Yazıçı Kamran Nəzirli: “Mənim Anara sevgimin

kökündə həm də onun şəxsiyyəti dayanır”

 

- Kamran müəllim, bir yazıçı tərcüməçi kimi Yazıçılar Birliyinin qarşıdakı qurultayından gözləyirsiniz, ümumiyyətlə, qurultay sizin üçün deməkdir?

- Sualınızın ikinci hissəsindən başlayıram: ənənəvi olaraq hər bir qurultay ali orqan hesab olunur. Ona görə çağırılır ki, yazıçıların hesabatları dinlənilsin, ötən illər ərzində ədəbi prosesə hadisələrə nəzər salınsın, növbəti illər üçün Yazıçılar Birliyinə rəhbərlik edəcək idarə heyəti, katiblik, komissiyalar, sektorlar sair ilaxır seçilsin. Bütün bunlar ədəbi ictimaiyyətə bəllidi, həm texniki-təşkilati məsələlər baxımından həmişə asan başa gəlmir. Çünki yazıçı təşkilatı hər hansı siyasi partiya təşkilatı deyil ki, dəqiq, səliqəli, intizamlı əlbəttə ki, çərçivəli olsun. Yazıçı təşkilatının özəllikləri var, ən başlıcası bu təşkilata üzv olan insanların yaradıcı, azad düşüncəli, müxtəlif dünyagörüşə biliyə, yazı üslubuna, bir-birindən seçilən məfkurə ideya istiqamətlərinə s. malik sənətkarlar olmasıdır. Amma hesab edirəm ki, yazıçıların qurultayı o biri qurultaylardan qədər fərqli olsa da, yenə eyni missiya, eyni mobillik, eyni birlik yaradır. Yazıçılar Birliyi elə yazıçıların birliyi deməkdir, qlobal, aktual, ümumbəşəri məsələlərdə, milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin, əxlaqımızın... qorunması məsələlərində bir nöqtəyə vurmaqdır. Bu mənada qurultay çox vacib əhəmiyyətli orqandır.

- Gözləntilərim ümidlərim çoxdur; o ki qaldı kimin hansı vəzifəyə seçilməsinə, bu, qurultay nümayəndələrinin hüququdur, onların hüququna müdaxilə edə bilmərəm. Mən şəxsən öz seçimim haqqında danışa bilərəm bəri başdan da deyə bilərəm: əgər Anar sədrliyə öz namizədliyini versə, ona səs verəcəyəm. Anarın kitabları yeniyetməlik gənclik çağlarıma yeni nəfəs, yeni ruh, yeni ovqat təlatüm gətirib;  onu həm bir şəxsiyyət, həm bir yazıçı kimi sevmişəm indi bu fikirdəyəm; lakin hər zaman arzulamışam ki, ondan yaxşı yazım, ondan yaxşı tanınım, daha təmkinli, ədəbli olum, ondan da yaxşı nüfuzum olsun... məncə, hər bir yazıçının həyatında içində bu ya buna oxşar duyğular yaşanır. Amma yaşa dolduqca anlayırsan ki, Anar təkdir, ikinci Anar ola bilməz, necə varsa, onu eləcə qəbul edirsən; sən yalnız məsum çağlarında yazıçı kimi kiməsə bənzəməyi, kiməsə oxşamağı arzulaya bilərsən. Təbii ki, gənc qoca ağaclar, onların budaqları, yarpaqları olur, ictimai statusundan asılı olmayaraq adamlar da belədi - cavan, enerjili, çılğın, çiçəklənmə qocalma dövrü yaşayırlar. Sakit, dinc, təlatümlü mühitlər görürlər, məzmunca, formaca dəyişirlər, amma müdrik insani dayaqlarını itirmirlər. Taleyin , təbiətin məntiqi budur. Düşünürəm ki, burda əsas məsələ kökdür, insan qədər yaşlanır yaşlansın, kökü çürüməsin, təmiz qalsın; o kökün üstündə neçə-neçə yeni görkəmli saf, vüqarlı budaqlar, ağaclar, yarpaqlar boy atacaq, meyvələr yetişəcək. Bu baxımdan mənim yazıçı Anara sevgimin kökündə həm onun şəxsiyyəti dayanır. O kök daha saf, daha möhkəm, daha əsilzadədir. Konkret kimə səs verəcəyimin səbəbini izah edə bildimmi?

 

Cəmilə SEYİD

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.18.