Unudulmuş Şuşa
irsi - Hilal
MÜNŞİ
Şuşanın azad edilməsi ilə qarşımızda
dayanan mühüm işlərdən biri də əslən bu bölgədən olan və uzun
illər təbliğatı
qadağan edilmiş görkəmli şəxsiyyətlərin
yazılarını ictimaiyyətə
çatdırmaqdır. Bu görkəmli şəxsiyyətlərin
zəngin mədəni,
tarixi, bədii irsi Azərbaycan oxucusuna maraqlı məlumatlar çatdırır.
Bu şəxsiyyətlərdən biri də tanınmış
siyasi və mətbuat xadimi Hilal Münşidir (1899, Şuşa - 1989, Münhen). Onun Almaniyada Berlində
1935-ci ildə nəşr
edilmiş "Qurtuluş"
jurnalındakı dəyərli
bir yazısını
ilk dəfə olaraq oxuculara təqdim edirəm.
Ayın
mühüm xəbərləri
Sovetlər və Almaniya
Alman-Sovet münasibətlərindəki gərginlik
getdikcə şiddətlənməkdədir. Bu gərginliyin
başlıca səbəbi,
Sovet ricalinin (rəhbərliyinin) və bilxassə (xüsusilə)
Kominternin hər vasitədən istifadə
edərək, bütün
cahanda Almaniya əleyhində bulaşıq
və çirkin propaqandalar yürütmək
və min bir türlü maskalar altında yeni Almaniyanı əfkari ümumiyyə (dünya ictimaiyyəti) gözündə
mütəzərrir eyləməkdir.
Sovet ricalinin bu xüsusda
göstərdiyi həyasızlıq
hər türlü rəzalətin dərəcəsini
keçmişdir. Məsəla,
Litvinov kimi, sayı
100 milyona varan qeyri-rus millətləri məhv edən Sovetlərin cəlladlarından
biri, Millətlər Cəmiyyəti Şurasının
son ictimaında Almaniya
əleyhində atəşlər
püskürərək "Alamiya, əli altındakı millətləri
və kəndi təbəələrini təzyiq
ediyor" kimi səfsətələr sovurmaq
qədər irəliləmişdir...
Almaniyanın xarici siyasəti
üzərində 6 nisan
(aprel) tarixilə Zoppotta mühüm bir nitq söyləyən
Fürer və Kanslerin müavini Mr. Rudolf
Hess Sovetlərin beynəlmiləl
siyasətləri haqqında
bəyanatda bulunduqdan sonra, Alman-Sovet münasibətinə təmasla
eynən bunları demişdir: "Sovetlərin
iştirak etdikləri
bütün bağlaşmalara
qarşı Almaniyanın
ehtiyat ilə davranmasına nədən
cahan heyrət ediyor? Məlum olduğu vəchilə (surətlə), Sovet ricali (rəhbərliyi)
"kapitalist" deyə
tərif etdikləri dövlətlərlə - ki
Moskva bunların sırasına Almaniyanı
da daxil etməkdədir - yapdıqları
müqavilələri sadəcə
şu dövlətlərin
iqtisadiyyatını pozmaq
və dolayısiylə
cahan inqilabı hazırlamaq məqsədilə
bağladıqlarını dəfələrlə etiraf
etmişlərdir.
Sovetlər İttihadı başında bulunan məsul siyasət adamları eyni zamanda dəxi bolşevik rəhbərləri olaraq qalıyorlar. Bu adamlar dövlətdə işğal etdikləri məqamlardan istifadə edərək, kommunizmin siyasi proqramını təhəqqüq etdirməklə məşğuldurlar. Bu kimi dövlət adamlarına başqa bir nəzərlə baxmaq və bunlar tərəfindən, kəndilərini bugünkü mövqelərə gətirən kommunizm proqramının inkar ediləcəyini bəkləmək, məncə, doğru bir görüş deyildir. Əgər bolşevik böyüklərini ideyalarına və proqramlarına qarşı, bizzat kəndilərinin etiraf etdikləri vəchilə, sadiq və təmiz bir rəhbər kimi qəbul edəcək olursaq, o halda bu adamları mütləq cahan inqilabının mücahidi olaraq dəxi tanımalıyız. Bu səbəblədir ki, bu adamların, cahan sülhünün bərkiməsi naminə yapılan beynəlmiləl bağlaşmalarda çox müşkül bir rol oynayacaqları şübhəsizdir".
Mr. R.Hess bu sözlərdən sonra "cahan inqilabını hazırlayan bolşevik ricali" tərəfindən Moskvada Mr. Edenə verilən ziyafətlər əsnasında ingilis kralının şərəfinə qədəh qaldırıldığına işarətən, eyni kralın yaxın əqrəbası bulunan çar II Nikolayın bolşeviklər tərəfindən öldürüldüyünü xatırlatdıqdan sonra eynən bunları dəxi əlavə etmişdir: "Cahan inqilabı müməssilləri tərəfindən Yekaterinburqda öldürülən çar II Nikolayın qətlinə mucib səbəb, çarın monarx (padşah) olmasıdır. Zənnetməyiz ki, qeyri-rus bir dövlətin (məsəla, bizzat İngiltərənin) başında oturan digər bir padşah (monarx) bolşeviklərin cahan inqilabı prinsiplərinə rus padişahlarından daha uyğun gələ bilsin!".
"Qurtuluş" jurnalı,
Berlin, 1935,
nisan (aprel), il:2, sayı 6, səh.10-15
Nəsiman Yaqublu
Ədəbiyyat qəzeti.- 2022.-
3 sentyabr.-S.9.