Türk dünyasında Azərbaycan”

poeziya antologiyası nəşr olunub

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfoİctimai Birliyi tərəfindən “Türk dünyasında Azərbaycan” adlı poeziya antologiyası nəşr olunub.

AZƏRTAC xəbər verir ki, antologiyaTürk Dünyasının birliyində Azərbaycançılıq ideyasının rolu” layihəsi çərçivəsində işıq üzü görüb.

Türk Dünyası İnfoİctimai Birliyinin sədri, layihənin rəhbəri və kitabın tərtibçisi Dəyanət Osmanlı bildirib ki, ölkəmiz üçün ictimai əhəmiyyətli məsələlərin, milli-tarixi gələnəklərimizin o cümlədən müstəqillik dövrünə aid ədəbi-mədəni nümunələrimizin təbliğinə bu günehtiyac vardır: “Layihənin məqsədinə uyğun olaraq türk dünyası ölkələrinin ədəbiyyatında Azərbaycana, eləcə də türkçülüyə, xalqlarımızın qəhrəmanlıq tarixinə, qardaşlığına, milli-mənəvi dəyərlərimizə dair xeyli əsərlər yazılıb. Layihə çərçivəsində o əsərlərin ortaq ədəbiyyatımızın nümunələri kimi tərcümə olunaraq kitablaşdırılması, tanıdılması zərurətini dəyərləndirərək həmin əsərlərin xeyli hissəsini toplayıb antologiya halında çap etmişik”.

Kitabın Türk dünyasına bir töhfə olduğunu deyən Dəyanət Osmanlı bildirib ki, sözügedən antologiya azərbaycançılıq ideyasını, türk dünyasının həmrəyliyini, ortaq mədəniyyətimizi, ortaq dilimizi, şərəfli Zəfər tariximizi vəsf edən çağdaş ədəbiyyat örnəyidir: “Fikrimizcə, kitabı yeni nəsil yazarlarımızın yaradıcılıq imkanlarının zəngiləşməsində stimuluyğun elmi dairələrdə araşdırmaçılar üçün etibarlı bir mənbə hesab etmək olar. Kitabda türk xalqlarının, o cümlədən çağdaş Azərbaycan poetik yaradıcılıq örnəklərinin əks etdirdiyi milli, mənəvi, əxlaqi dəyərlər, vətəndaşlıq hiss və duyğuları, xalqımızın mübariz xarakter və təfəkkür özəllikləri halda aydın bir mənzərə ilə təqdim olunur”.

Antologiyada Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan olmaqla, ümumilikdə 50-dək tanınmış müəllifin şeirləri yer alıb. Nəfis şəkildə, 400 tirajla çap olunmuş 224 səhifəlik nəşrin məsləhətçisi akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, “Ön sözün müəllifi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, redaktorları filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayeva və Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslıdır.

Nəşrin kitabxanalara, müəlliflərə, ziyalılara və gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara, QHT nümayəndələrinə paylanılması nəzərdə tutulub.

 

Ədəbiyyat qəzeti.- 2022.- 22 oktyabr.- S.32.