Dənizçilərə Sosial Dəstək İB daha

bir kitabı oxucuların ixtiyarına verib

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə DSD İB-nin Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər layihəsi çərçivəsində dərc oluub. Kitab Sən Vətənə bənzəyirsən adlanır.

Kitabda Azərbaycanın tanınmış qələm adamlarından xalq şairi Sabir Rüstəmxanlının, Mahirə Nağıqızının, Baba Vəziroğlunun, Musa Ələkbərlinin, Xanım İsmayılqızının, Rəşad Məcidin, Vasif Süleymanın, Qəşəm Nəcəfzadənin, Elçin Mirzəbəylinin, Şahin Musaoğlunun, Ramiz Qusarçaylnın, Kamilə Abıyevanın, Əbülfət Mədətoğlunun, İradə Aytelin və digərlərinin vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb.

Kitabda yer alan şeirlərin məzmun və ideyası gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu oynayır.

Xatırladaq ki, Maarif nəşriyyatında dərc olunan kitabın tərtibçiləri Faiq Balabəyli, Vasif Süleyman, Kəmalə Səfərli, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.

Qeyd edək , Sən Vətənə bənzəyirsən kitabı bu il DSD İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Onlar qəhrəmandır kitabından sonra nəşr etdirdiyi ikinci kitabdır.

 

Tural Balabəyli

DSD İB-nin layihə üzrə Analitik-

İnformasiya Bölümünün rəhbəri

 

Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.32.