Şəxsiyyət vəsiqəsi

Yaz!

Ərəbəm.

Kartımın nömrəsi əlli min,

Uşaqlarımın sayı səkkiz,

Doqquzuncu da yoldadır

Yayın axırında yanımızda olacaq!

Hirslənirsən?

 

Yaz!

Ərəbəm.

Karxanada işləyirəm fəhlə yoldaşlarımla

Uşaqlarımın sayı səkkiz

Paltarlarını, dəftərlərini

Daşdan çıxarıram

Çörəklərini!

Sədəqə gözləməyəcəyəm sənin qapında

Malikanənin qabağında

Alçalan deyiləm

Hirslənirsən?

 

Yaz!

Ərəbəm.

Adım var, ancaq soyadım yoxdur.

Bu ölkədə

Qəzəb tiyanında yaşayan

Ən səbirli adamam

Zamanın yaranışından

Daha qədimə

Tarixin hesablanmasından

Söyüdlərdən, zeytunlardan

Daha qədimə uzanır köklərim

Yer şumlayan ailədən çıxıb atam

Şanlı əsilzadələrdən deyil!

Babam əkinçi idi

əsli bəlli idi, nəsli.

Kitab oxumağı bacarmadığım vaxtlarda

Günəşin doğmağını öyrədirdi mənə!

Evim

Sadə komadır,

Budaqlardan qamışlardan.

Xoşuna gəldi

Vəziyyətim?

Adım var, ancaq soyadım yoxdur.

 

Yaz!

Ərəbəm.

Saçlarım: kömür kimi qara

Gözlərim: qəhvəyi

Çalmamın üstündən halqa qoyuram

Əllərim sərtdir daş kimi,

Əzər nəyi tutsa.

 

Ünvanım:

Küçələri adsız,

Unudulmuş bir kənddənəm, silahsız.

Karxanadadır, tarladadır bütün kişiləri

Bu kəndin

Hirslənirsən?

 

Yaz!

Ərəbəm.

Sən talan etdin ata-baba bağlarımızı

Şumladığım,

Uşaqlarımla şumladığım torpağı

Sən talan etdin.

Qoymadın nəsə qalsın

Mənimlə nəvələrim üçün

Bu qayalıqlardan başqa!

deyirlər ki, hökumətiniz

Bunları da alacaq, ?

 

Elədirsə!

Yaz!

Yaz birinci səhifənin başından!

Nifrətim yoxdur insanlara

Heç kimə hücum etmirəm.

Amma ac qalanda

Torpağımı əlimdən alanın ətini didərəm!

Özünü gözlə, qorx mənim aclığımdan!

Qorx mənim qəzəbimdən!

Özünü gözlə!

 

Sürgündən məktublar

 

I

 

Salamlarım, öpüşlərim sonsuzdur,

Diqqətəlayiq heç olmayıb hələ.

Hardan başlayım? Nəyi danışım?

Zaman axıb gedir

Qürbətdə tək tənha

Bir torbam var

İçində quru çörək məhəbbət

Bir dəftərim

Bəzi xəyallarımı yazdığım

Səhifələrində məni hirsləndirən

Məni boğaza yığan hər şeyə tüpürdüyüm

Dəftərim.

Hardan başlayım?

Danışılanlar

sabah danışılacaqlar

Bitib-tükənmir

Bir əlin toxunuşuyla nöqtələnmir

Mühacir qayıtmır evinə

İtkin yaralı quşun qanadlarında

Lələk bitmir

Hardan başlayım?

Salamlarım, öpüşlərim sonsuzdur

İndi...

 

II

 

Ona de ki, deyirəm radioya,

Ona de ki, yaxşıyam

Ona rast gəlsəniz, deyirəm quşlara

Məni unutmayasınız ha.

Ona deyin ki, yaxşıyam

Yaxşıyam,

Mən yaxşıyam.

Hələ görür gözlərim

Ay hələ göy üzündədi!

Hələ cırılmayıb köhnə paltarım

Balaqları didilib, amma salamatdı hələ

Artıq iyirmi yaşlı cavan oğlanam

Gör ha, düz iyirmi yaşındayam

Artıq cavan oğlanam ee

Həyatla əlləşirəm,

Kişi kimi cavabdehəm,

Çalışıram,

Kafedə qab yuyuram,

Qəhvə dəmləyirəm müştərilər üçün

Onlar xoşbəxt olsun deyə,

Gülümsəmə yapışdırıram

Kədərli simama.

 

III

 

Yaxşıyam,

İyirmi yaşındayam,

Cavan oğlanam artıq

Siqaret çəkirəm,

Divara söykənib fit çalıram,

Söz atıram fahişələrə.

Eynən başqaları kimi "Dostlar" deyirəm

" qəşəng şeydi bunlar

Onlar olmasa bu həyata necə dözərdik

Onlarsız yaşamaq olmaz bu həyatı".

Bir dostum soruşdu

"Çörəyiniz var, a dostlar,

Hər gecə ac yatanlar varsa, soruşuram

Nədir qiyməti insanın?".

Yaxşıyam

Yaxşıyam mən.

Qara çörəyim

Bir qab da tərəvəzim var.

 

IV

 

Mühacirlər salam göndərir mühacirlərə

Radioda

Hamımız yaxşıyıq deyir hamı,

Pisəm deyən yoxdu!

Doğrudan, edir atam?

Yenə Tanrını zikr edir əvvəlki kimi?

Uşaqlar, torpaq zeytunluq necədi?

Bəs qardaşlarım?

Hamısı işə girə bildi?

"Hamısı müəllim olacaq"

Deyirdi atam

"Ac qalaram,

amma onları kitabsız qoymaram"

Demişdi bir gün.

Məktubları aça bilən

heç kim yoxdu kəndimdə

Bəs bacım necədi?

Böyüyüb? Elçiləri gəlib?

Bəs nənəm edir?

Yenə çıxıb qapının ağzında oturur?

Yaxşılığımız üçün,

cavanlar üçün, bərəkət üçün

Dua edir hələ ?

Bəs evimiz?

, evimiz necədi?

Köhnə kandarımız,

ocağımız, qapımız necədi?

Radioda

Mühacirlərin mühacirlərə

salamlarına qulaq asıram

Yaxşıdı hamısı?

Mənsə kədərliyəm

Parça-parçadı hüznlü ürəyim

Kədərli olsa da

Ah, kədərli olsa da

Sizdən bir xəbər demirlər

Radioda.

 

V

 

Gecə canavar kimidi

Mühaciri harda olsa sıxışdıran,

Qanına susayan,

Sübhü qaranlıqlara açan

Ac canavar!

Küləklə qol-boyundur söyüd ağacları

De

Nədir günahımız?

Həm yaşaya-yaşaya ölürük

Həm həyatımız ölümlü

De,

üçün iki dəfə ölürük?

Bilirsən məni ağladan nədi?

Tez gəl

Bir gecə xəstələndim

Dərmanlar yıxdı məni!

 

Axşamüstünə soruşsaq

Bilmirəm xatırlayar, ya yox

Buralara gələn, yurduna qayıtmayan qaçqını

Axşamüstünə soruşsaq

Bilmirəm xatırlayar, ya yox

Kəfənsiz ölən qaçqını

Ey söyüdlük, bilmirəm fərqindəsən, ya yox

Adi bir meyit kimi kölgənə atdıqları

İnsandır, insan!

Fərqindəsən, ya yox?

Mən insanam, insan!

Cəsədimi bayquşlardan qoruya bilərsən?

Birdənəm, ürəyim!

Bu sətirləri kimə yazdım?

Hansı qasid çatdırar bu məktubu?

Quruda, dənizdə, üfüqdə

Bağlayıblar bütün yolları...

sən, ürəyim!

Atam, qardaşlarım, yaxınlarım, dostlarım!

Bəlkə sağsınız,

Bəlkə yox,

Bəlkə mənim kimisiniz. Ünvansız!

Yurdu yoxdursa,

Bayrağı yoxdursa,

Nədir qiyməti insanın?

, nədir qiyməti insanın

Ünvanı yoxdursa?

 

Mahmud Dərviş

 

Tərcümə: Həmid PİRİYEV

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.13.