Akademik Teymur Kərimlinin

“Şuşanamə” kitabının təqdimatı olub

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimlinin “Şuşanamə” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutub. Öncə akademik Teymur Kərimli müəllifi olduğu kitab haqqında məlumat verib.

Sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, f.ü.f.d, dosent Əzizağa Nəcəfzadə, Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, f.e.d. Gülbəniz Babaxanlı, İrs komissiyasının sədri Sona Xəyal, şair Akif Azalp, gənc şair Seyid Əsri, sözügedən institutun əməkdaşları baş elmi işçi, f.e.d. Zəkiyyə Əbilova, elmi işçi Mircəfər Seyidov, aparıcı elmi işçi, f.ü.f.d., dosent Rübabə Şirinova, f.ü.f.d., dosent Tünzalə Seyfullayeva, f.e.d. Aygül Hacıyeva, elmi işçi Tahirə Əliyeva və şöbə müdiri Qutiyera Cəfərova çıxış edərək müəllifə yaradıcılıq fəaliyyətində uğurlar və nailiyyətlər arzu ediblər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli”nə ithaf olunmuş bu kitabda Teymur Kərimlinin Azərbaycanın qədim mədəniyyət mərkəzi, Qarabağın incisi - Şuşaya, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş Qarabağ - Şuşa zəfərinə və Şuşa saflığından ayrı tutula bilməyən bir sıra bəşəri problemlərə həsr olunmuş şeirləri yer alıb.

Qeyd edək ki, yeni nəşrin redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tərtibçisi filologiya elmlər doktoru Gülbəniz Babaxanlıdır.

 

Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.18.