üzərində işləyib. 1970-ci illərin əvvəllərində o, Milli Distant Təhsil Mərkəzinə (Centre National d'enseignement a Distance - CNED) qoşulmazdan əvvəl Bonevil liseyində, Evir kollecində, sonra isə Pontua-da dərs deyib. Kollecdə işlədiyi müddətdə yazmağa çalışıb, lakin nəşriyyatlar onun kitabının "çox iddialı" olduğunu əsas gətirərək çap etməyi rədd ediblər. Bu barədə 2020-ci ildə "Nyu York Taymz"-a danışan yazar, bir daha yazmadığını, 30 yaşına çatıb evli, iki uşaq anası, fransız dili müəllimi olandan sonra yazmağa başladığını deyib. Yazar 1980-ci illərin əvvəllərində boşanıb 2000-ci ildə özünü yazarlığa həsr etmək üçün müəllimlikdən uzaqlaşıb.

2020-ci ildə "Nyu York Taymz" onun haqqında belə yazıb: "20-dən çox kitabı tək bir işə həsr olunub: öz həyatının qazıntılarına (kəşfinə)".

İlk romanını 1974-cü ildə "Boş rəflər" ("Les Armoires vides") adı ilə nəşr etdirən müəllif, ədəbi karyerasına avtobioqrafik əsərlə başlayıb.

Düz 10 il sonra atası ilə münasibətlərindən doğulub boya-başa çatdığı Fransanın kiçik bir şəhərində artan həyat təcrübələri, sonrakı köç prosesindən bəhs edən növbəti avtobioqrafik romanını qələmə alıb. 1984-cü ildə nəşr olunan "Atamın yeri" ("La Place") adlı bu, ikinci romanına görə Fransanın nüfuzlu "Renodo" ("Prix Renaudot") ədəbi mükafatına layiq görülüb.

Karyerasının lap əvvəllərində o, avtobioqrafiyaya diqqət ayırmaq üçün bədii ədəbiyyatdan uzaqlaşıb. Onun yaradıcılığı tarixi fərdi təcrübələri birləşdirir. Valideynlərinin sosial inkişafı ("Atamın yeri" ("La place") , "Utanc" ("La honte")), Şərqi Avropalı kişi ilə ehtiraslı münasibəti ("Sadə ehtiras" ("Passion simple")), Alzheymer xəstəliyi ("Gecəmdən çıxmadan" ("Je ne suis pas sortie de ma nuit")), anasının ölümü ("Qadın" ("Une femme")) döş xərçəngi ("Fotoqrafiyadan istifadə" ("L'usage de la photo") illərini əsərlərinə daşıyıb. Yazar həmçinin Meksika əsilli fransız yazar, professor Frederik-İv Jene ilə birlikdə "Bıçaq kimi iti" ("L'ecriture comme un couteau") əsərini yazıb.

Təkmilləşmə, evlilik, qadın azadlığı, cinsəllik, abort, xəstəlik, qocalıq ölüm kimi mövzuları öz şəxsi təcrübələri bucağından nəql edən yazar, əsərlərinin arxa planında daima ictimai həyat onu təşkil edən mədəni, siyasi tarixi hadisələrə yer verib.

Yazarın 2008-ci ildə fransız tənqidçiləri tərəfindən çox yaxşı qarşılanan "İllər" ("Les Annees") adlı tarixi memuarını bir çoxları onun şah əsəri hesab edirlər. Bu kitabda yazar ilk dəfə özü haqqında üçüncü şəxsdə ("elle" ya ingilicsə "she") yazır, İkinci Dünya müharibəsindən sonra 2000-ci illərin əvvəllərinə qədər Fransa cəmiyyətinə parlaq nəzər salır. Bu, bir qadının onun yaşadığı inkişaf edən cəmiyyətin hekayəsidir.

2019-cu ildə "İllər" kitabına görə Beynəlxalq Buker Mükafatına namizəd olub.

Yazar, xüsusilə qadınların üzləşdiyi bərabərsizliyi, mübarizələri araşdırmağa davam etmək məcburiyyətində qaldığını dilə gətirərək bunları deyib: "Bir qadın kimi vəziyyətimdən danışanda, mənə elə gəlmir ki, biz qadınlar azadlıqda, gücdə bərabər səviyyədəyik".

Anni Erno 1901-ci ildən bəri 119 dəfə verilən Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən yalnız 17-ci qadındır. Bundan əvvəl yazar qadınlar arasında son dəfə mükafata 2020-ci ildə Amerika şairi Luiza Qlük layiq görülüb.

Erno öz əsərlərini sosial bərabərsizliyi üzə çıxarmaq məqsədi daşıyan siyasi hərəkət, öz əsər dilini "bıçaq" adlandırır. O, Simona de Bovuar, sosioloq Pyer Burdye Fransada həftələrlə nümayişlər, tətillər vətəndaş iğtişaşları ilə davam edib sosial sarsıntılar yaradan 1968-ci il may hadisələrindən təsirlənib.

Yazarın "Abort" ("L'Evenement") romanına əsaslanan Odri Divanın rejissorluğu ilə çəkilən eyniadlı filmi 2021-ci ildə ekranlara çıxıb. Elə həmin il Venesiya Film Festivalında "Qızıl Şir" mükafatına layiq görülüb.

Yazar Filip Erno ilə evli olub. 1980-ci illərin əvvəllərində ayrılan cütlüyün iki oğlu var.

Hazırladı: Nilufər Hacılı

 

Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.28.