Şirindil Alışanlı-70

 

Hörmətli Şirindil müəllim!

Sizi görkəmli tənqidçi, ədəbiyyatşünas naşiri 70 illiyiniz münasibətilə təbrik edirik. Siz yarım əsrə yaxındır ki, ədəbiyyatımızın, elmimizin mədəniyyətimizin tədqiqi, nəşri təbliği sahəsində yorulmaz fəaliyyət göstərirsiniz.

Ədəbi fəaliyyətə ötən əsrin 70-ci illərində gəlmisiniz. Hələ Bakı Dövlət Universitetinin V kursunda prof. Qulu Xəlilovun rəhbərliyi ilə yazdığınız Məmməd Cəfərin ədəbi-nəzəri görüşləri mövzusunda diplom işiniz müəllimlərinizin yüksək qiymətini almışdır. BDU-nun ədəbi-tənqid kurslarının ilk müdavimlərindən biri kimi 1976-cı ildən başlayaraq çap etdirdiyiniz məqalələr ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, 1977-ci ildə poeziyaya həsr olunmuş Respublika müşavirəsindəki məruzəniz geniş əks-səda doğurmuşdur. 1976-cı ildən prof. Y.Qarayevin rəhbərliyi ilə Ədəbi proses silsiləsindən nəşr edilmiş kitabların əsas müəlliflərindən biri kimi poeziyamızın ideya-estetik təkamülünü ardıcıl tədqiq edirsiniz. Sözün estetik yaddaşı (1994), Ədəbi-bədii düşüncənin sərhədləri (2010), Sözün yaşamaq haqqı (2022) kitablarınıza daxil edilmiş əsərlərinizdə poetik fikrin tarixi mərhələləri, hadisələri onu təmsil edən şəxslərin yaradıcılığı nəzəriyyəçi alim mövqeyindən yüksək professionallıqla poeziyanın özəlliyini dərindən duymaq səriştəsi ilə təhlil olunur.

Ədəbi-elmi ictimaiyyət sizi yüksək nəzəri hazırlıqlı ədəbiyyatşünas alim kimi tanıyır. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilinizi davam etdirərkən dünyada məşhur olan, 60-70-ci illər ədəbiyyat nəzəriyyəsini estetik fikrini təmsil edən alimlərlə ünsiyyətiniz, bu ədəbi-elmi mühit sizin yaradıcılığınızın inkişafında mühüm rol oynamışdır. Akademik Yuri Borevin Yaşar Qarayevin rəhbərliyi ilə yazdığınız Romantizm: mübahisələr, həqiqətlər (1980) əsəriniz yazıldığı vaxtdan 40 ildən artıq vaxt keçməsinə baxmayaraq öz elmi dəyərini saxlamaqdadır. Uzun illərdir ki, müasir ədəbiyyatşünaslıq elminin ciddi nəzəri-metodoloji problemləri ilə ardıcıl məşğulsunuz. Ədəbi-nəzəri fikrin tarixiliyi müasirliyi (2013), Müasir humanitar təfəkkür Azərbaycan ədəbiyyatşünaslığı (2011), Sözün yaşamaq haqqı (2022) kitablarınız tənqid ədəbiyyatşünaslığımızın tarixi təcrübəsini ümumiləşdirən onun inkişaf istiqamətinə yön verən əsərlərdir. Sizin rəhbərliyinizlə hazırlanmış Azərbaycan ədəbiyyatının tarixi poetikası mövzusunda kitablar bizim ədəbi-nəzəri fikirdə yeni istiqamətdir.

Siz uzun illərdir Azərbaycan Milli Elmlər Akademiyasında çalışırsınız. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, bölmə müdiri, Tarixi poetika şöbəsinin müdiri, hazırda isə XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik edirsiniz. Bu şöbənin xətti ilə sizin rəhbərliyiniz və müəllifliyinizlə çap olunmuş XX əsr ədəbiyyat məsələləri seriyasından altı kitab, XX əsr Azərbaycan poeziyası antologiyasının dörd cildi ötən əsrin ədəbiyyatını yeni elmi-demokratik meyarlar mövqeyindən tədqiq etmək sahəsində ciddi elmi-praktik əhəmiyyət kəsb edir.

Yarım əsrə yaxındır ki, ədəbi-elmi yaradıcılıqla yanaşı, milli-mənəvi irsimizin nəşri və təbliği sahəsində səmərəli fəaliyyət göstərirsiniz. Sabah nəşriyyatının təsisatçısı, Elm qəzetinin baş redaktoru (1993-1998) kimi klassik və müasir ədəbiyyatımızın, tarixi və dini mənbələrimizin onlarca nümunəsini nəşr etmisiniz. 1997-2013-cü illərdə sizin təşkilatçılığınızla yaradılmış Elm Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzi Azərbaycan elmini və mədəniyyətini XX əsr boyu qazandığı elmi axtarışların yekunu olan onlarca çoxcildliklər, sanballı monoqrafiya, lüğətlər nəşr etmişdir. Siz çoxsaylı respublika və beynəlxalq dərgilərin redaksiya heyətinin üzvü, AMEA-nın Məruzələr jurnalının uzun illər məsul katibi kimi Azərbaycan elminin geniş auditoriyaya çatdırılmasında xidmət göstərmisiniz. Ssenariləriniz əsasında çəkilmiş Müqəddəs elm ocağı, Mərdlik qalası Laçın, Dağların ziyalılıq yaddaşı, Dədə Şəmşir, Akademik Həsən Əliyev və s. sənədli filmlər yaradıcılığınızın yeni bir qolundan xəbər verir.

Sizin elmi təşkilatçılığınız Ümumittifaq və Respublika miqyaslı konfrans və müşavirələrin təşkili ilə əyaniləşmişdir. Çoxsaylı yetirmələriniz bu gün elmimizi ləyaqətlə təmsil edirlər. Siz həmçinin Ədəbiyyat qəzeti redaksiya heyətinin üzvüsünüz.

Hörmətli Şirindil müəllim! Siz filologiya elmləri doktoru, professor, Rusiya Estetika və Azad Sənətlər Akademiyasının akademikisiniz. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunmusunuz. Dəfələrlə AMEA Rəyasət Heyətinin və çoxsaylı təşkilatların fəxri fərmanlarına və diplomlarına layiq görülmüsünüz.

Hörmətli Şirindil müəllim! Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, çoxşaxəli və məhsuldar yaradıcılığınızda yeni uğurlar diləyirik.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2022.- 29 oktyabr.- S.18.